Ümumi

Əl-Valid bin Uqbə və səhabələrin adilliyi

əl-Valid bin Uqbə bin Əbi Mueyt Məkkənin fəthi günü qardaşı Xalid bin Uqbə ilə birlikdə İslamı qəbul etmiş səhabələrdən biridir. Anası Ərva bint Kureyz bin Rabia həm də Osman bin Affan’ın – radiyallahu anhumə - anası olmuşdur. Beləliklə əl-Valid bin Uqbə ana tərəfdən Osmanın qardaşıdır. Kunyəsi Əbu Vahb olaraq tanınır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – zəkat işini tapşırdığı kəslərdən biri də o, olmuşdur. Xəlifə Osman onu Kufənin valisi təyin etmiş və daha sonra onu vəzifəsindən almışdır. Osman vəfat etdikdən sonra səhabələr arasında baş vermiş savaşlarda iştirak etmədi. Ölənə qədər ər-Raqqa şəhərində qaldı və əl-Bəlix şəhərində dəfn olundu.

Namazları üzr olmadan birləşdirmək

Son zamanlar aktual olan mövzulardan da biri heç bir üzr və ehtiyac olmadan iki namazın arasını cəm etmək məsələsidir. Bir qisim müsəlman hədis kitablarında zikr olunmuş bəzi rəvayətləri öz ağıllarına görə anlayaraq namazları öz istəklərinə uyğun olaraq istədikləri zaman birləşdirərək qılırlar. Bu işlərində hətta səhabələrə tabe olduqlarını iddia edirlər. Bu yazımızda Allahın izni ilə ortaya atılmış şübhələrə cavab verməyə çalışacağıq.

Camaatlara beyət haqqında xəbərdarlıq

Əgər müsəlmanların başlarında şəriətin prinsiplərini icra edən bir imam və ya əmir varsa və müsəlmanlar onu bir imam və ya bir əmir olaraq qəbul ediblərsə, camaatdan ayrılaraq əmr sahibinin vilayətini rədd etmək heç kəsə halal deyildir.

Hədislərdən öz başına hökm çıxaranlara cavab

Müqəddimə

 

Təqdim etdiyimiz bu kiçik yazı həcminin kiçikliyinə rağmən əhəmiyyəti böyük bir yazıdır, dövrümüzdə cərəyan edən fikirlər və düşüncələr ilə tam olaraq əlaqədardır. Bu yazı hicri on ikinci əsrin ən məşhur hənbəli alimi İmam Şəmsud-Din əs-Səfərini’nin[1] ona yönləndirilmiş suala verdiyi cavabdan ibarətdir.

Sual fiqh kitablarını bir kənara atıb yalnız Kitab və Sünnətə əsaslanmağın vacib olduğunu iddia edənlər haqqındadır. Belə bir iddia isə bizim zamanımızda heç kəsə yad olmayan bir iddiadır. Bu iddiaya əsasən müctəhid fəqihlərin geniş biliklərinə əsaslanaraq yazdıqları kitablar və qaydalar bidətdir və onlarla əməl etmək doğru deyildir. Sual verən də “bilməsəniz elm əhlindən soruşun” ayəsindəki irşada tabe olaraq zamanının ən məşhur elm əhlindən birinə sual ilə müraciət etmişdir. Biz də cavabdakı faydadan azərbaycanlı müsəlmanın faydalanması üçün onu dilimizə tərcümə etdik.

Qazinin şərtləri

Çox təəssüf ki, müsəlmanları üzən hallar bitmək bilmir, əksinə hər gün yeni bir fəsad və yeni bir bidət ortaya çıxır. Daha əvvəl də müşahidə etdiyimiz kimi bunların əksəriyyətinin səbəbi şəriət elmlərindən cahil olmaqla bağlıdır. Müsəlmanların niyyətləri çox zaman səmimi olsa da onların cahil olmaqlarından istifadə edərək şeytan onları hər cür batil əmələ salmağa nail ola bilir. Son zamanlarda eşitdiyimiz ən acınacaqlı hallardan da biri bəzi cahillərin özlərinə qazi seçmələri və seçdikləri qazilərin də özləri kimi bir cahil olmasıdır. Bu halın nə qədər anormal olduğunu göstərmək üçün şəriətdə qazi üçün tələb olunan şərtlər haqqında qısa şəkildə yazmağın faydalı olacağını düşünürük.