Əbul-Həsən Əhməd ibn əl-Ənbusi (466-542)

Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

 

Əbul-Qasim bin əl-Busri, Əbu Nəsr əz-Zeynəbi, İsmail bin Məs’adə əl-İsmaili, Rizqullah ət-Təmimi və başqalarından hədis dinləmiş, elm öyrənmişdir. Qazilər qazisi Əbu Bəkr Muhəmməd bin əl-Muzaffər əş-Şəmi əl-Həməvi, Əbul-Qasim əz-Zəncəni və Əbul-Fədl əl-Həməzəni’nin yanında fəqihləşmişdir.

Ondan isə Əbu Sa’d əs-Səm’ani, Əbul-Qasim ibn Asəkir, Əbuş-Şəms əl-Kindi, Süleyman əl-Məvsili və başqaları hədis rəvayət ediblər. Ondan sonuncu olaraq rəvayət edən qızı Şərəfun-Nisə’dir.

İbnus-Subki deyir: “Məzhəbi, ixtilaf elmini, miras elmini və hesab elmini bilirdi.

əz-Zəhəbi deyir: “Kəlam elminə və mötəzilənin görüşlərinə göz saldı, sonra Allah ona lütf etdi və sünnət və tabeçilik əhlindən oldu. Məzhəbi, miras elmini, ixtilaf elmini bilirdi. Siqa, zahid, yazıçı, çoxlu zikr edən, çoxlu ibadət edən və insanlardan ayrı qalmağa üstünlük verən biri idi.

İbnul-Cəvzi dedi: “Şeyximiz Əbul-Həsən ibn əz-Zəğuni (əl-Hənbəli) ilə yoldaşlıq etdi və daha əvvəl mötəzili olduğu halda onu sünnətə yönəltdi... Siqa idi, yazıçı idi, etiqadda sələfin sünnətləri və sünnət əhlinin yolu üzərində idi və şafi’ilərin arasında buna müxalif olan mütəkəllimləri şiddətlı qınayırdı.

İbn Kəsir deyir: “Kəlam elmi və mötəzililiyə daldı, sonra Allah ona bundan qurtulmaq üçün yol açdı və Əhlüs-Sünnət val-Cəməa’nın məzhəbinə qayıtdı. Şeyx Əbul-Fərac İbnul-Cəvzi deyir: “Görüşündən dönməsi şeyximiz Əbul-Həsən bin əz-Zəğuni’nin əli ilə olmuşdur... Əbu Sa’d əs-Səm’ani dedi: “Fəqih, müfti və zahid biri idi, məzhəbi, miras elmini bilirdi. İnsanları tərk etdi, tanınmamağa üstünlük verdi və şöhrəti tərk etdi. Çoxlu zikr edərdi və ağır şərtlərdə yaşayardı.” İbnul-Cəvzi dedi: “Məzhəb, ixtilaf elmi, miras elmi və hesab elmində onun gözəl bilikləri var idi. Etiqadda sələfin sünnətləri və sünnət əhlinin yoluna etibar edirdi və buna müxalif olanı sərt şəkildə tənqid edərdi. Həmişə evində oturardı və heç zaman çıxmazdı və onu heç bir məsciddə görmədik. Şayə yayıldı ki, o, cümə namazlarını qılmır və onun bunda üzrünün nə olduğunu bilmədik.

Hicri 542-ci ildə zül-hiccə ayının səkkizi vəfat etmişdir.

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.