Mələklərə iman nə anlama gəlir?

Həmd yalnız Allaha məxsusdur.

Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.

 Belə ki, Allah Təala mələklər haqqında belə buyurmuşdur:

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” (Təhrim surəsi, 6)

Mələklərə iman özündə dörd əsası birləşdirir.

Birinci: Mələklərin varlığını, onların Allah Təala'nın yaratdığı varlıqlar olduğunu,  qəti bir şəkildə təsdiq edərik.

“Onlar (mələklər) Allah’a yaxın qullardır. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.” (Ənbiya surəsi, 26-28)

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” (Təhrim surəsi, 6)

“Göylərdə və yerdə kimlər varsa, (hamısı) Onundur. Onun yanında olanlar (Allaha yaxın mələklər) Ona ibadət etməyə təşəxxüs göstərmir və (bundan) yorulmurlar. Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə təriflər deyirlər.” (Ənbiya surəsi, 19-20)

İkinci: Cəbrayıl, Mikayıl, İsrafil, Malik və Rizvan – aleyhimussələm - kimi adlarını bildiyimiz mələklərə isimləriylə iman edərik.

Üçüncü: Cəbrayıl - aleyhissələm - kimi sünnətdən vəsflərini bildiyimiz mələklərə o vəsfləri ilə iman edərik.

Belə ki, peyğəmbər - səllalahu aleyhi və səlləm - Cəbrayılı - aleyhissələm - yaradılmış olduğu əsl surətində altı yüz qanadı ilə göyü əhatə edən bir halda gördüyünü xəbər vermişdir.

Dördüncü: Cəbrayıl - aleyhissələm - kimi qəlblərin həyatı olan vəhyi endirməklə, İsrafil kimi sura üfürməklə, Mikayıl kimi yağış yağdırmaqla və Malik kimi cəhənnəm gözətçisi etməklə vəzifəli olduğunu bildiyimiz mələklərin bəzi əməlləri yerinə yetirdiklərinə iman edərik. 

İman etməyimiz vacib olan şeylərdən biri də hər insanla birlikdə iki mələk olduğu və bu iki mələyin insanın əməllərinin yazdığıdır.

Belə ki, Allah Təala insanın əməllərini yazan bu iki mələk haqqında belə buyurmuşdur:

“Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi, 17-18)

Bil ki, ey müsəlman qardaş!

Bu iki mələyin qiyamət günü səni üzəcək şeylər yazmasından həzər et! Söylədiyin və tələffüz etdiyin hər şey, sənin lehinə və ya əleyhinə yazılacaqdır. Qiyamət günü yetişdiyində qulun əməl dəftəri ortaya çıxacaqdır.

Belə ki, Allah Təala bu mövzuda belə buyurmuşdur:

“Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.” (İsra surəsi, 13-14)

Allah Təaladan eyiblərimizi örtməsini və günahlarımızı bağışlanmasını diləyirik. Çünki O, haqqıyla eşidən və duaları qəbul edəndir.

Yenə də ən doğrusunu Allah bilir.

Mənbə: islamqa.com

Tərcümə etdi: Əbu Suleyman/favaid.com

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.