Namaza gəlin!

Məqsədimiz qorxutmaq deyil, sevdirməkdir. Uzaqlaşdırmaq deyil, yaxınlaşdırmaqdır. Çətinləşdirmək yox, asanlaşdırmaqdır. Lakin bütün bu gözəl niyyətimiz bir həqiqəti gizlətməyə səbəb olmamalıdır.

Lakin bütün bu gözəl niyyətimiz bir həqiqəti gizlətməyə səbəb olmamalıdır. Yoxsa, Allah qatında sorumlu olmaqla yanaşı “bildiklərini gizləyənlər” zümrəsinə daxil olarıq. Bu zümrəyə daxil olmaqdan Allaha sığınırıq. Bəndə, Rəbbinə olan borcunu bir an əvvəl ödəməyə çalışmalıdır, çünki həyatın müddəti məlumdur! Olduqca qısadır! Namaz, kəlimeyi-şəhadətdən sonra dinin ən mühüm dayağıdır. Heç bir halda tərk edilməməsi gərəkdir. İslamda hər bir ağlı başında olan, dəli olmayan biri ömrünün sоnuna qədər bu vәzifәni yеrinә yеtirmәyә bоrcludur. Nаmаz digәr vаcib göstәrişlәrdәn fәrqli оlаrаq, әn çәtin mәqаmlаrdа bеlә öhdәdәn götürülmür. İstәr аyаq üstә, istәr оturаq, istәr uzаnmış vәziyyәtdә, istәr dil, istәrsə də işаrәlәrlә nаmаz qılınmаlıdır. İnsаnlа Аllаh аrаsındа nаmаzdаn möhkәm vә dаimi rаbitә yохdur. Әn imanlı insаnlаr Аllаhlа nаmаz vаsitәsi ilә rаbitә yаrаtmış, övliyаlаr nаmаz vаsitәsi ilә Аllаhlа ünsiyyәt sахlаmışlаr. Beləliklə, susuz insan necə olursa-olsun özünü suya çatdırıb ondan bəhrələnməyə çalışdığı kimi namaz üçün də bu həvəsi göstərməlidir. Namazı tərk etməyin günahı adam öldürmək, zina etmək, oğurluq etmək və içki içmək kimi günahlardan daha böyükdür. Namazı tərk edən özünü Allahın əzabına sövq etmiş, dünya və axirət rüsvayçılığını qəbul etmiş olur. Qurani Kərimdə namazın qədrini ucaldan və onu tərk edənin və ya ona səhlənkarlıqla yanaşanın günahını bəyan edən bir çox ayələr nazil olmuşdur. Misal üçün Allah – subhanəhu və təalə – buyurur:

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq.” (Məryəm 59)

“Vay halına o, namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qalmazlar). Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Maun 4-7)

“Sizi Cəhənnəmə salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq.” (əl-Muddəssir 42-46)

Qurani Kərimdə buna bənzər ayələr olduqca çoxdur. Eləcə də Allahın peyğəmbəri – sallallahu aleyhi və səlləm – hədislərdə namazı tərk edənin və ona etinasız yanaşanların sahib olacağı günahı xəbər verməkdədir. O, - sallallahu aleyhi və səlləm – hədislərin birində belə buyurur: ”Bizimlə onlar (kafirlər) arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə, küfrə girər.”

Müsəlman qardaşım və bacım! Allah rəsulu - sallallahu aleyhi və səlləm – ümmətinə namaz qılmağı əmr etmiş və özü də ömrünün sonuna qədər gözəl şəkildə namaz qılmışdır. Onun səhabələri də, namazlarında möhkəm və müti olmuşlar. Səhabələrdən sonra gələn nəsil və saleh əcdadlarımız da, namazlarını doğru-düzgün əda etmişlər. Namaz qılmaq onlar üçün izzət, şərəf hesab olunmuşdur. Namaza qarşı etinasız və səhlənkar olmaq hər dövrdə pislənmiş və çirkin əməllərdən sayılmışdır. İndi “ey namaz qılmayan bəndə”, bütün bunları bildikdən sonra yenə də namaz qılmayacaqsan yoxsa həmən tövbə edib namaza başlayacaqsan? Gəl ikinci yolu seç və tövbə edib, namaza başla. Namazın olmadığı halda başqa əməllərin ilə öyünmə! Çünki peyğəmbər - sallallahu aleyhi və səlləm – demişdir: “Qiyamət günü insanların əməllərindən hesaba çəkiləcəyi ilk şey namaz olacaq. Rəbbimiz Azzə və Cəllə bunu ən yaxşı bildiyi halda mələklərindən soruşacaq: “Qulumun (fərz) namazına baxın, tamamdır yoxsa natamam? Namaz tamam olsa onun üçün tam olaraq yazılacaq, bundan bir şey naqis olarsa Allah buyuracaq: “Baxın görün qulumun nafilə namazları varmı? Nafilə namazları olsa Allah buyuracaq: “Qulumun fərz namazlarını nafilə namazlarından tamamlayın”. Sonra digər əməllər barədə eyni şəkildə hökm ediləcəkdir.”1

Allahdan özümüz, siz və bütün müsəlmanlar üçün əfv və afiyət, sabitlik istəyirik.

 

Hazırladı: Abduzzahir Əhməd/favaid.com

 


______________________________________
1.Əbu Davud,864


Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.