Ömər ilə Umm Kulsumun evliliyi

Tarixdən məlumdur ki, Ömər bin əl-Xattab ilə - radiyallahu anhu - Əlinin qızı Umm Kulsum - radiyallahu anhə - ailə həyatı qurublar. Həm sünnilərin, həm də şiə tarix alimlərinin qəbul etdikləri bu tarixi fakt şiələrin qurduqları əfsanəni məhv edir. Şiələr Ömər ilə Əli arasında bir ədavətin olduğunu iddia etdikləri halda tarix onların dediklərinin əksini göstərir. Məgər insan öz qızını düşməninə ərə verərmi?!

Lakin bəzi şiələr bu faktın onların əqidələrini alt-üst etdiyini anladıqları üçün bunu inkar etməyə çalışırlar. Onlar bu barədə ortaya bir çox yalanlar atırlar. Elmi ilk əllərdən öyrənə bilməyən müsəlmanlar isə onların bu yalanları qarşısında şübhəyə düşürlər. Biz bu yazımızda onların şübhələrinə cavab verməyə çalışacağıq.

 

 

Bu barədə gələn rəvayətlər səhihdirmi?

 

Bəzi şiələr iddia edir ki, bu barədə həm sünni, həm də şiə mənbələrində gəlmiş rəvayətlər zəifdir. Onlar deyirlər ki, guya bu evliliyi sünnilərin əsas qaynaq kitabları qeyd etməyiblər. Bütün bu iddialar nə qədər doğrudur?

  • əl-Buxari “əs-Səhih” kitabında rəvayət edir:

Abdən bizə rəvayət etdi: Abdullah bizə xəbər verdi; Yunus bizə İbn Şihəbdən xəbər verdi; Saləbə bin Əbi Malik dedi ki, Ömər bin əl-Xattab – radiyallahu anhu – Mədinənin qadınları arasında bəzi paltarlar bölüşdürdü və sonunda yaxşı bir paltar qaldı. Onun yanındakılardan bəziləri ona dedilər: “Bunu sənin nəzdindəki peyğəmbərin – salləllahu aleyhi va səlləm – qızına ver!” Bununla Əli’nin qızı Umm Kulsum’u qəsd edirlər. Ömər dedi: “Umm Səlit buna daha layiqdir” və Umm Səlit peyğəmbərə - salləllahu aleyhi va səlləm – beyət etmiş ənsar qadınlarındandır. Ömər dedi: “O, bizə Uhud günü su daşıyardı.[1]

Bu hədis belə özlüyündə bu evliliyi isbat etməyə kifayət edir. Lakin biz digər hədisləri də inşallah göstərək.

  • İbn Əbi Şeybə “əl-Musannəf” əsərində rəvayət edir:

Əbu Bəkr bizə rəvayət etdi: dedi: Cərir bin Abdilhəmid bizə Mənsurdan, o da əl-Hakəm’dən rəvayət etdi; dedi: Ömər öldüyü zaman Əli Umm Kulsumu (evindən) götürdü və Talha öldükdə Aişə öz bacısını (evindən) götürdü.[2]

Bu rəvayətin isnadı səhihdir. əl-Hakəm Həzrəti Əli’dən, İbn Abbas’dan və digər səhabələrdən hədis eşitmişdir. Bu, Əli və digər səhabələrlə qarşılaşmış tabiinin şahidliyidir və tarixi bir fakt kimi kifayət edər.

  • əl-Hakim “əl-Müstədrək” əsərində rəvayət edir:

Əbu Abdilläh Muhamməd bin Yaqub və Əbu Yəhya Əhməd bin Muhamməd əs-Səmərqəndi, hər ikisi bizə rəvayət edərək dedilər: Muhamməd bin Nasr əl-İmam bizə rəvayət etdi: Bizə Yəhya bin Yəhya rəvayət etdi: Abduləziz bin Muhamməd bizə Cafər bin Muhamməd’dən, o da atasından xəbər verdi: Umm Kulsum bint Əli – radiyallahu anhumə - və onun oğlu Zeyd bin Ömər bin əl-Xattab hər ikisi də bir gündə vəfat etdi və onlardan hansının daha əvvəl öldüyü bilinmədi. Onlardan heç biri bir-birinə varis olmadı. Siffin əhli də bir-birinə varis olmamışdı, əl-Hərra əhli də bir-birinə varis olmamışdı.”

Bu hədisin isnadı səhihdir və bunda faydalar vardır: Umm Kulsum’un Ömərdən bir oğlu olmuşdur.”[3]

  • Şeyx əl-Albani “İrva əl-Ğalil” kitabında deyir:

Səid (3/1/65/240) və əd-Darimi (2/379) və əl-Hakim (4/345-346) Abdulaziz bin Muhamməd yolu ilə Cafər bin Muhamməd’dən, o da atasından rəvayət edir: “Umm Kulsum bint Əli – radiyallahu anhumə - və onun oğlu Zeyd bin Ömər bin əl-Xattab hər ikisi də bir gündə vəfat etdi və onlardan hansının daha əvvəl öldüyü bilinmədi. Onlardan heç biri bir-birinə varis olmadı. Siffin əhli də bir-birinə varis olmamışdı, əl-Hərra əhli də bir-birinə varis olmamışdı.” əl-Hakim dedi: “İsnadı səhihdir.” əz-Zəhəbi hökmdə onunla razılaşdı və hədis onların dediyi kimidir. (yəni səhihdir)[4]

  • əl-Beyhəqi “əs-Sünən əl-Kubra” kitabında rəvayət edir:

“Əbu Abduilläh əl-Hafiz (yəni əl-Hakim ən-Neysəburi) bizə xəbər verdi: əl-Həsən bin Yaqub və İbrahim bin Asamə rəvayət etdilər; dedilər: əs-Səri bin Xazimə bizə rəvayət etdi; Məla bin Əsəd bizə rəvayət etdi; Vuheyb bin Xalid bizə Cafər bin Muhamməd’dən, o isə atasından, o da Əli bin əl-Hüseyn’dən rəvayət etdi: H (yəni digər sənədi bununla birləşdirir) Əbu Abdullah əl-Hafiz bizə xəbər verdi; Əbul-Abbas Muhamməd bin Yaqub bizə rəvayət etdi: Əhməd bin Abdilcabbar bizə rəvayət etdi: Yusun bin Bukeyr bizə İbn İshaq’dan rəvayət etdi; Əbu Cafər mənə atası Əli bin əl-Hüseyn’dən rəvayət etdi; dedi: Ömər bin əl-Xattab – radiyallahu anhu – Umm Kulsum bint Əli – radiyallahu anhum- ilə evləndikdə Allah Elçisinin – salləllahu aleyhi va səlləm – məscidində qəbri ilə minbəri arasındakı mühacirlərin məclisinə gəldi, orada onlardan başqa heç kəs oturmamışdı. Ona xeyir dua verdilər. Dedi: “Allaha and olsun ki, onunla yalnız ona görə evləndim ki, Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Bütün səbəb və nəsəblər Qiyamət günü qopuqdur, yalnız mənim səbəbim və nəsəbimdən olanlar istisnadır.” (əl-Beyhəqi deyir) : Hədisin ləfzi İbn İshaqa aiddir və o, mürsəl həsəndir. Digər yollarla da məvsul və mürsəl olaraq rəvayət olunmuşdur.[5]

Hədisin sənədi səhihdir, hədisin mürsəl olmasının səbəbi isə budur ki, əl-Hüseynin oğlu Əli Zeynul-Abidin – radiyallahu anhu – Həzrəti Ömərdən rəvayət etməmişdir. Lakin tarixi bir fakt kimi Zeynul-Abidin öz bibisinin evlilik faktını zikr etmişdir. Bu isə dəlil olaraq kifayət edər.

