Elm Öyrətmənin Fəziləti

Elm Öyrətmənin Fəziləti

           Buxari və Müslimin səhihlərində Səhl İbn Saddan (Allah ondan razı olsun) təxric etdikləri hədisdə elm öyrətmənin fəziləti haqqında belə deyilir: “Allah Rəsulu (Allahın ona salat və salamı olsun) Əliyə (Allah ondan razı olsun) dedi : Allahın bir adama sənin vasitənlə hidayət verməsi, sənin üçün qırmızı dəvələrə sahib olmandan daha xeyirlidir."[1]

           İbn Abbas (Allah ondan razı olsun) dedi : “İnsanlara xeyri öyrədən şəxs üçün bütün heyvanlar, hətta dənizdəki balıq belə istiğfar (bağışlanma) diləyər.”[2] İbn Abbasın rəvayət etdiyi hədisin bənzəri Pəyğəmbərdən (Allahın ona salat və salamı olsun) mərfu olaraq rəvayət edilmişdir.

Sual: Balığın elm öyrədənə, yəni müəllimə istiğfar (bağışlanma) diləməsinin səbəbi nədir?

Cavab : Həqiqətən elmin faydası hər şeyi, hətta balıqları belə əhatə edər. Alimlər elmin vasitəsi ilə nəyin haram, nəyin halal olduğunu bilərlər. Hər şeyə, hətta kəsilən heyvanlara, balıqlara belə yaxşı davranılmasını, gözəl müamilə edilməsini tövsiyə edərlər. Allah Azzə və Cəllə onların gözəl davranışlarının qarşılığı olaraq hər şeyə onlar üçün istiğfar etmələrini ilham etmişdir.

           Əbu Musa (Allah ondan razı olsun) belə rəvayət etmişdir: Allah Rəsulu buyurdu “Allahın mənimlə göndərdiyi hidayət və elm yerə yağan bərəkətli bir yağış kimidir. Yağış düşən torpağın bir qismi suyu içinə hopdurar, çoxlu ot və məhsul bitirər. Torpağın digər qismi sərt və quraqdır; suyu tutar. Allah onunla (su ilə) insanları faydalandırar. Həmin sudan içərlər, heyvanlarına içirərlər və əkinlərini suvararlar. Torpağın başqa hissəsi də elə bir düzəndir ki, suyu tutmadığı kimi ot da bitirməz. Allahın dinində fəqih olan və Allahın mənimlə göndərdiyi şeydən özünə fayda verdiyini öyrədib öyrədənin misalı ilə Allahın mənimlə göndərdiyi hidayətini təkəbbürlükdən qəbul etmiyən şəxsin misalı belədir.”[3] (Bu hədisi Buxari və Muslim “Səhih”lərində rəvayət etmişlər.)

           Allah sənə rəhm etsin, bu hədisin insanlara təsir etməsinə nəzər sal. Həqiqətən fəqihlər anlayış sahibi kəslərdir. Suyu qəbul eliyib ot bitirən torpaq parçası kimidirlər. Çünkü onlar bilirlər, anlayırlar və öyrədirlər. Fiqh və anlayışından nəsibi olmayan nəqilçilər və mühəddislər suyu tutub saxlayan quraq torpaqlar kimidirlər. Onlarda olan elmdən faydalanmaq olur. Eşidən, lakin öyrənməyən və əzbərləməyən kimsələr cahil avamlardır.

          Hasan əl-Bəsri (Allah ona rəhm etsin) belə dedi : “Əgər alimlər olmasaydı insanlar heyvanlar kimi olardı.”

        Muaz bin Cəbəl (Allah ondan razı olsun) dedi : “Elm öyrənin, çünki Allah rzasına elm öyrənmək Allahdan qorxudur. Elm tələb etmək ibadətdir. Elmi müzakirə etmək təsbih ( Allahı zikr etməkdir), elmi araşdırmaq cihaddır. Elmi bilməyənə öyrətmək sədəqədir. Layiq olana elm öyrətmək Allaha yaxınlıqdır. Elm yalnızlıqda həmsöhbət, xəlvətdə isə dostdur.”[4]

         Kaab (Allah ona rəhm etsin) dedi : Allah Musaya (Aleyhis-sələm) belə vəhy etdi: “Ey Musa, xeyri öyrən və insanlara öyrət. Mən xeyri öyrədənləri və öyrədən kimsələrin qəbirlərini nurlandıraram, orada heç yalnızlıq hiss etməzlər.

 

       Tərcümə : Ummu Raşid

 



[1] Bu hədis Sahl ibn Saadın rəvayət etdiyi uzun bir hədisdən götürülüb. Buxari 2942,3701,4260; Muslim 2406; Əbu Davud 3661; Əbu Yala 7527; İmam Əhməd 5/333

[2] Bu hədisi Hafiz Əbu Heysəmə Zuheyr ibn Hərbdən; Nəsai “Kitabul-elm” babında ibn Abbasdan mərfu olaraq rəvayət eliyib (hədis № 6). Bu hədis səhih yollarla mərfu olaraq da rəvayət olunub. Tirmizi Əbu Umamə Baxilidən (2686); Təbərani Cabir ibn Abdullahdan “Əl-Əvsat” (6219). Səhih hədisdir bax “Məcməuz-Zəvaid” 1/124

[3] Buxari 79; Muslim 2282; İmam Əhməd 4/39

[4] İbn Qayyim “Mİftəhu Dəris-Səadə” (1/173)  kitabında belə dedi : “Nəql edilən bu hədisin Muaza aid olduğu məlumdur. Bunu Əbu Nuaym “Əl-Mucəm” əsərində Muazın nəql etdiyi mərfu bir hədis olaraq rəvayət edib. Lakin mərfuluğu sabit deyil sadəcə Muaza qədər çatan bir rəvayətdir.

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.