Elm və Elmin fəziləti

Elm, Elmin Fəziləti və Elmlə Bağlı Məsələlər kitabı

Elm öyrənmənin və öyrətmənin fəziləti

Aləmlərin Rəbbi Qurani-Kərimdə belə buyurur:

“De: 'Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (Zümər surəsi 9)

“Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Mücadilə surəsi 11)

 

       İbn Abbas (Allah ondan razı olsun) belə dedi : “Alimlərin dərəcələri möminlərin dərəcələrinə nisbətən yeddi yüz dərəcə daha yüksəkdir və iki dərəcə arasında fərq beş yüz ildir.”

Allah Əzzə və Cəllə dedi : “Öz qulları arasında Allahdan ancaq alimlər (layiqincə) qorxarlar.” (Fatir surəsi 25)

       Buxari və Müslim “Səhih”lərində Muaviyə bin Əbu Sufyandan (Allah ondan razı olsun) belə bir hədis rəvayət etmişlər: “Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah kimin üçün xeyir diləyərsə onu dində fəqih edər.”[1] (Bu hədisi həmçinin İbn Macə öz “Sünən” əsərində Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edib. Şeyx Albani bu hədisə səhih deyib)

       Əbu Umamə (Allah ondan razı olsun) belə rəvayət etdi : “Allah Rəsulu (Sallallahu aleyhi və səlləm) iki adamı zikr etdi. Onlardan biri abid, digəri alim. Alimin abidə üstünlüyü mənim əshabımdan ən aşağı dərəcəyə malik olanına üstünlüyüm kimidir. Sonra dedi: “Şüphəsiz Allah, onun mələkləri, göylərin və yerlərin sakinləri, hətta yuvasındakı qarışqa, dənizdəki balıq (balina) belə insanlara xeyr (elm) öyrədənlər üçün dua edərlər.”[2] [Hədisi Tirmizi Həsən-səhih qeydi ilə rəvayət edib]

       Digər hədisdə belə buyurulub: “Alimin abiddən üstünlüyü gecə bədirlənmiş ayın digər ulduzlara üstünlüyü kimdir. Həqiqətən alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra nə dinar nə də dirhəm miras qoyarlar. Peyğəmbərlə yalnız elmi miras qoyarlar. Kim bu mirası əldə edərsə böyük bir pay əldə etmiş olar.”[3] [Hədisi Tirmizi, Əbu Davud, İbn Macə rəvayət edib]

        Saffan İbn Assal (Allah ondan razı olsun) Nəbidən (Sallallahu aleyhi və səlləm) belə rəvayət etdi: “Həqiqətən mələklər elm tələbəsinin öyrəndiklərindən razı olduqları üçün qanadlarını onun üzərinə endirərlər (qoyarlar).”[4] [Hədisi İmam Əhməd, Tirmizi və İbn Macə rəvayət edib]

         Xattabi “Məalimus-Sunən” (1/61) əsərində “Mələklərin qanadlarını endirərlər (qoyarlar) sözünün üç qisim təfsiri olduğunu demişdir.

Birinci görüş : “Qanadlarını açmaqları” mənasındadır. Elm tələbəsinə yardım üçün mələklər elm tələbəsi elm öyrənmək üçün yeridiyi zaman onun basması üçün qanadlarını sərmələri (qoymaları).

İkinci görüş : Hörmət və təzim (şanını ucaltma) üçün təvazu göstərmələri mənasındadır. Elm tələbəsinin şanını ucaltmaq və elminə ehtiram üçün bu mələklərin təvazusu mənasına gəlir. Mələklər təvazu göstərmək üçün qanadlarını toplayaraq endirər və uçuşdan vaz keçərlər.

Üçüncü görüş : Qəsd edilən mələklərin elm məclislərinə enmələri və uçuşu tərk etmələridir. Bununla bağlı Allah Rasulundan (Sallallahu aleyhi və səlləm) bu hədis rəvayət edilib: “Allahı zikr edən elə bir toplum yoxdur ki, mələklər onları əhatəyə almasın”

        Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət etmişdir ki, Allah Rəsulu (Sallallahu aleyhi və səlləm) belə buyurdu: “Kim elm öyrənmək üçün yola çıxarsa Allah ona cənnətə gedən yolu asanlaşdırar.”[5]  

        Allah Rəsulundan (Sallallahu aleyhi və səlləm) belə rəvayət olunmuşdur: “İslamı ihya etmək (yaşatmaq) üçün elm tələbi zamanı ölən kimsə ilə peyğəmbərlər arasında sadəcə bir dərəcəlik fərq vardır.”

        Bu mövzu ilə bağlı çox sayda hədislər varid olmuşdur.

        Bəzi hikmət sahibləri deyirdi kaş ki, elmi itirənin nəyi əldə etdiyini, elmi əldə edənin nəyi itirdiyini bilərdim.

 

Tərcümə : Ummu Rəşid



[1] Buxari 71, 3116; Muslim 1037; Darimi 232; İbn Macə 220; Əhməd bin Hənbəl 4/92,93,95,96,97,98,99,101

[2] Tirmizi 2686; Təbərani “Əl-Kəbir” 7911, 7912. Bu hədis şahidləriylə birlikdə səhihdir.

[3] Əbu Davud 3641,3642; Tirmizi2683; İbn Macə 223; Darimi 349; Əhməd bin Hənbəl 5/196; İbn Hibban “Məvarid” 80. Əbu-Dərdanın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdən götürülüb Bu hədis şahidləriylə birlikdə səhihdir.

[4] Tirmizi 3529; Əhməd bin Hənbəl 4/230; İbn Hibban “Məvarid” 186. Bu hədis səhihdir.

[5] Muslim 2699; Tirmizi 2646; İbn Macə 225; Hakim 1/88; Əhməd bin Hənbəl 2/252,322407

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.