  • İmam əz-Zeylai əl-Hənəfi “Nasbur-Rayə” kitabında deyir:

Əbu Davud[6] və ən-Nəsai bunu Ammər’dən rəvayət etmişlər: Dedi: Umm Kulsum’un və oğlunun cənazəsində iştirak etdim, oğlanı imama yaxın yerləşdirdilər və mən buna etiraz etdim. Onların arasında İbn Abbas, Əbu Səid, Əbu Qatədə və Əbu Hureyrə var idi və onlar dedilər: “Bu, sünnətdir.” ən-Nəvəvi – rahiməhullah - dedi: “Sənədi səhihdir.” əl-Beyhəqi isə rəvayət edir ki, camaatın arasında Həsən, Hüseyn, Əbu Hureyrə, İbn Ömər, Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrindən səksənə yaxın səhabə iştirak etmişdi. Bir rəvayətdə imamın İbn Ömər olduğu deyilir. əl-Beyhəqi[7] Nafi’dən rəvayət edir ki, İbn Ömər kişili qadınlı doqquz cənazəyə namaz qıldı və kişiləri imama yaxın, qadınları isə qibləyə yaxın yerləşdirdi və onları bir sırada yerləşdirdi. Umm Kulsum bint Əli’nin – və o, Ömər bin əl-Xattab’ın zövcəsidir – və Zeyd bin Ömər olaraq tanınan oğlunun da cənazəsi qılındı. Həmin gün imam Səid bin əl-As idi və həmin gün namaz qılanlar arasında İbn Abbas, Əbu Hureyrə, Əbu Səid və Əbu Qatədə var idi. Oğlanı imama yaxın yerləşdirdilər və hədisi zikr etdi.[8]

  • Hafiz İbn Hacər əl-Asqalani – rahiməhullah – “Talxisul-Habir” kitabında deyir:

əd-Dəraqutni və əl-Beyhəqi’nin rəvayətində Nafi, ibn Ömərdən rəvayət edir ki, yeddi cənazəyə namaz qıldı, hamısı qadın və kişilər idi. Kişiləri imama yaxın, qadınları isə qibləyə yaxın yerləşdirdi və onları bir sırada düzdü. Ömərin zövcəsi Umm Kulsum bint Əli və Zeyd adı ilə tanınan oğlunun cənazəsi də yerləşdirildi. Həmin gün imam Səid bin əl-As idi və insanlar arasında həmin gün İbn Abbas, Əbu Hureyrə, Əbu Səid və Əbu Qatədə var idi. Oğlan imama yaxın yerləşdirildi və bunun nə olduğunu soruşdum. Bunun sünnət olduğunu dedilər. Bunu eynilə İbnul-Carud “əl-Muntəqa” əsərində rəvayət etmişdir. İsnadı səhihdir.[9]

Eləcədə Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – Umm Kulsum və oğlunun cənazəsi haqqındakı hədisi səhih sayır.[10]

Bütün bu səhih rəvayətlər bu hadisənin baş verməsini qəti olaraq isbat edir. İnsaflı müsəlmanlar diqqətsiz davranıb bəzi yalançıların iddialarına uymamalıdırlar. Onlar üçün bu etibarlı tarixi şəhadətlər kifayət etməlidir. Lakin mövzunun daha da ətraflı anlaşılması və ortada heç bir şəkk və şübhənin qalmaması üçün bəzi şübhələrə də cavab vermək faydalı olar.

Hər şeydən əvvəl bilmək lazımdır ki, Ömərin – radiyallahu anhu – Umm Kulsum ilə evlənməsi bütün firqələr tərəfindən icma ilə qəbul olunub. Bu sözümüz sünni firqələrindən başlayaraq şiə firqələrinə qədər geniş bir alim kütləsini əhatə edir, şiələr də əhli-sünnət kimi bu evliliyi qəbul ediblər, lakin sünnilərdən fərqli olaraq bu evliliyin baş verməsini müxtəlif səbəblərə bağlayıblar.

Şiələrin nəsəb alimlərindən Əbul-Həsən əl-Öməri (vəfatı hicri 443) bu evliliyi “əl-Mucdi fi Ənsəb ət-Talibiyyin” kitabında zikr edir. Eləcə də digər böyük şiə nəsəb alimi Əbu Nasr əl-Buxari “Sirr əs-Silsilə əl-Ələviyyə” kitabında bunu təsdiqləmişdir. Şiələrin “Əminul-İslam” ləqəbini verdikləri şeyxləri ət-Tabərsi bu evliliyi “İ’ləm əl-Vəra bi Əaləm əl-Hudə” kitabında[11] təsdiqləyir, lakin bu evliliyin uzun bir söz-söhbətdən və Ömərin təzyiqindən sonra baş verdiyini qeyd edir. Şiələrin bəlkə də ən böyük nəsəb alimi İbnut-Taqtaqi əl-Həsəni  (vəfatı hicri 709) “əl-Əsili fi Ənsəb ət-Talibin” kitabında bu evliliyi zikr edir. Bu kitabı müasir şiə alimlərindən biri əs-Seyyid Mehdi ər-Rəcai təhqiq etmişdir və o, Şihəb əd-Din əl-Məraşi ən-Nəcəfinin ən məşhur tələbələrindən biridir.  İbnut-Taqtaqi bu kitabını İbn Nasriddin ət-Tusi’yə hədiyyə edib və həmin kitabda “Əmirul-muminin’in qızları” ünvanı altında bunları deyir: “Umm Kulsum, anası Fatimə əz-Zəhra – aleyhəssələm – və onunla Ömər bin əl-Xattab evlənmişdir və ondan Zeydi dünyaya gətirmişdir.” Kitabı təhqiq edən bu sözlər barədə dipnot açaraq əl-Öməri’nin sözlərini zikr etmiş və daha sonra isə Ömərin bir şeytaniyyə (cin qız) ilə evləndiyini deyənlərin sözlərini nəql etmişdir və sonunda deyir: “Bu rəvayətlər arasında əsas, dəlil sayılacaq daha əvvəl qeyd etdiyimiz kimi, Abbas bin Abdilmuttəlib’in onu atasının – aleyhissələm – razılığı və izni ilə Ömərə ərə verməsi görüşüdür. Ömərdən Zeydi dünyaya gətirmişdir...” Oxuyucu kitabı təhqiq edən bu muhaqqiqin sözlərinə diqqətlə fikir versin! Çünki muhaqqiq bütün bu rəvayətlər içindən əsas və dəlil sayılacaq, ağıl ilə dərk olunacaq rəvayətlərə əsaslanmışdır.

Bu evliliyi təsdiq edən alimlərdən biri də Əbul-Qasim Əli bin Əhməd əl-Kufi’dir (vəfatı hicri 352) və bunu “əl-İğasə fi Bidəis-Sələsə” kitabında zikr etmişdir. Bu evliliyin qəsb və zorla həyata keçdiyini söyləsə də, istənilən halda bu evliliyin baş verdiyini etiraf etmişdir.

Muhamməd bin Yaqub əl-Kuleyni də bu evliliyi “əl-Kafi” kitabında qeyd etmişdir. Bu barədə dörd hədis gətirmişdir, bunlardan ikisini “Umm Kulsum’un evliliyi” babında zikr etmişdir.

əl-Məclisi (vəfatı hicri 1111) “əl-Kafi” kitabına yazdığı “Miratul-Uqul fi Şərh Əxbar Alir-Rasul” adlı şərhində bu dörd hədis haqqında hökmləri qeyd etmişdir. Bu dörd hədisdən ilk ikisinin həsən, üçüncü hədisin məvsuq, dördüncü hədisin isə səhih olduğunu demişdir.

Nəsəb alimlərindən İbn Kəlbi (vəfatı hicri 146) və onun atası Hişam Əbul-Munzir bu evliliyi təsdiqləyirlər.

Bura qədər qeyd etdiklərimiz sünni və şiə alimlərinin bu barədə eyni görüşdə olduqlarını göstərir. Lakin insaf xatirinə deməliyik ki, şiə üləmasından Mufid kimi bir çox alimləri bunu inkar ediblər və biz buna qarşıda toxunacağıq. Hələlik ortada gəzən bəzi şübhələrə və suallara cavab verməyə çalışaq.

 

 

Şübhələr və cavabları

 

Şiələrin ortaya atdıqları şübhələrdən də biri budur ki, tarixdə Umm Kulsum’un Ömərdən sonra Cafərin oğullarından Muhamməd və Aun ilə evləndiyi qeyd olunmuşdur. Lakin bəzi mənbələr qeyd edir ki, Muhamməd bin Cafər Tustər döyüşündə ölmüşdür. O zaman necə olur ki, Ömərdən sonra Umm Kulsum ilə evlənmiş olur?

