İslamda dost və düşmən

İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

Şəriətdə Allah üçün sevmək Allahı, Onun elçisini, İslam dinini, ona tabe olan müsəlmanları sevmək, onlara dəstək olmaq mənasını özündə cəm edir. Allah üçün düşmənçilik etmək isə Allahdan savayı ibadət olunan və ibadət olunmasına razı olan hər bir şeyə, maddi və mənəvi bütlərə, İslama müxalif olan sistemlərə, düşüncələrə, fəlsəfi fikirlərə nifrət etməkdir, küfrə və ona tabe olan kafirlərə nifrət etməkdir, onların hamısına düşmən kəsilməkdir.

Allahu Təalə deyir: “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir.” (əl-Maidə, 55-56) 

Yenə buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.” (ət-Tövbə, 71) Bu ayələr bizə Allah üçün sevməyi öyrədir.

Allah – azzə va cəllə - buyurur: “Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur. Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.” (Ali-İmran, 28) Bu ayə isə bizə Allah üçün düşmənçilik etməyi öyrədir.

Peyğəmbərin də hədislərində buna dəlalət edən hədislər çoxdur. Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Bir-birilərinə sevgi göstərməklərində, mərhəmət etməklərində, ürək yandırmaqlarında möminlərin misalı bir bədənin misalıdır; ondan bir üzv ağrıyarsa bədənin digər üzvləri də buna yuxusuzluq və bədən hərarəti ilə cavab verərlər.” 1

Bir başqa hədisində söyləyir: “Mömin mömin üçün bina kimidir; bir hissəsi digər hissəsini tutub saxlayar.” 2

Yenə buyurur: “Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz, onu köməksiz buraxmaz.” 3 Bu hədislər aşkar şəkildə göstərir ki, müsəlman müsəlman qardaşını Allah üçün sevməli, onun dərdinə şərik olmalıdır. Müsəlman toplusu yalnız bu yol ilə bir güc ola bilər, yalnız bu yol ilə digər cəmiyyətlər qarşısında ayaqda dura bilər.

Bir hədisdə qeyd olunur ki, Cəlil bin Abdullah əl-Bəcəli peyğəmbərin – aleyhissalətu vassələm – yanına gəlib ona itaət əhdi vermək istədikdə ona deyir: “Ey Allahın elçisi, mənə bir şərt qoş!” Buyurdu: “Allaha ibadət edəcəyinə, Ona heç bir şeyi şərik qoşmayacağına, namaz qılacağına, zəkat verəcəyinə, müsəlmanlara qarşı səmimi olacağına, müşrikləri tərk edəcəyinə - və bir rəvayətdə: “kafirlərdən uzaq duracağına” – dair əhd vermək şərti ilə səndən beyət alıram.” 4 Bu hədisdən də öyrənirik ki, kafirləri tərk etmək, onlardan uzaqlaşmaq şəriətimizin bizə əmr etdiyi bir işdir.

Bu elə bir prinsipdir ki, bununla müsəlmanların sırası qeyri-müsəlmanların sırasından ayrılır və Allahın göndərdiyi din öz saflığını, orijinallığını və dürüstlüyünü qoruyub saxlayır. Ona görə də Allah – təbərakə va təalə - buyurur: “Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görür-sən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. (Buna görə də) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkarlardır.” (əl-Maidə, 80-81) Bu ayədə Allah “əgər” sözü ilə başlayaraq bunun şərt olduğunu göstərmişdir. Bu o deməkdir ki, onların müşrikləri özlərinə dost tutmaqları göstərir ki, onlar Allaha, peyğəmbərinə və ona nazil olunanlara iman gətirməmişdilər. Ona görə də bir insanın qəlbində Allaha və elçisinə iman ilə bərabər müşriklərə və kafirlərə sevgi ola bilməz. Bunu Rəbbimiz müqəddəs kitabında bu sözləri ilə təsdiqləyir: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər.” (əl-Mucədilə, 22)

Əziz müsəlman! Bil ki, sən İslama daxil olduqdan sonra küfrə geri dönməkdən atəşə düşməkdən qorxduğun kimi qorxmalısan. Bunun üçün də qəlbini kafirlərə, onların yaşayış tərzinə, yüngül əxlaqlarına qarşı formalaşa biləcək sevgiyə bağlı tutmalısan.

________________________________

[1] ”Sahih əl-Buxari”, (5665); ”Sahih Muslim”, (2586)

[2] ”Sahih əl-Buxari”, (467); ”Sahih Muslim”, (2585)

[3] “Sahih əl-Buxari”, (2310); “Sahih Muslim”, (2580)

[4] “Sahih əl-Buxari”, (57); “Sahih Muslim”, (56)

 

 

 

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.