Əbu Həmid ibn Şərak əl-Həravi (?-355)

Alləmə, Hafiz Əbu Həmid Əhməd bin Muhəmməd bin Şərak əl-Həravi təfsir alimi və şafi’i fəqihidir. Herat şəhərinin müftisi və oranın şeyxidir.

 

Muhəmməd bin Abdir-Rahmən əs-Səmi, əl-Həsən bin Sufyan, Abdullah bin Şiraveyh, Əbu Yə’lə əl-Məvsili, Abdullah bin Zeydən əl-Bəcəli, Əhməd bin əl-Həsən əs-Sufi və onlarla eyni təbəqədən olan alimlərdən elm almışdır.

Ondan isə “əl-Mustədrək” kitabının müəllifi Əbu Abdilləh əl-Həkim, Əbu İbrahim ən-Nəsrabəzi və Əbu İsmail əl-Ənsari’nin şeyxlərindən bir qrup alim elm almışdır. əl-Həkim deyir: “Hədisləri həsən olan biri idi.”

İbnus-Subki öz tabəqat kitabında onun adını belə qeyd edir: “Əhməd bin Muhəmməd bin Şərak əl-Fəqih, Əbu Həmid əl-Həravi əş-Şəraki Herat şəhərinin alimi, imamı, mühəddisi, ədibi, fəqihi və müfəssiridir.” İbnus-Subki beləliklə onu fiqh, hədis, ədəb və təfsir elmləri ilə vəsf etmiş, imamlığına şahidlik etmişdir.

Hicri 353-cü ildə Neysəbur şəhərinə gəlir ki, oradan həccə yola düşsün. Neysəbur şəhərinin böyüyü Əbu Abdilləh bin Əbi Zəhl ona bunu etməyə izn vermir və sultana deyir ki, “əgər bu şeyx Herat şəhərindən çıxarsa onun yoxluğu hən sultana, həm də rəiyyəyə ağır gələcək.” Bunun üzərinə bir müddət Neysəbur şəhərində qaldı və sonra Herata qayıtdı.

İbnus-Subki qeyd edir ki, onun “əl-Məxrac alə Sahih Muslim” adlı kitabı vardır, lakin onu görməmişdir.

Şeyx Əbu İsmail əl-Ənsari əl-Həravi deyir: “Siqa ravini eşitdim ki, mənə Əbu Həmid Əhməd bin Həmdən’dən icazə ilə rəvayət etdi ki, onun babası Əbu Həmid əş-Şəraki ölümünə səbəb olan xəstəliyi zamanında yanına Əbu Abdilləh əl-Fəyyədi daxil oldu və (əş-Şəraki’nin) yanında Əbu Sa’d əz-Zahid oturmuşdu. (əl-Fəyyədi) daxil olduqda insanlar qalxaraq onu təzim etdilər. Əbu Sa’d isə ona baxmadı və Əbu Həmid dedi: “Məni söykəyin!” Onu söykədilər və bunun üzərinə səsini qaldırdı. Kulləbilərə qarşı sərtliyindən doğan bir halı var idi.[1] “Zəmmul-Kələm” kitabının üzünü köçürmüş nüssaxlardan biri əlyazmanın kənarında dəqiq əl yazısı ilə yazır. “Şeyxul-İslam (Əbu İsmail əl-Həravi) mənə dedi: “(Həmin siqa ravi) Əbu Abdilləh bin Əbi Zəhl’dir.” Bu onu göstərir ki, Heratın şafi’i fəqihi əş-Şəraki kəlam əhlini, kulləbiləri sevmirdi. Onun etiqadda hədis əhlinin etiqadı üzərində olduğuna dəlalət edir.

Əbun-Nədr əl-Fəmi deyir: “358-ci ildə rabiul-əvvəl ayında vəfat etmişdir.” Lakin digər yerdə əl-Fəmi onun 355-ci öldüyünü deyir. Həmçinin əl-Həkim də deyir: “Herat şəhərində (üç yüz) əlli beşinci ildə vəfat etdi.” İbnus-Subki bu vəfat tarixinin doğru olduğunu, digər tarixin isə əl-Fəmi’nin xətası olduğunu deyir.

 


[1] “Zəmmul-Kələm va Əhlihi”, 4/396; Məktəbətul-Ğurabə əl-Əsəriyyə, birinci nəşr: 1419/1998, Mədinə

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.