“əl-İstiabə” kitabında Muhamməd bin Cafər’in Tustər’də öldüyü zikr olunmuşdur. “əl-İstiabə” kitabının sahibi bunu əl-Vaqidi’yə aid etmişdir.  əl-Vaqidi isə bunu qətiyyətlə söyləməmişdir, beləki İbnul-Əsir “Usd əl-Ğabə” kitabında ondan nəql edərkən yazır:  “əl-Vaqidi dedi: Muhamməd bin Cafər’in kunyəsi Əbul-Qasim idi. Deyilir ki, o, Tustər’də şəhid düşmüşdür. Bunu Əbu Ömər (ondan) nəql etmişdir.[12]

Aydın olur ki, əl-Vaqidi bunu sadəcə olaraq eşitmiş və nəql etmişdir. Hətta fərz etsək ki, bunu əl-Vaqidi dəqiq tarixi bir fakt kimi təsdiqləmişdir, yenə bununla heç bir şey isbat olunmur. Çünki təhqiq əhli Muhamməd bin Cafər’in Tustərdə ölməsini inkar ediblər. əl-Hafiz İbn Hacər deyir:

Əbu Ömər isə əl-Vaqidi’dən nəql edir ki, onun kunyəsi Əbul-Qasim idi və o, Ömərdən sonra Umm Kulsum bint Əli ilə evlənmişdir. Dedi: “Tustər’də şəhid düşmüşdür.” Onun Siffin’də Əli ilə birlikdə iştirak edənə qədər yaşadığı da deyilmişdir. əd-Dəraqutni “əl-İxva” kitabında deyir: “Onun Siffin’də qətl edildiyi, onun Abdullah bin Ömər bin əl-Xattab ilə döyüşdüyü və bir-birilərini öldürdüyü söylənmişdir.” əl-Mərzəbani “Mucəm əş-Şuəra” kitabında zikr edir ki, o, qardaşı Muhamməd bin Əbi Bəkr ilə birlikdə Misirdə olmuşdur. Muhamməd bin Əbi Bəkr öldürüldükdə gizlənmişdir. Ak şəhərindən, sonra isə Ğafiq şəhərindən bir nəfər onun yerini göstərmişdi, daha sonra Fələstinə qaçmışdır. Sonra Xasəm’dəki dayılarının yanına gəlmiş, onlar da onu Muaviyyədən qorumuşlar. Bu barədə şer yazmışdır. Bu təhqiq əl-Vaqidi’nin onun Tustər’də şəhid düşməsi barəsindəki sözünü rədd etməkdədir.[13]

Aydın olur ki, Muhamməd bin Cafər – radiyallahu anhu – Tustər döyüşündə vəfat etməmişdir.

Şiələrin ortaya atdıqları şübhələrdən də biri budur ki, mənbələrdən bəzilərində Abdullah bin Cafərin Zeynəb bint Əli öldükdən sonra onun bacısı Umm Kulsum bint Əli ilə evləndiyi qeyd olunur. Umm Kulsum Zeynəbdən əvvəl öldüyü halda bu, necə mümkündür?

İbn Sad və əd-Dəraqutni kimi alimlər Umm Kulsum’un Abdullah ilə evləndiyini deyirlər və bu barədə zəif xəbərlərə əsaslanıblar. Bu, sadəcə olaraq ravilərin xətasıdır. Bunun xəta olduğu isə ortadadır, çünki onlar deyirlər ki, Zeynəbdən sonra Abdullah Umm Kulsum ilə evlənmişdir, lakin tarix bunu inkar edir. Çünki Umm Kulsum Zeynəbdən əvvəl ölmüşdür.

Bundan başqa bu evlilik haqqındakı məlumat dəqiq deyildir. əl-Hafiz “Təhzib ət-Təhzib” əsərində Qasəm bin Luluə haqqında danışaraq deyir: “əl-Buxari’nin nigah babının əvvəllərində sənədsiz olaraq rəvayət etdiyi əsərdə onun adı keçmişdir; dedi: Abdullah bin Cafər eyni zamanda həm Əlinin qızı, həm də onun (onun dul buraxdığı) qadını ilə evli olmuşdur. Said bin Mənsur bu əsəri Muğira bin Muqassim yolu ilə həmin bu Qasəm bin Lu’lu’ə’dən isnadı ilə rəvayət etmişdir: “Abdullah bin Cafər eyni zamanda həm Əlinin (dul buraxdığı) qadını Leyla bint Məsud ən-Nəhşəliyyə, həm də Əlinin Fatimədən olan qızı Umm Kulsum ilə evli olmuşdur. Abdur-Rahmən bin Mehran’ın tərcümeyi-halında buna bənzər bir əsər qeyd olundu, lakin orada Zeynəb bint Əli qeyd olunmuşdu. əz-Zuhri bu fərqli əsərləri birləşdirərək dedi: “Bir çox kəs mənə xəbər vermişdir ki, Abdullah bin Cafər eyni zamanda Əlinin qızı və Əlinin (dul buraxdığı) qadını ilə evli olmuşdur. Əlinin həmin qızı öldükdən sonra, digər qızı ilə evlənmişdir.” Bunu əl-Beyhəqi öz sənədi ilə rəvayət etmişdir.[14]

Üstəlik tarix kitablarının çoxu Abdullah bin Cafər’in tərcümeyi halında onun Zeynəb ilə evliliyini qeyd edirlər, lakin Umm Kulsum ilə evliliyindən bir şey yazmırlar. Nəticə olaraq deyə bilərik ki, bəzi tarixçilərin dəlilsiz-sübutsuz iddiası isbat olunmuş tarixi faktı inkar etməz.

Şiələr yenə deyirlər ki, bəzi mənbələrə görə Umm Kulsum Kərbalada iştirak etmiş və üstəlik orada bir xütbə vermişdir. Bu, onun ölüm tarixi ilə uyğun gəlmir.

Umm Kulsum təxminən hicri 49-cu ildə ölmüşdür. Onun Kərbəlada iştirak etməsi barədəki iddialarına sünni mənbələri deyil, şiələrin qeyri-mötəbər mənbələri yer verib. Bunu mötəzili əl-Məsudi (hicri 345-də ölüb) “Muruc əd-Dəhəb” kitabında, əl-Qadi ən-Numən bin Muhamməd bin Mənsur əl-Məğribi (hicri 363-də ölüb) “Şərhul-Əxbər fi Fədail Əimmətil-Əthar” kitabında (3/198), İbn Nəmə əl-Hilli (hicri 645-də ölüb) “Musir əl-Əhzən”də və Muhamməd Baqir əl-Məclisi “Bihərul-Ənvar” kitabında qeyd etmişlər. Bunların heç biri əhli-sünnət alimləri tərəfindən qaynaq sayılmır.

 

 

Umm Kulsum bint Əbi Bəkr ilə yoxsa Umm Kulsum bint Əli ilə evlənib 

 

Daha sonra bəzi şiələr iddia edirlər ki, Əlinin Ömərə ərə verdiyi öz qızı deyildir, lakin onun tərbiyəsi altında böyümüş Umm Kulsum bint Əbi Bəkr’dir. Çünki Əbu Bəkr öləndən sonra onun zövcəsi Əsma ilə Həzrəti Əli evlənmişdir. Şiələr öz şeyxlərindən olan Məraşi Nəcəfi’nin “İhqaqul-Haqq” kitabına[15] istinadən iddia edirlər ki, Əbu Bəkrin Umm Kulsum adındakı qızı Əlinin himayəsi altında böyümüşdür və bu səbəbdən bəziləri onun Əlinin qızı olduğunu zənn ediblər. O zaman belə çıxır ki, Ömərin evləndiyi Əlinin deyil, Əbu Bəkrin qızı olmuşdur.

Belə bir iddia cahillikdir, çünki Əsma’nın Əbu Bəkrdən yalnız bir oğlu olmuşdur, o da Muhamməd bin Əbi Bəkr’dir. Əbu Bəkrin qızı Umm Kulsum’un anası isə Həbibə bint Xaricə’dir.

