Ümumi

Anamız Aişə Rəbbini gözəl tanıyırdı

Bu mövzunu yazmaqda məqsədimiz zamanımızda müsəlmanları məşğul etmiş cəhalətin üzr olub olmaması məsələsinə aydınlıq gətirmək deyildir. Lakin bu məsələ ilə bağlı müsəlmanlar öz aralarında münaqişə edərkən tərəflərdən hər biri öz görüşləri üçün Qurandan və sünnətdən dəlillər gətirməyə çalışırlar. Cahilliyi küfr və şirk kimi məsələlərdə üzr sayanların gətirdiyi dəlillərdən də biri validəmiz əs-Siddiqa Aişə’nin – radiyallahu anhə - sözləridir. İddiaya görə Allahu Təalənin insanın öz nəfsində gizlətdiklərini bilməsi həqiqətindən Aişə anamız cahil olmuşdur. Bununla əlaqədar olaraq bu iddianın nə qədər doğru olub olmadığını araşdıracağıq.

"Təsvib"i Ömərin uydurması şübhəsi

“ət-Təsvib” ilə qəsd etdiyimiz sübh namazında “əs-Salətu xayrun min ən-nəumi” sözləridir. Ərəb dilində “təsvib” sözü qayıtmaq, geri dönmək mənasını verən “ثاب – يثوب - ثوبا” sözündən əmələ gəlir. Ərəblər “ثَابَ الرَّجُلُ إِلَى اللهِ تَابَ وأَنَابَ” deyərək bir insanın tövbə edib Allahın itaətinə qayıtdığını qəsd edirlər. Buna görə də insanın əməlinin nəticəsi olaraq ona qayıdan hissəsinə, yəni mükafatına “savab” adı verilmişdir. “Təsvib” sözü “ثَوَّبَ” sözünün məsdəridir, bir şeyi elan etmək, bildirmək, çatdırmaq mənalarını daşıyır. Bir insan işarə etmək üçün paltarını silkələdikdə bu feldən istifadə edərdilər. əl-Xattabi deyir:

Təsvib sözünün mənası bir şeyi bildirmək, bir şeyin baş verəcəyindən xəbərdar etməkdir. Sözün əsli bir insanın dostunun paltarını çəkərək onu düşmən və təhlükə kimi qorxuducu bir işdən xəbərdar etməkdən yaranır. Daha sonra isə istifadəsi o qədər çoxaldı ki, artıq səs ilə edilən xəbərdarlıqlara da bu sözü istifadə etməyə başladılar.[1]

Ərəb dilinin əhəmiyyəti

Şübhəsiz ki, bütün həmd və sənalar Aləmlərin Rəbbi Allaha aiddir! Yalnız ona ibadət edir, ondan kömək istəyirik. Peyğəmbərlərin sonuncusu Muhammədə, onun pak ailəsinə və şərəfli səhabələrinə salam və xeyir-dua olsun!

Ərəb dili Allahu Təalənin bu din üçün xüsusilə seçdiyi bir dildir. Bir müsəlman ərəb dilinə sadəcə dili ilə deyil, qəlbi ilə də yiyələnər, çünki ərəb dili bu mübarək dinin bir hissəsidir. Əzəmətli Quran məhz bu dildə nazil edilmişdir. Allah – Cəllə va Alə - deyir: “Həqiqətən, Biz Onu ərəbcə quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.” (Yusuf, 2)

Lut peyğəmbərin qızları

Qurani-Kərim’də Hud surəsində Allahu Təalə Lut peyğəmbərin öz qövmünə dediyi sözləri xatırladaraq deyir: “Qövmü yüyürərək onun yanına gəldi. Onlarəvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun vəqonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?[1] Digər ayədə Allahu Təalə buyurur: ”Şəhər əhalisi bir-birini muştuluqlayaraq (onun yanına) gəldilər. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin! Allahdan qorxun və məni hörmətdən salmayın!” Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?” (Lut) dedi: “Əgər edəcəksinizsə, bunlar mənim qızlarım.” Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər."[2]