Ümumi

Ölənlərin və yaralıların şəkillərini paylaşmaq

Müsəlmanların gündəmi ölmüş və ya yaralanmış müsəlman uşaqların, yaşlıların və qadınların şəkillərini bəzən görmək, bəzən də ürək ağrısı ilə göz ardı etməklə keçir. Bizdən “uzaq” yerlərdə görülən bu mənzərələr artıq bu şəkillər vasitəsilə bizim də günümüzə çevrilib və bu, hər birimizə fərqli təsir edir. Bu şəkilləri paylaşmağın məşruiyyəti də müzakirə obyektinə çevrilib.

Qeyri-islami bayramlarda hazırlanan yeməklər

Qeyri-islami bayramlarda bişirilmiş, hazırlanmış xüsusi yeməklər haqqında bir müsəlmanın münasibəti nə olmalıdır? Bu sual Azərbaycanın müsəlmanlarını maraqlandıran suallardan biridir. Xüsusilə də bunun nəticəsində ailələrdə söz-söhbətin ortaya çıxdığını nəzərə alsaq məsələnin əhəmiyyəti daha qabarıq şəkildə görüləcəkdir. Həmçinin Azərbaycanda qeyri-müsəlmanların batil bayramlar münasibəti ilə müsəlmanlara verdikləri hədiyyələri qəbul etməyin hökmü nədir? Qonşuluq, qohumluq əlaqələrində ara-sıra ortaya çıxan belə bir vəziyyətdə müsəlman necə davranmalıdır? Bu suallar bir-biriləri ilə sıx bağlıdır və bunlardan birini anlamaq digərini də anlamaqda kömək edir.

Niyyəti dildə tələffüz etmək

Son günlərdə müzakirəsi gedən məsələlərdən biri də niyyəti dildə tələffüz etmək məsələsidir. Çox təəssüflə bildirməliyik ki, bu barədə müsəlmanlarda yalnış təsəvvürlər formalaşıb və bu yalnış, xətalı təsəvvürlər nəticəsində müsəlmanlar bir-birilərinə qarşı sərt davranırlar, bir-birilərini bidətlərdə ittiham edirlər. Halbuki məsələni doğru anlamaq nəticədə məsələdə nəyin məqbul ölçüdə olduğunu göstərərək müsəlmanların bir-birilərinə qarşı tolerant və yumşaq huylu olmaqlarına kömək edəcək. Müsəlmanlar arasındakı bu narazılıqlara görə biz ilk növbədə məsələləri onlara doğru-düzgün çatdırmayanları ittiham edirik və cahillərin elm kürsülərində oturmasına qarşıyıq.

Namaz əhlinə zahirə görə hökm vermək

Başı bəlalı müsəlmanların ən çox əziyyəti cahillərin öz başlarından böyük danışmaqları olmuşdur. Onların cahillikləri üzündən camaatlara parçalandıqlarını, hər camaatın da özünə xas məsələləri olduğunu görərsən. Cahillikləri ilə az qala rafizilərlə yarışa girmiş camaatlardan biri də təkfirdə həddini aşan müsəlmanların camaatıdır. Öz batil məzhəblərini dəstəkləmək üçün bəzi alim sözlərinə zəli kimi yapışarlar, lakin o sözlərin nə məqsəd ilə söyləndiyini dərk etmədən, o sözləri dərk etməyə çalışmadan o sözləri əllərində bayraq edərlər. Nəsə kəşf etdiklərini zənn edərək fərəhlənərlər, digərlərinin onlara tabe olmaqlarını gözləyərək cahil müsəlmanların canına düşərlər, onlara şübhə salarlar və dinlərində fitnəyə düşərlər və başqalarını da fitnəyə salarlar.

Müasir corablara məsh çəkməyin hökmü

Rəhimli və Mərhəmətli Allahın adı ilə! Müsəlmanın namazı və dəstəmazı ilə bağlı bütün məsələlər çox böyük əhəmiyyət daşıyır. Dəstəmaz və namazla bir-başa bağlı olan məsələlərdən biri də məstlərə məsh çəkmək məsələsidir; daha dəqiq desək nazik corablara məsh çəkməklə bağlıdır. Son zamanlar məsələnin müsəlmanlar arasında müzakirə edilməsi gözəl bir əlamətdir. Müsəlmanların gündəlik ibadətlərində ehtiyac duyduqları məsələlər barəsində öyrənməkləri zəruridir.

Müasir corablar məsh üçün yararlıdırmı? Biz bildiklərimizə əsaslanaraq bu cür corablara məsh çəkməyin caiz olmadığına etiqad edirik. Sünnətə tabe olmağa çalışan səmimi qardaşlarımız məsələni səylə öyrənməyə çalışırlar. Bu barədə bizimlə razılaşmayan qardaşlarımız nazik corablara məsh çəkmək barədə bəzi dəlillər zikr edirlər və bizim dəlillərimizlə razılaşmırlar. Allahın izni ilə bu kiçik məqaləmizdə bu barədə gətirilən dəlillərə cavab verməyə çalışacağıq və  gəlib keçmiş məzhəblərin, fəqihlərin görüşləri ilə tanış olacağıq.