Üstəlik Umm Kulsum bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir: “Umm Kulsum bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.[16] Aydın olur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə on il xilafətdə olmuşdur. Ömər ölərkən Umm Kulsum’un hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?!  Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Umm Kulsumu Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin Qızı Umm Kulsum isə peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur. İbn Xalkən öz tarix kitabında[17] Umm Kulsum bint Əbi Bəkr haqqında deyir: “Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.” əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir: “Umm Kulsum onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Umm Kulsum’dan hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.[18]

Qeyd etməliyik ki, Ömərin Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi haqqında səhih heç bir şey gəlməmişdir. Bu barədə İbn Cərir ət-Tabəri rəvayət edərək deyir: “əl-Mədəini dedi: “Əbu Bəkrin qızı Umm Kulsumun əlini istəmişdi və o, yaşca kiçik idi...” Bu rəvayətin eynisini İbn Kəsir əd-Dəməşqi “əl-Bidayə van-Nihayə” kitabında[19] İbn Cərirdən nəql etmiş, lakin bunu ondan nəql etdiyini zikr etməmişdir. Bu rəvayətin muttəsil bir sənədi yoxdur. Bunu ət-Tabəri gördüyünüz kimi əl-Mədəini’dən rəvayət edir. əl-Mədəini hicri 244 və ya 245-ci ildə vəfat etmişdir. ət-Tabəri isə hicri 310-cu ildə vəfat etmişdir. Bu iki alimin ölümü arasında 82 il vardır. Sözsüz ki, ət-Tabəri ondan bir şey eşitməmişdir. Üstəlik əl-Mədəini öz rəvayətlərinin çoxunu sənədsiz rəvayət edir. Bunu da əlavə edək ki, əl-Mədəini bəzi alimlər tərəfindən zəif bir ravi sayılıb. əz-Zəhəbi onun haqqında deyir: “Əli bin Muhamməd Əbul-Həsən əl-Mədəini əl-İxbəri, çoxlu kitab sahibidir. İbn Adiy onu “əl-Kamil” kitabında (zəif ravilər haqqında kitabdır) zikr edərək deyir: “Əli bin Muhamməd bin Abdilləh bin Əbi Seyf əl-Mədəini, Abdurrahmən bin Sumrə’nin mövlasıdır. Hədisdə güclü deyildir. Xəbərlər rəvayət etmişdir, sənədlə rəvayət etdiyi rəvayətlərin sayı azdır.[20]

Məraşi Nəcəfi’nin belə bir cahilliyi öz təəssübkeşliyinə görə etməsini daha bir fakt göstərir. Həzrəti Əli evlənərkən Əbu Bəkrin zövcəsi Əsma bint Umeys ilə evlənmişdir. Umm Kulsum isə Əsma bint Umeys’in qızı deyildir. Əbu Bəkr’in Əsma bint Umeys’dən yalnız Muhamməd adlı oğlu olmuşdur. Üstəlik həmin bu Umm Kulsum digər açıq-aydın səbəblərə görə Əsma bint Umeys’in qızı ola bilməz. Çünki əgər Əsma bint Umeys’in qızı olarsa, belə çıxır ki, həmin bu Umm Kulsum öz qardaşlarına ərə getmişdir?! Özü də bir yox, dalbadal iki qardaşa ərə getmişdir. Çünki məlumdur ki, Əsma bint Umeys Əbu Bəkrdən əvvəl Cafər bin Əbi Talibin zövcəsi olmuşdur və ondan Həbəş torpağında üç dənə oğlu olmuşdur: Abdullah, Aun və Muhamməd və Umm Kulsum bunlardan iki qardaşa ərə getmişdir. əl-Məraşi’nin necə bir qələt etdiyi gözlər qarşısındadır.

Yekun olaraq demək olar ki, Ömər Əbu Bəkrin qızı ilə evlənməmişdir. Evlənmək bir kənarda qalsın, Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi belə sabit olmamışdır. Ortaya maraqlı bir sual çıxır: Ömərin Əlinin qızı ilə evlənməsi və ondan uşağı olması səhih hədislərdə sabit olduğu halda şiələr bunu əsassız yerə inkar edirlər. Lakin Əbu Bəkr’in qızı ilə evlənməsi barədə muttəsil bir sənədi olmayan bir şeyi necə asanlıqla qəbul edirlər?! Bu, onların öz havalarına, istək və şəhvətlərinə tabe olduqlarını göstərir!

 

 

Ömər cinlərdən olan bir qızla evlənib?

 

Bəzi şiələr isə iddia edirlər ki, guya Əli, Nəcran’dan olan bir cini çağırmış və bu cin Umm Kulsum bint Əli’nin surətini almış və Əli ona Ömərin yanına getməyi əmr etmişdir.

Bunu Nemətullah əl-Cəzairi rəvayət edir.[21] Ümumiyyətlə onu qeyd etməliyəm ki, Nemətulləh əl-Cəzairinin adı keçən bu kitabı xurafatlar və səfehliklərlə doludur. Məsələn, həmin kitabında qeyd edir ki, sərçələri öldürmək lazımdır, çünki sərçələr sünnidir və Əbu Bəkr ilə Öməri sevirlər, Əlini sevmirlər.[22]

Bu rəvayət də həmin bu xurafatlardan biridir. Rəvayətdə üstəlik həmin cinin yəhudi olduğu da qeyd olunur. Cinin adı, atasının adı da qeyd olunur. Görəsən nə üçün cin yəhudi olmalıdır? Məgər müsəlman cinlər yoxdur? Üstəlik niyə Nəcrandan olacaqmış, Mədinənin ətrafında cinlər yaşamır? Üstəlik Həzrəti Əlidə cinləri idarə etmək qabiliyyəti haradandır?

Bu rəvayətin xurafat olduğunu hətta müasir şiələr də etiraf edirlər. Ona görə də bunu inkar etmək üçün vaxt sərf etməyə ehtiyac yoxdur. Lakin aydın olan budur ki, bu rəvayətləri uyduranlar Ömərin Umm Kulsum ilə evlənməsi həqiqətindən əziyyət çəkiblər. Çünki onların zamanında bu evlilik hamı tərəfindən tarixi bir fakt olaraq qəbul olunmuşdu. Ona görə də bu rəvayətləri uyduranlar, müxtəlif yollarla bu həqiqəti təhrif etməyə çalışıblar. Lakin təbii ki, bu cəhdlərinin hamısı boşa çıxıb.

 

 

Bəzi xətalar tarixi faktları inkar etməz

 

Şiələr bütün bu şübhələri ortaya atmaqla bu hadisənin baş vermədiyini isbat etməyə çalışırlar. Lakin onların tutduqları bu yol ən təəccüblü hallarından biridir. Əgər belə bir yol izləməyə həmişə razı olsaydılar məzhəblərindən salamat heç bir şey qalmazdı. Məzhəblərinin əsaslarından biri sayılan on iki imam etiqadı belə onların bu ölçülərinə əsasən gərək kökündən silinib atılsın, çünki bu imamları haqqında o qədər ziddiyətli xəbərlər gəlib ki, məhz bu məsələdə şiə cərəyanı saysız firqələrə parçalanıblar.

Bu dediyimizi anlamaq üçün kiçik bir misal verək. Misal üçün Həzrəti Hüseynin zövcəsinin, yəni Zeynul-Abidin’in anasının adı haqqında şiələr özləri bir çox xəbərlər rəvayət ediblər, ən azı beş dənə ad deyirlər. Bu ixtilafa əsaslanıb digər isbat olunmuş faktları inkar edə bilmərik. Yəni, məsələn onun fars şahının qızı olmasını inkar edə bilmərik. Ya da peyğəmbərin hansı gündə doğulması haqqında gəlmiş xəbərlərə əsasən digər səhih xəbərləri inkar edə bilmərik. Ya da Umm Kulsum’un bacısı Zeynəb’in nə zaman ölməsi, həyatının sonunu harada keçirməsi haqqındakı müxtəlif rəvayətlərin gəlməsi heç cür onun haqqında isbat olmuş tarixi faktları inkar etməyə əsas vermir.

 

 

Şeyx əl-Mufid’in bu evliliyi inkar etməsi və bunun cavabı

 

Şeyx əl-Mufid’ə qədər heç bir şiə alimi bu evliliyi inkar etməyib. Onlar da əhli-sünnət kimi bu tarixi faktın baş verdiyini qəbul edirdilər, lakin əhli-sünnətdən fərqli olaraq bunu müxtəlif yollarla izah etməyə çalışırdılar. Lakin Şeyx əl-Mufid hicri beşinci əsrdə gələrək bu evliliyi inkar etdi. Daha sonra isə onun tələbəsi əş-Şərif əl-Murtəda “əş-Şafi” adlı kitabında bu fikirdə ustazına tabe oldu.

