Ümumi

Dirar məscidi

(Döyüşə getməyənlərdən) başqalarının da işi Allaha qalmışdır; ya onlara əzab verər, ya da tövbələrini qəbul edər. Allah Biləndir, Hikmət Sahibidir! (Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasını ayırmaq və əvvəldən Allaha və Rasuluna qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: ”Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyərək and içərlər. Allah şahidlik edir ki, onlar həqiqətən yalançılardır. Orada heç vaxt namaz qılma! İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən insanlar vardır. Allah pak olanları sevər. Binasını Allah qorxusu və Onun rızası üzərində quran kəs daha yaxşıdır yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım qövmü doğru yola yönəltməz. Onların qurduqları bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Hikmət Sahibidir.” (ət-Təubə, 106-110)

Həqiqətən o, öz vədinə sadiq idi

Cahiliyyə dövründən ərəblər verilmiş vədə sadiq olmağı yüksək dəyərləndirərdilər və şərəfli insanlar, şairlər bu xüsusiyyətlə fəxr edərdilər. Digər ümmətlərdə də buna bənzər xüsusiyyətlər olub. İslam gəldikdən sonra bu gözəl xisləti təqdir etmiş və insanları ona doğru təşviq etmişdir.

Mövzu barəsində alimlərimiz təfsir kitablarında geniş danışıblar, vədə vəfalı olmağın peyğəmbərlərə və saleh insanlara aid olan gözəl əxlaqi prinsiplərdən olduğunu bəyan ediblər. Bu barədə ayrıca kitab yazan alimlərdən biri əl-Hafiz Şəmsud-Din əs-Səxavi (vəfatı hicri 902) olub və o, bu mövzu barədə yazdığı “İltiməsus-Sa’di fil-Vafəi bil-Va’di” adlı kitabını Misirin sultanı Qayıtbəyə[1] hədiyyə etmişdir. Mövzu barədə kitab yazmış digər alim böyük hənbəli alimi, “Dəlilut-Talib” və “Ğayətul-Muntəhə” kimi hənbəli fiqhinin məşhur mətnlərinin müəllifi Mər’i bin Yusuf əl-Kərmi’dir[2]. əl-Kərmi’nin bu kitabı həqiqətdə kiçik bir kitabdır, lakin qısa da olsa vədə sadiq qalmağın əhəmiyyəti barədə müsəlmanları agah edir.

Adlara aldanmayın!

Çox zaman əhli-sünnə qardaşlarımız şiələrlə müzakirələrdə qarşı tərəfin sünni qaynaqlarından istifadə etdiklərini görürlər. Onlara ağır gələn kitabın içindən gətirilən yalan rəvayətlər deyildir, çünki yalan rəvayətlərin sənədi və mətnindəki saxtakarlıq adi gözlə görünə bilir. Lakin onlara ağır gələn sünni kitablarının qaynaq olaraq istifadə edilməsidir. Bəzən də şiələrin məşhur sünni alimlərini sitat gətirməklərinə aldanırlar, lakin həqiqətdə bu adların sünni alimlərə deyil, eyni adlı şiə alimlərə aid olduğunu bilmirlər. Bu yazımızda eyni adlı sünni və şiə alimləri haqqında az bir məlumat verməyə çalışacağıq. Yazımızın ikinci hissəsində isə şiələrin “sünnilik” adı altında istifadə etdikləri digər qaynaqlar haqqında bir qədər geniş məlumat vermişik. Bu yazımızın faydalı olacağını ümid edirik.

Rəcm ayəsinin əlavə edilməsi şübhəsi

İkinci xəlifə Həzrəti Ömər bin əl-Xattaba qarşı şiə zümrəsinin duyduğu kin və nifrət hər kəsə məlumdur. Bu nifrətin səbəbi olaraq onları Həzrəti Ömərin – Allah ondan razı olsun! -  xətalarını axtararkən görmək olar. Bəzən əhli-sünnət rəvayətlərində öz nəfsi istəklərinə müvafiq olan bəzi ibarələr tapdıqda çox sevinirlər. Bu tapıntılarını öz aralarında yayaraq bir-birilərinə sanki müjdə verərlər və cahil sünniləri öz məzhəblərindən azdırmaq üçün ürəklərinə şübhə salarlar.

Allaha həmd olsun ki, bu şübhələrdən heç birini cavabsız qoymamışdır. Daha əvvəlki yazılarımızın birində Ömərə - radiyallahu anhu – nisbət edilən təsvibi uydurmaq iftirasına cavab verilib. Bu yazımızda isə Allahın izni ilə ona atılan digər bir iftiranın həqiqətdə içindən çürük olduğunu, kökündən batil olduğunu göstərəcəyik. Tövfiq Allahdandır!

Elm təhsilində mənhəc

بسم الله الرحمن الرحيم

طَلَبُ الْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ


"Elm tələbi/təhsili hər Müsəlmana fərzdir"

 

Müqəddimə


Elm və əhlinin fəziləti zikr edilməyə ehtiyac buraxmayacaq qədər məşhurdur. Günümüzdə də müəyyən qədər də olsa Müsəlmanlardan elmə yönələnlər – Allaha həmd olsun – vardır. 
Bu Müsəlmanların bir çoxu elm əldə etmək məqsədində olsada elm təhsilinin əsas prinsip və qaydalarından xəbərsizdirlər. Nəticə olaraq məqsədlərinə tam çata bilmir və ya asanlıqla əldə ediləcək şeyləri çətin yollardan əldə edirlər. Bəzən isə hədəfləri çox ümumi olub dəqiqlikdən uzaq olur. Yəni məşhur "qayə/hədəf" problemi yaşanır. 
Təbiidir ki, hədəfi dəqiq olmayanın hədəfə gedəcəyi yolu da doğru ola bilməz. Hədəfə yolla varılar. Yol isə hədəfə görə təsbit edilər.
Elm təhsilindəki problemləri nəzərə alaraq bu mövzuda kiçik bir yazı yazıb, onlara gücüm nisbətində yol göstərməyi üzərimə borc bildim. 
Bu mövzuda yazılmış bir çox risaləni incələyərək onları təlxis ettim, önəmli gördüyüm təməllərini aldım və onları mümkün qədər sistemləşdirdim. Elm talibinə yol göstərən qaynaq əsərlərin bu sistemli risalədən sonra oxunması, sözügedən qaynaqların daha yaxşı anlaşılmasına kömək edəcəkdir.
Bu yazı həm minimum bilgiləri əldə etmək istəyən müsəlmanlara, həm də elm taliblərinə yol göstərmək və onlara faydalı olmaq məqsədilə yazılmışdır.
Uca Allahdan bu yazını ixlas sahibi həqiqi elm tələbələrinə faydalı qılmasını diləyirəm.