Əqabə beyəti

Əhməd bin Hənbəl ibn İshaqdan o da Kəb bin Malikdən (radiyallahu ənh) Əqabə  hadisəsi haqqında belə dediyini rəvayət edib: …O gecə qövmümüzlə birlikdə miniklərimizin üstündə yatdıq. Gecənin üçdə biri keçəndən sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) ilə görüşmək üçün miniklərimizdən ayrıldıq. Gizli səssiz bir şəkildə bir-bir iki-iki gedirdik. Əqabadaki bir vadidə toplandıq. Biz yetmiş iki kişi idik. Hamımız toplandıqdan sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) gəldi. Yanında Rasulullah (səllallahu əleyhi və səlləm)in əmisi Abbas bin Abdulmuttalib var idi. O, hələ o vaxt öz qövmünün dinində idi. İlk olaraq Abbas bin Abdulmuttalib danışdı:

 

”Bildiyiniz kimi Muhəmməd bizdəndir. Biz onu onun haqqında bizimlə eyni düşüncədə olan qövmündən qoruduq. O, öz xalqının içində hörmət sahibidir və öz şəhərində təhlükəsizlik içindədir. Amma o, sizə qoşulmaqda israrlıdır. Əgər siz ona etdiyiniz dəvətdə verdiyiniz sözün üstündə duracağınıza əminsəniz və onu rəqiblərindən qoruyacaqsınızsa, o zaman öz öhdəliklərinizi yerinə yetirməkdə sərbəstsiniz. Amma əgər siz onu öz aranıza aldıqdan sonar təslim edib tərk edəcəyinizi düşünürsəniz indidən onu tərk edin. Həqiqətən o, öz xalqının içində hörmət sahibidir və öz şəhərində qoruma altındadır.”

Abbas bin Abdulmuttalib əmin olmaq istəyirdi ki, ənsarlar öz öhdəliklərini yerinə yetirəcəklər.

Ənsarlar belə cavab verdilər: ”Sənin dediyini eşitdik. Ey Allahın Rəsulu (səllallahu əleyhi və səlləm), indi sən danış və bizə nə istədiyini de və bizdən özün və Rəbbin üçün nə istəyirsən al.” Rasulullah (səllallahu əleyhi və səlləm) ayağa durdu və dedi: ”Qadınlarınızı və uşaqlarınızı qoruduğunuz kimi məni də qoruyacağınız haqqında sizdən beyət istəyirəm. ” Bundan sonra Bəra bin Marur beyət vermək üçün dedi: ” Ey Allahın Rəsulu (səllallahu əleyhi və səlləm), Allaha and olsun ki, əlimiz altında olanları qoruduğumuz kimi səni də qoruyacağıq. Bunun üçün sənə beyət edirik. Vallahi biz nəsilllər boyu atadan oğula döyüşçülər olmuşuq. ” Bəra bin Marur danışarkən Əbu Heytəm bin Tihan ayağa qalxıb dedi: ”Ey Allahın Rəsulu (səllallahu əleyhi və səlləm), bizim bəzi adamlar (yəhudilər) ilə bağlantılarımız var. Biz bu bağları qıracağıq və biz bunu etdikdən sonra Allah sənə qələbə versə bizi tərk edib öz qövmünün yanına dönəcəksənmi?”

Rasulullah (səllallahu əleyhi və səlləm) bu sözlərə gülümsədi və belə buyurdu: ”Əksinə qanımız birlikdə axacaq, dağılmamız bir yerdə olacaq. Mən sizdənəm və siz məndənsiniz. Sizin savaşdıqlarınızla savaşacaq, sülh bağladığınızla sülh edəcəyik.”…

Allahın Rəsulu (səllallahu əleyhi və səlləm) sözünün üstündə durdu. Peyğəmbər (səllallahu əleyhi və səlləm)in doğma şəhəri olan Məkkə fəth edildikdən sonra oranı tərk edərək ənsarlarla bir yerdə Mədinəyə döndü və həyatının sonuna qədər orada yaşadı. Rəsulullah (səllallahu əleyhi və səlləm) son anına qədər ənsarlarla birlikdə qaldı.

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.