əl-Mufid bu evlilikdə şəkk etmişdir. Onun nəzərinə əsasən bu barədə gəlmiş xəbərlər sabit deyil, çünki bunu rəvayət edən əz-Zubeyr bin Bəkkar’dır. əz-Zubeyr isə məlum olduğu kimi nəsəbi əz-Zubeyr bin əl-Avvam’a çatır. Şiələr isə iddia edirlər ki, Zubeyr ailəsi Əliyə nifrət edib, ona düşmənçilik ediblər. Buna görə də onlar Zubeyr ailəsi ilə əhli-beyt arasında baş vermiş hər bir evlilik əlaqəsini inkar edirlər. Məsələn Seyyidə Səkinə bint Hüseyn’nin Musab bin əz-Zubeyr bin əl-Avvam’a ərə getməsini də inkar edirlər.

əz-Zubeyr bin Bəkkar (və ya Bəkkar əz-Zubeyri) “əl-Muvaffəqiyyat” kitabının sahibidir. Nəsəb alimidir və onun əmisi Musab bin Abdilləh bin əz-Zubeyr də nəsəb alimidir. əz-Zubeyr bin Bəkkar kitabında ondan çoxlu nəql etmişdir. Şiələrə görə hər ikisi də nəqllərində etibarlı deyillər.

Təbii ki, əl-Mufid’in dediyi bütün bu iddialar əsassızdır və onun təəssübkeşliyini göstərir.

Hər şeydən əvvəl görək ki, Zubeyr ailəsi ilə əhli-beyt arasında bir düşmənçilik olmuşdurmu?!

Əhli-beyt ilə Zubeyr ailəsi arasında qız verib, qız almaq məşhurdur. Bunu həm sünni, həm də şiə alimləri kitablarında qeyd ediblər.

Məsələn Abdullah bin əz-Zubeyr bin əl-Avvam, Həccac bin Yusuf əs-Səqafi tərəfindən öldürülənə qədər Ummul-Həsən bintul-Həsən bin Əli bin Əbi Talib ilə evli olmuşdur. Bunu şiələrin məşhur nəsəb alimlərindən biri olan Əbul-Həsən əl-Öməri “əl-Mucdi” kitabında deyir. Eləcədə Ruqeyya bintul-Həsən bin Əli bin Əbi Talib, Amr bin əl-Munzir bin əz-Zubeyr bin əl-Avvam’a ərə getmişdir. Eynilə Səkinə bintul-Hüseyn bin Əli bin Əbi Talib isə Musab bin əz-Zubeyr bin əl-Avvam’a ərə gedib və bu evlilik çox məşhurdur. Bunun üçün məşhur şiə nəsəb alimi İbn Anəbə’nin “Umdətut-Talib fi Ənsəb Ali Əbi Talib” kitabına bax![23] Bütün bu evliliklər göstərir ki, Zubeyr ailəsi ilə əhli-beyt arasında heç bir düşmənçilik olmamışdır.

Üstəlik şiddətli şiəliyi ilə tanınmış İbn Nədim “əl-Fihrist” kitabında deyir: “əz-Zubeyr bin Bəkkar: Əbu Abdullah əz-Zubeyr bin Əbi Bəkr Bəkkar bin Abdilləh bin Musab bin Sabit bin Abdilləh bin əz-Zubeyr bin əl-Avvam. Mədinə əhlindəndir, xəbər və nəsəb alimlərindən biridir. Şair, saduq, ravi, alicənab biridir. Məkkənin qaziliyinə üstlənmişdir...[24]

Şiə alimi İbn Nədim öz kitabında əz-Zubeyr bin Bəkkar’ı doğru sözlü, alicənab biri kimi tanıtmışdır. Əgər əz-Zubeyr bin Bəkkar həqiqətən də əhli-beytə düşmənçiliyi ilə tanınsaydı həmin bu şiə alimi kitabında onu belə təqdim edərdimi?!

Görəsən əl-Mufid haradan çıxardır ki, əz-Zubeyr bin Bəkkar əhli-beytə düşmənçilik etmişdir? əz-Zubeyr bin Bəkkar’ın babası Abdullah bin Musab bin Sabit ilə əl-Hüseyn’in nəvələrindən biri olan Yəhya bin Abdilləh arasında ədavət olduğu şiələr tərəfindən iddia olunur. Buna görə deyirlər ki, həmin kəs ələvilərə qarşı düşmənçilik etmişdir. Lakin belə bir iddianın səhih olduğunu fərz etsək belə, məgər düşmənçilik genlərlə atadan oğullarına keçirmi?! Biz bilirik ki, şiələr imamlığın atadan oğula keçdiyinə etiqad edirlər, amma nasibiliyin atadan oğula irs ilə keçdiyinə də etiqad etdiklərini bilmirdik. Onda gərək mübarək xəlifə Ömər bin Abdiləziz də Ömərin ailəsindən olduğuna görə ləkələnsin!?

Lakin biz belə bir düşmənçiliyin olduğunu kökündən inkar edirik. Abdulla bin Musab ilə Yəhya bin Abdilləh arasındakı bu düşmənçiliyi Əbul-Fərəc əl-İsfahani “əl-Əğani” kitabında zikr edir və ət-Tabəri tarixində qeyd etmişdir.

Əbul-Fərəc əl-İsfahani’yə gəldikdə isə o, təəssübkeş bir şiədir. əl-Qadi Əbu Əli əl-Muhsin bin Əbil-Qasim ət-Tənuxi deyir: “Bizim gördüyümüz şiə ravilərindən biri də Əbul-Fərəc əl-İsfahani’dir.” Əbul-Fərəc əməvilərdən olmuşdur, ona görə də alimlərin çoxu onun tərcümeyi halında şiəlik etməsindən təəccüblənmişlər. Məsələn, İbnul-Əsir deyir: “Şiə idi, bu isə qəribədir.” əz-Zəhəbi deyir: “Qəribə hallardan biri də budur ki, mərvanlı biri şiə olmuşdur.” Yenə deyir: “Şiə olmuşdur və əməvilərdə belə bir hal nadirdir.” İbnul-Cövzi deyir: “Şiyəlik etmişdir, onun kimi birisi nə özlüyündə, nə də rəvayətində siqə deyildir.” İbn Hacər deyir: “Zeydi şiələrindəndir və belə bir hal əməvilərdə nadirdir.” Lakin şiələrdən bəziləri onun şiə olmasını inkar etmişdir. əl-Xavanəsəri bunu “Ravdət əl-Cənnət” kitabında inkar etmişdir. Digər şiələr isə onun şiə olmasını etiraf edirlər. Lakin bu şəxsiyyət haqqında oxumaq istəyən Doktor Muhamməd Əhməd Xaləfullah’ın “Sahibul-Əğani Əbul-Fərəc əl-İsfəhani” kitabına baxsın! İstənilən halda həmin bu şəxs rəvayətdə siqə deyildir. Onun rəvayətində heç bir ibrət yoxdur.

Daha əvvəl qeyd etdiyimiz kimi şiələrin alimi əl-Mufid bunu ortaya atmış ilk alimləridir. əl-Mufid’dən də əvvəl yaşamış şiə alimi Əbul-Qasim Əli bin Əhməd əl-Kufi “əl-İstiğasə fi Bidəis-Sələsə” kitabında bu evliliyi təsdiqləyir. Bu xəbərlər nəsəb alimlərindən bir çox kanalla rəvayət olunmuşdur və bunlar təvatür dərəcəsini belə keçir. Belə bir xəbəri yalnız Zubeyr bin Bəkkar ilə zəiflətmək isə gülməlidir.

