Qadi Əbu Ömər əl-Bəstami (?-407)

Muhəmməd bin əl-Hüseyn bin Muhəmməd bin əl-Heysəm bin əl-Qasim bin Məlik zamanının böyük şafi’i imamlarından və fəqihlərindən biridir. Əbu Ömər əl-Bəstami adı ilə tanınır. Neysəbur şəhərinin qazisidir. İbnus-Subki deyir: “Əshabımızdan olan imamlardan biri, alimlərimiz içində şanı uca olanlardan biridir.”

 

Şeyx Əbu Həmid əl-İsfərayini zamanında Bağdada gəldi və Şeyx Əbu Həmid onu çox tərifləyərdi və təzim edərdi. əl-Bəstami hörmətdə, sanda, elmdə Əbut-Tayyib əs-Su’luki’nin tayı idi. əl-Bəstami hətta Əbut-Tayyib’in qızı ilə evlənmiş və ondan iki oğlu olmuşdur: Muəyyəd və Muvaffəq. Hər iki oğlu böyük imamlardan olmuşdur. əl-Muəyyəd Əbul-Məali Ömər bin Muhəmmə bin əl-Hüseyndir, hicri 465-ci ildə vəfat edib. Digər oğlu əl-Muvaffəq isə Əbu Muhəmməd Hibətullah’dir, hicri 440-cı ildə vəfat edib.

Qadi Əbu Ömər İraqda, Əhvazda, İsfəhanda və Sicistanda hədis dinləmişdir və oranın alimlərindən elm öyrənmişdir. Əbul-Qasim ət-Tabərani, Əhməd bin Abdir-Rahmən bin əl-Cərud ər-Raqqi, Əbu Bəkr əl-Qati’i, Əli bin Əhməd əl-Əhvazi, Əhməd bin Mahmud bin Xurrazəz əl-Qadi, Əbu Muhəmməd bin Məsi və başqalarından hədis dinləmiş, elm öyrənmişdir.

Ondan isə Əbu Abdilləh əl-Həkim, Əbu Bəkr əl-Beyhəqi, Əbul-Fədl Muhəmməd bin Ubeydilləh əs-Sarram, əl-Hüseyn bin Fəthəveyh’in iki oğlu Sufyan və Muhəmməd, Yusuf əl-Həmədəni və başqaları hədis dinləmişdir. əl-Həkim deyir: “388-ci ilində, zul-qadə ayının üçündə, cümə axşamı günü onun Neysəbur şəhərinin qazilik vəzifəsinə təyin olunması əhdi gəldi və bizə o günün səhəri oxundu. Dərhal Racə məscidində qazilər məclisində oturduldu və hədis əhli sevinclərini, müjdələrini aşkarda elan etdilər.

Şeyx Əbu İsmail əl-Həravi deyir: “əl-Həkim Adnan bin Abədə ən-Nəmiri’ni belə deyərkən eşitdim: “Əbu Ömər əl-Bəstami’ni belə deyərkən eşitdim: “Əbul-Həsən əl-Əşari işin əvvəlində mötəziləyə özünü nisbət edirdi, sonra onlardan üz döndərdi və onlara qarşı danışdı. Onun məzhəbi tətildən başqa bir şey deyildir, sadəcə olaraq bunu aşkarda söyləməyi tərk edib bunu bəzəməyə, gözdən pərdə asmağa yönəlmişdir.[1] Bu fikir o zamanın bir çox imamında mövcud idi. Əbu Nəsr əs-Siczi bunu Zəbid əhlinə yazdığı risaləsində söyləyir. Ümumən o zaman üçün hədis əhlində geniş yayılmış bir anlayış idi.

Qadi Əbu Ömər əl-Bəstami hicri 407-ci ildə Neysəbur şəhərində vəfat etmişdir.

 


[1] “Zəmmul-Kələm va Əhlihi”, 4/407; Məktəbətul-Ğurabə əl-Əsəriyyə, birinci nəşr: 1419/1998, Mədinə

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.