Əxlaqın önəmi

İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

 İman, ibadət və elm isə insanı kamilliyə tərəf aparır və gözəl əxlaq sahibi edir. Elə ona görə də Allah – Əzzə və Cəllə - ən son olaraq Muhammədi – salləlləhu aleyhi və səlləm – təkcə iman, ibadət, hüquq, cəza qanunlarını aşılamaq üçün deyil, eləcə də bəşəriyyət üçün əxlaqi mövzularda, islah və kamilliyə yetişmək üçün müjdələyici bir elçi olaraq göndərmişdir.

Peyğəmbərin - salləlləhu aleyhi və səlləm – özü də yüksək əxlaq sahibi olmuşdur. O, əsla çirkin söz söyləməz, lənət etməz və söyüş söyməzdi. Daimə təbəssüm edər, çox zaman sükut edərdi, susması danışmasından daha çox idi. Yumşaq və başqalarına qarşı sərt davranmayan birisi idi. Sərt, bağırıb qışqıran bir kimsə olmadığı kimi, nə tənə edər, nə də üzə vurardı. Ondan bir şey ümid edən kimsəni ümidsiz qoymazdı, gözləməyini boşa çıxarmazdı.Savab əldə etməyi ümid etmədiyi heç bir şeydən danışmazdı, başqasının sözünü əsla kəsməzdi. Əslində onun əxlaqından və davranışlarından yazmaqla bitirmək olmaz.

Aləmlərin Rəbbi Allah – Əzzə və Cəllə - onun əxlaqından razı qalmış və öz kitabında bu ayə ilə işarə etmişdir:

”Həqiqətən də sən böyük əxlaq sahibisən!” (Qələm, 4)

Bəli, əziz müsəlmanlar!İndi dünyada, xüsusən də, yaşadığımız məmləkətdə əxlaq böhranı yaşanır. İnsanların başqa sahələrdə xeyir və uğur əldə etməklərinə baxmayaraq əxlaqi cəhətdən tənəzzülə doğru getdikləri bir reallıqdır. Bu böhrandan çıxış yolu islami əxlaqa sahib olmaq və onunla yaşamaqdır. Gerçək əxlaqın yaşandığı məmləkətdə qardaş qardaşına əsla əziyyət etməz. Onun namusuna və malına göz dikməz. Əli və dili ilə başqasını incitməz.Dünyada gözəl əxlaq sahibi olan insanların axirət yurdu barədə Allah rəsulu – salləlləhu əleyhi və səlləm – belə buyurub:

“Heç şübhəsiz ki, Qiyamət günü möminin tərəzidə gözəl əxlaqdan daha ağır olan bir şeyi olmayacaqdır” (Əbu Davud,Tirmizi)

Bir başqa hədisdə isə belə buyurur:“Qiyamət günündə mənə ən yaxın və mənim üçün ən sevimli olanınız əxlaqı ən gözəl olanınızdır. ” (Tirmizi, Sünən, c 4, səh. 370)

Əlbətdə ki, hər bir mömin qiyamət günü insanların seyyidi, aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərin yanında olmaq istər. Bəli, bu hər bir müsəlmanın dua zamanı Allahdan dilədiyi bir şeydir. Anlaşıldığı kimi gözəl əxlaq sahibi həm bu dünyada həm də axirət günündə əbədi olan səadətə qovuşacaqdır. Elə isə gəlin əxlaqımızı gözəlləşdirək. Sıxıcı olan dünya həyatımız da gözəlləşsin.

Bütün peyğəmbərlər, onların yaxın dostları eləcə də onların izləri ilə gedən salehlər gözəl əxlaq sahibi olmuş və öz əcdadlarına da bunu tövsiyyə etmişlər. Unutmayaq ki, dünyanın nizamı da əxlaqdan asılıdır. Çünki məmləkətdə əmin amanlığın ola bilməsi üçün müsəlmanların əxlaq sahibi olmaları və bir birilərinin haqlarını gözəl şəkildə qarşılamaları lazımdır. Bir müsəlman başqa bir müsəlmana qarşı zülm etməkdən mütləq çəkinməlidir. Əksinə başqa müsəlmanlar arasında etibar qazanmalı və sayılıb-seçilən biri olmalıdır.

Bütün bunları ona görə qeyd edirik ki, insanın sayılıb sevilməsi məsələsində gözəl əxlaqlı olmasının əhəmiyyəti olduqca böyükdür. Bunun üçün İslam dini bizə gözəl əxlaq sahibi olmaq üçün lazım olan hər şeyi əmr etmiş, pis olan hər hərəkəti isə qadağan etmişdir. Müsəlmanın ədəbi onun malından daha qiymətlidir.

Əziz qardaş və bacılarımız! Əxlaqi və mübarək ömür sürməkdən ötəri hər bir müsəlman peyğəmbərin sünnəsinə uyğun hərəkət etməlidir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur:

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir." (Əhzab, 21)

Qeyd edilən kimi hər bir müsəlman Allah rəsulunun – salləlləhu əleyhi və səlləm – əxlaqına yiyələnməyə həris olmalıdır. Hər cürə haramlardan uzaq durmalı, gizli-açıq hər yerdə Allahın hüzurunda olduğunu unutmamalıdır. Boş və faydasız sözlərdən çəkinməli və islami əxlaqa zərbə vuracaq hər cür zülmdən və haqsızlıqdan uzaq olmalıdır.İffət və ədəb daimə müsəlmanın üzərində daşıyacağı bir yükdür. İstər qəzəbli halında, istərsə də xoş günündə əsla bu dəyərləri düşürməməli və həmişə başqalarına nümunə olduğunu bilməlidir.

İslam dini fitnə fəsadı aradan qaldırmaq və insanların islahı üçün nazil olmuşdur. Tarix boyu əxlaqın izinin itdiyi yerlərdə daimə fəsad olmuş, islah üçün çalışmaq insanların heç yadına belə düşməmişdir. Allaha həmd olsun ki,öz kitabını və rəsulunun sünnəsini qoruyub saxlamış və mömin qullarından ötəri bir yaşam tərzi etmişdir.Gəlin əxlaqımızı gözəlləşdirək! Onun daha da kamil və dərin olması üçün əlimizdən gələcək qədər çalışaq. Öyrəndiyimiz ayə və hədisləri haqqı ilə yaşamağı Allahdan diləyək.

 

Hazırladı: Abduzzahir Əhməd/favaid.com

 

 

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.