Məsələn, əş-Şeyx Hüseyn bin Muhamməd bin əl-Həsən əd-Diyarbəkiri tarix kitabında[25] bu rəvayətləri sənədləri ilə birlikdə rəvayət etmişdir. Bunu məsələn İbn Qatədə, Asim bin Amr’dan, o da İbn İshaq’dan rəvayət edir. Bir başqa rəvayəti Əbu Amr rəvayət edir. Sonra İmam Əhməd “əl-Mənaqib”də İbn Səmmən yolu ilə rəvayət etmişdir. Bir başqa rəvayət isə Vaqid bin Muhamməd bin Abdilləh bin Ömər yolu ilə gəlir, bunu əd-Dəvləbi təxric etmişdir. İbn Səmmən isə bunun ləfzini ixtisar edərək rəvayət etmişdir. Sonra Ömərin Umm Kulsuma verdiyi mehr barədəki rəvayətləri də Əbu Amr, əd-Dəvləbi və İbn Səmman rəvayət etmişdir. Digər rəvayətlər isə Umm Kulsum ilə onun oğlu Zeydin bir gündə öldüyünü hekayə edir. Bütün bu rəppvayətlər çoxdur və bunları İbn İshaq, əd-Dəvləbi, İbn Səmmən, Ammər bin Əbi Ammər, Əbu Amr və digərləri rəvayət ediblər və bu rəvayətlərin çoxunun sənədində Zubeyr bin Bəkkar’dan heç bir əsər, əlamət yoxdur. Bu rəvayətləri rəvayət edənlərdən bir çoxu Zubeyr bin Bəkkar’dan daha əvvəl yaşamışdır. əz-Zubeyr bin Bəkkar hicri 256-ci ildə vəfat etmişdir. Lakin bu rəvayətlərdən bir çoxunu İbn İshaq (Əbu Abdullah Muhamməd bin İshaq bin Yəssar bin Xayyərp) rəvayət etdir. Əslən farsdır və hicri 151-ci ildə vəfat etmişdir. Həmin bu İbn İshaq sözsüz ki, əz-Zubeyr bin Bəkkar’dan əvvəl yaşamışdır, nəinki ondan, hətta əmisi Musab bin Abdilləh bin əz-Zubeyrdən belə daha əvvəl yaşamışdır. İbn İshaq’ın məşhur tələbəsi, məşhur sira kitabının sahibi İbn Hişam da bu ikisindən əvvəl yaşamışdır. O, ya hicri 213-cü ildə, ya da 218-ci ildə vəfat etmişdir. Ona görə də əl-Mufid’in etirazı əsassızdır və gülməlidir.

Üstəlik bunu əl-Öməri kimi məşhur şiə nəsəb alimi kitabında təsdiq etmişdir. İbn Anəbə’nin “Umdətut-Talib fi Ənsəb Ali Əbi Talib” kitabına müqəddimə yazan muhəqqiq həmin bu müqəddiməsində əl-Öməri haqqında deyir: “Şiələrin ilk nəsəb alimlərindən olan əş-Şeyx əl-Öməri: Əbul-Həsən Əli əs-Sufi Nəcməddin Əbul-Həsən Əli bin Muhamməd bin Əli bin Muhamməd. Nəsəbi Ömər bin Əli Zeynil-Abidin’ə qədər çatır. Buna görə də ona əl-Öməri deyilmişdir. İbnus-Sufi adı ilə tanınmışdır. Nəsəb alimidir. Hicri 443-cü ildən sonraya qədər sağ olmuşdur. İki seyyidin, əl-Murtəda və ər-Rida’nın müasiridir. Onunla İbn Anəbə arasında üç əsr vardır və onun “əl-Məcdi fi Ənsəb ət-Talibin” adlı kitabı vardır.[26] Həmin bu əl-Öməri şiələrdəki nəsəb alimlərinin şeyxi sayılır. əl-Mufid nəsəb alimi deyildir, şiələrdə əl-Mufid fiqh alimi kimi tanınmışdır. Nəsəb məsələlərində isə fiqh aliminin deyil, nəsəb aliminin sözü keçərlidir. Üstəlik əl-Öməri özü əhli-beytdəndir və öz nəsəbini hamıdan yaxşı bilir. Həmin bu əl-Öməri “əl-Mucdi” kitabında deyir: “Fatimədən – aleyhəssələm – olan qızı Umm Kulsum, adı Ruqeyyədir. Ömər bin əl-Xattaba ərə getmişdir və ondan Zeydi dünyaya gətirmişdir...[27]

Şiələrdə Əminul-İslam adı ilə tanınan ət-Tabərsi kitabında[28] deyir: “Umm Kulsum’a gəldikdə isə, məhz onunla Ömər bin əl-Xattab evlənmişdir. Bizim əshabımız deyir ki, Əli – aleyhissələm – çoxlu müdafiə, şiddətli imtina, hər cür bəhanə gətirdikdən sonra evləndirmişdir. Beləki bütün bunlardan sonra qızın məsələsini əl-Abbas bin Abdilmuttəlib’ə tapşırmağı ona zərurət vadar etmişdir. O da onu ərə vermişdir...

əl-Kuleyni “əl-Kafi” kitabında “Təzvic Umm Kulsum” babında rəvayət edir: “Əli bin İbrahim, atasından, o da İbn Əbi Umeyr’dən, o da Hişam bin Səlim’dən, o Hamməd’dən, o da Zərara’dan, o isə Əbu Abdullah’dan – aleyhissələm – Umm Kulsum’un ərə verilməsi haqqında rəvayət edir: “Bu, bizdən qəsb olunmuş bir fərcdir[29].

Muhamməd bin Əbi Umeyr’dən, o da Hişəm bin Səlim’dən, o da Əbu Abdilləh’dən – aleyhissələm – belə dediyini rəvayət edir: “Onun əlini istədikdə möminlərin əmiri Əli dedi: “O, uşaqdır.” Dedi: Abbasla qarşılaşdı və ona dedi: “Məndə nə var ki? Nə eybim var ki?” Abbas dedi: “Nə olub ki?” Dedi: “Qardaşın oğlundan qızını istədim, məni geri çevirdi.Allaha and olsun ki, zəmzəmi dolduraram və sizin heç bir hörmət məqamınızı sağ buraxmaram, hamısını dağıdaram. Sonra ona qarşı iki şahid gətirib oğurluq etdiyini göstərərəm, sonra sağ əlini kəsərəm.” Abbas onun yanına gəldi və ona xəbər verdi. Ondan qızın işini ona tapşırmasını istədi, o da verdi.[30]

Kitaba təhqiq yazan kitabda Umm Kulsum haqqında məlumat vermiş. Onun Əlinin qızı olduğunu söyləmişdir. Daha sonra isə əl-Mufid’in sözlərini gətirmişdir. Sanki bunlarda əl-Mufid’in sözləri əl-Kuleyni’nin hədislərindən üstündür. Halbuki, hədis alimləri “Məratul-Uqul” kitabında hədislərin səhih olduğunu göstərmişdir.

Digər iki rəvayəti isə başqa babda qeyd etmişdir və bu iki rəvayəti təqdim edirəm:

“Humeyd bin Ziyad, İbn Səmaə’dən, o da Muhamməd bin Ziyad’dan, o da Abdullah bin Sənan’dan və Muaviyə bin Ammər’dən, o da Əbu Abdullah’dan rəvayət edir: “Ondan əri ölmüş qadın haqqında soruşdum; iddətini evində keçirməlidir, yoxsa istədiyi yerdə?” Dedi: “Dilədiyi yerdə, Ömər ölərkən Əli Umm Kulsumun yanına gəldi və onu qövmünün yanına götürdü.” İkinci rəvayət də bunun kimidir.[31]

Ola bilər ki, şiələr imamlarından gələn bu rəvayətlərin zəif olduğunu iddia etsinlər. Çünki onlarda artıq adət olmuşdur ki, öz planlarına uyğun olmayan rəvayətləri zəif sayaraq qaçmağa çalışırlar. Lakin bu qeyd etdiyimiz dörd hədisin dördü də şiə alimlərinə görə qəbuldur. Şiələrdə mühəddislərin xətmi olaraq tanınan Muhamməd əl-Baqir əl-Məclisi “Miratul-Uqul” kitabında “təzvic Umm Kulsum” babındakı iki hədisin “həsən” olduğunu demişdir (bax: “Məratul-Uqul”, 20/24), “əri ölmüş və onunla əlaqədə olmuş qadın harada iddətini keçirməlidir və ona vacib olan nədir” babındakı iki hədisdən birincisini “məvsuq”, ikincisini isə “səhih” saymışdır. (bax: “Miratul-Uqul”, 21/197)

əl-Məclisi bu evliliyi inkar edən əl-Mufid’ə və digərlərinə cavab verərək deyir: “Ola bilsin ki, bu iki alim bunu ona görə qeyd etmişdir ki, rəqiblərə (yəni əhli-sünnətə) qarşı üstün olsunlar. əl-Mufid’in də bunun baş verməsini inkar etməsi də belədir, beləki o, bununla bəyan edir ki, bu hadisə onların (əhli-sünnətin) rəvayət yolları ilə sabit olmamışdır. Yoxsa bu xəbərlər varid olduqdan və daha sonra sənədləri ilə birlikdə gətirəcəyimiz rəvayətlərdə Əlinin – aleyhissələm – Ömər ölərkən gəlib Umm Kulsumu evinə götürməsi qeyd olunduqdan və “Bihərul-Ənvar” kitabında rəvayət etdiyim rəvayətlərdən sonra bunu inkar etmək çox qəribədir. Bunun cavabında əsas götürülən budur ki, bu hadisə təqiyyə və məcburiyyət qarşısında baş vermişdir. Belə bir ehtimal uzaq ehtimal sayılmaz, çünki çox zaman zərurətdə haramların hökmləri dəyişir və vaciblərdən olur...[32]

Hicri üçüncü əsrin nəsəb alimlərindən Əhməd bin Yəhya əl-Bələzuri nəsəb haqqında yazdığı kitabında deyir: “Umm Kulsum Ömər bin əl-Xattab’a ərə getmişdir, ondan Zeyd bin Öməri dünyaya gətirmişdir. Ömər qətl olunduqdan sonra Muhamməd bin Cafər bin Əbi Talib ilə evlənmişdir. O da öldükdən sonra Abdullah bin Cafər, Zeynəbdən sonra onunla evlənmişdir. Umm Kulsum və oğlu Zeyd eyni gündə vəfat etmişdir. Onların cənazəsini Abdullah bin Ömər qılmışdır...[33]

Müasir şiə alimlərindən əş-Şeyx Muhamməd Baqir əl-Mahmudi “Ənsab əl-Əşrəf” kitabının təhqiqində deyir: “İbnul-Kəlbi deyir: “Umm Kulsum bint Əli Ömərdən Zeyd bin Ömər və Ruqeyyə bint Öməri dünyaya gətirmişdir. Zeyd və anası bir gündə vəfat etmişdir və Zeyd aldığı yaradan vəfat etmişdir. Ömər öldükdən sonra Aun bin Cafər bin Əbi Talib, sonra Muhamməd bin Cafər ilə, sonra isə Abdullah bin Cafər ilə evlənmişdir.

Ola bilsin ki, bunu oxuyan şiələr İbnul-Kəlbi’nin kim olduğunu tanımırlar. Ona görə də onun haqqında kiçik məlumat verim. Şiə alimi İbn Nədim onun haqqında “əl-Fihrist” kitabında deyir: “Təfsir, əxbar və insanların həyatını bilən kufəli alimdir. Nəsəb elmində digər alimlərdən əvvəl yaşamışdır...Muhamməd bin Səib əl-Kəlbi Kufə şəhərində hicri 146-cı ildə vəfat etmişdir.

İbn Kəlbi, onun əsl adı Əbul-Munzir Hişam bin Əbin-Nadr Muhamməd bin əs-Səib bin Bəşər əl-Kəlbi’dir. Şiələrin imamı əs-Sadiq’in əshabındandır. Onun atası isə Muhamməd bin əs-Səib əl-Kəlbidir. O isə İmam əl-Baqir’in əshabındandır. Bu ikisi haqqında şiə şeyxi Abbas əl-Qummi deyir: “əl-Kəlbi, nəsəb alimidir. Ona həm də İbnul-Kəlbi deyilir. Əbul-Munzir Hişam bin Əbin-Nadr Muhamməd bin əs-Səib bin Bəşər əl-Kəlbi, Kufə şəhərindəndir. İnsanlar içində nəsəb elmində ən elmlisi idi. Nəsəb elmindən bir hissəsini atası, İmam əl-Baqir’in əshabından olan Əbun-Nadr Muhamməd bin əs-Səib’dən almışdır. Əbun-Nadr isə Qureyşin nəsəbini Əbu Salehdən, o da Aqil bin Əbi Talib’dən almışdır...Nəsəb və təfsir alimi olmuşdur, hicri 146-cı ildə Kufədə vəfat etmişdir.[34]

Nə əcəb şiələr öz imamlarının əshabından ən güclü nəsəb alimlərindən gələn şahidliyi deyil, beşinci əsrdə yaşamış əl-Mufid’in gülməli etirazını qəbul edirlər?!

əl-Mufid bu evliliyi şübhə altına qoymaq üçün başqa yollara da əl atmışdır. əz-Zubeyr bin Bəkkar haqqındakı şübhələrə cavab verdikdən sonra onun digər şübhələrinə baxaq. əl-Mufid deyir: “Hədis özlüyündə fərqlənir. Bəzən Əlinin – aleyhissələm – özünün əqdi bağladığı, bəzən isə Abbasın bunu etdiyi, bəzən isə bu evlilik əqdinin Ömərin təhdidindən sonra olduğu, bəzən isə bunun Əlinin öz ixtiyarı və seçimi ilə olduğu rəvayət olunur.

Daha sonra isə ravilərdən bəziləri zikr edir ki, Ömərdən Zeyd adında oğlu olmuşdur, bəziləri isə onunla əlaqədə olmamışdan əvvəl öldürüldüyünü deyir. Bəziləri deyir ki, Zeyd bin Ömərin övladları olmuşdur, bəziləri isə Zeydin özündən sonra övlad tərk etmədən öldüyünü deyirlər. Bəziləri onun və anasının birlikdə öldüyünü deyir, bəziləri isə anasının ondan sonra yaşadığını deyir. Bəziləri deyir ki, Ömər Umm Kulsuma qırx min dinar mehr vermişdir, bəzilərinə görə isə dörd min dinar vermişdir. Bəzilərinə görə mehri əlli min dinar olmuşdur. Bu ixtilaf hədisi batil etmiş olur.[35]

Hər şeydən əvvəl bilmək lazımdır ki, bir hadisə haqqında müxtəlif məlumatların rəvayət olunması, həmin hadisənin baş verməməsi anlamına gəlməz. Ümumiyyətlə bu hadisəni bu səbəbə görə inkar etmək gülüncdür. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – doğumu və ölümü haqqında müxtəlif rəvayətlərin rəvayət olunması heç bir şeyə təsir etməz. Və yaxud şiələrin özlərinin Həzrəti Əlinin övladlarının sayında ixtilaf etmələri Əlinin heç bir övladının olmamasına dəlalət etməz. əl-Mufid özü övladlarının sayının 27 olduğunu deyir, “Əayən əş-Şiə” kitabının sahibi əl-Əmin isə bunun 33 olduğunu deyir. əl-Məsudi onların sayının 31 olduğunu, Əbul-Qasim İsmayıl isə 32 olduğunu deyir. əl-Yəmari isə 29 olduğunu deyir.

Sonra şiə alimləri özləri Əli Zeynəl-Abidin’in anasının, yəni Həzrəti Hüseynin zövcəsinin adı barədə ixtilaf ediblər, beşə yaxın ad deyilmişdir. Halbuki hamı bilir ki, onun anası fars şahzadəsi olmuşdur, əsir düşmüş və Hüseynə qismət olmuşdur. İndi onun adının dəqiq bilinməməsi, bizə əsas verirmi ki, onun şəhzadə sülaləsindən olduğunu inkar edək?! Eləcədə Mehdi Muntəzarın anasının kimliyində də ixtilaf ediblər. Məgər bütün bunlarla bir şeyi inkar etmək mümkün olsaydı, o zaman şiələrin dininin çoxunu inkar etmək asan olardı. əl-Mufid ortaya şübhə atır, Zeydin övladsız öldüyünü, yoxsa özündən sonra övlad tərk etdiyini, anası ilə bir gündə öldüyünü, yoxsa ayrı-ayrı vaxtlarda öldüyünü və sair ixtilafları ortaya atır ki, bununla bu hadisənin kökündən yalan olduğunu isbat etsin. Bu hiyləgarların hiyləsidir! Halbuki, elm əhli belə hallarda səhih olan ilə zəif olan görüşlərin arasını ayırır və səhih görüşü qəbul edərək zəif görüşləri kənara atırlar. Bir də əl-Mufid’in evliliyin keyfiyyəti haqqında ortaya atdığı ixtilaflar isə onların öz rəvayətlərinə əsasəndir. Bizim rəvayətlərimiz bu evliliyin Əlinin öz ixtiyarı ilə olduğunu göstərir. Axı necə ola bilər ki, Əli qızını təhdid qarşısında Ömərə ərə versin?! Məgər kimsə öz canından qorxub öz şərəfini kafir saydığı, ən yaxşı halda fasiq və zalım saydığı birinə ərə verə bilərmi?! Bir də Əli kimi biri təhdiddən niyə qorxmalıdır ki? Halbuki əl-Mufid kitabında rəvayət edir ki, Həzrəti Əli bədr döyüşündə müşriklərin yarısından çoxunu özü təklikdə qırmışdır. Hətta alimlərindən Nemətullah əl-Cəzairi Əlinin peyğəmbərdən belə – salləllahu aleyhi va səlləm –cəsur olduğunu deyir. Belə bir insan məgər hansı şəkildə özünü qorumaq üçün öz qızını zorla ərə verə bilər?!

Qaldı ki, Ömərin Umm Kulsum ilə əlaqədə olmadan əvvəl ölməsinə, belə bir şeyi nəsəb alimləri söyləmirlər. Əhli-sünnətdən ümumiyyətlə heç kəs bunu deməmişdir. Bunu deyən şiə alimi əl-Məsudi’dir. əl-Məsudi isə şiəlikdə ifrata gedənlərdəndir. Eləcədə Zeydin özündən sonra övlad tərk etmədən ölməsi və anası ilə eyni gündə ölməsi barəsində gələn hədislər səhihdir. Əhli-sünnət bundan başqa heç bir şey demir və əhli-sünnətdə bundan başqa bir görüş yoxdur.

Mehrin dəyərinə gəldikdə isə qəbul olunmuş görüşə görə bunun miqdarı qırx min dinar olmuşdur. Bu görüş ət-Tabərinin tarixində[36], İbn Sadın “ət-Tabəqat əl-Kubra” kitabında[37], İbnul-Əsirin “əl-Kamil” kitabında[38], “Təhzib Tarix Dəməşq” kitabında[39], “Əaləm ən-Nisə” kitabında[40] və əd-Diyarbəkiri’nin tarix kitabında[41] təsdiqlədikləri görüşdür. Mehrin əlli min yoxsa on min olması barədəki ixtilaf isə yalnız şiə alimi əl-Yaqubi tərəfindən tarix kitabında zikr olunmuşdur.[42]

Məgər mehrin miqdarının dəqiq bilinməməsi, bu barədə fərqli fikirlərin olması bu evliliyin baş verməməsi anlamına gəlirmi?! Belə bir şeyi yalnız səfeh iddia edər!

 

 

Əlavələr

 

İnternetdə bəzi yalanlar və əsassız dəlillər də qeyd olunur və onlara burada aydınlıq gətirmək lazımdır. İbn Hacərin “əl-İsabə” kitabında Ömərin Əbu Bəkrin qızı Umm Kulsum ilə evləndiyinin qeyd olunduğu iddia olunur. Əlimizdəki “əl-İsabə fi Təmyiz əs-Səhabə” kitabına nəzər saldıq. Kitabın arxasında kitabda qeyd olunan kəslərin adları səhifəsi ilə birlikdə təqdim olunmuşdur. Umm Kulsum bint Əbi Bəkrin adı üç dəfə qeyd olunmuşdur və hər üç yerdə də deyilən bu iddiadan bir şey tapmaq olmur. Lakin Umm Kulsum bint Əli ilə Umm Kulsum bint Əbi Bəkrin tərcümeyi-hallarına baxdıq. əl-Hafiz İbn Hacər, Umm Kulsum bint Əli ilə evlənən kəsin Ömər olduğunu qeyd etmişdir, lakin Əbu Bəkrin qızı Umm Kulsumun Ömər ilə evləndiyini qeyd etməmişdir.

Sonra guya İbn Quteybə “əl-Məarif” kitabında Əlinin bütün qızlarının Aqil ilə Abbasın oğullarına ərə getdiyini dediyi iddia olunur. əl-Məarif kitabının əlimizdəki nüsxəsinə baxdıqda bunun yalan və təhrif olduğunun şahidi oluruq. Çünki İbn Quteybə həmin kitabda Əli bin Əbi Talibin qızları haqqında bunları qeyd edir: “Zeynəb əl-Kubra bint Fatimə Abdullah bin Cafərin xanımı olmuş və ondan uşaqları olmuşdur. Onların adlarını qeyd etdik. Umm Kulsum əl-Kubra’ya gəldikdə isə, o, Fatimənin qızıdır. Ömərin yoldaşı olmuş və ondan uşaqları olur və onların adlarını daha əvvəl zikr etmişik...Əlinin qalan qızları isə - Ummul-Həsən’dən başqa – Aqilin və Abbasın oğulları ilə evləniblər. Ummul-Həsən isə Cadə bin Hubeyrə əl-Məxzumidə ərdə olmuşdur, həmçinin Fatimə də istisnadır, o isə əl-Haris bin Əsəd oğullarından Said bin əl-Əsvəd’də ərdə olmuşdur.[43] Bunun da bir yalan olduğu anlaşılmış olur.

Daha sonra isə maliki alimi Muhamməd bin Abdil-Baqi əz-Zurqani’nin sözlərini dəlil gətirirlər. əz-Zurqani deyir: “Umm Kulsum isə Ömər bin əl-Xattab ilə evlənmiş və (Umm Kulsum) həddi-büluğa çatmamış Ömər vəfat etmişdir...[44] Bunun cavabı isə budur ki, əz-Zurqani hicri 1122-ci ildə (miladi 1710-cu ildə) vəfat etmişdir. O, son dövrdə yaşamış alimlərdən biridir. Ondan əvvəl kiminsə belə bir söz dediyini bilmirik. Ola bilsin ki, İbn Sad’ın “ət-Tabəqat əl-Kubra” kitabındakı sözlərini nəql etmək istəmiş, lakin bunu nəql edərkən xəta etmişdir. İbn Sad sözü gedən kitabında bu barədə deyir: “Onunla Ömər bin əl-Xattəb evlənmişdir və o, bu zaman qız uşağı idi, həddi büluğa çatmamışdı. Ömər ölənə qədər onun zövcəsi olaraq qalmışdır və ondan Zeyd bin Ömər və Ruqeyyə bint Öməri dünyaya gətirmişdir.[45] İstənilən halda əz-Zurqani’nin sözləri, nə də ki, İbn Sad’ın sözləri heç bir şeyi isbat etmir, çünki bu, alimlərin mücərrəd sözləridir. Alimlər isə xəta etməyə məhkumdurlar.

Yenə internet səhifələrinin birində şiələr iddia edirlər ki, guya “Ömərlə Umm Kulsum’un nikahı hicri 17-ci ildə baş verib. O vaxt Umm Kulsum’un 4-5 yaşı olardı. Deməli o, 12 və ya 13-cü hicri ilində anadan olub.” Bu cümləni isə “Tarixu Əbil-Fida” kitabına (1/171) aid edirlər. Lakin biz “Tarixu Əbil-Fida” kitabına hicri 17-ci ildə baş verənlər haqqında yazılanlara baxanda görürük ki, orada sadəcə olaraq bu sözlər qeyd olunur: “Umm Kulsum bint Əli bin Əbi Talib ilə evləndi və o, Fatimənin – radiyallahu anhumə - qızıdır.” Aydın olur ki, bu da bir yalandır.

Yenə əd-Diyarbəkiri’nin ”Tarixul-Xamis” kitabında yazılan Əlinin qızı Umm Kulsum’un əlini istədiyini, lakin Umm Kulsum’un bunu geri çevirdiyi yazılır. Lakin bu, bir xətadır. Çünki əd-Diyarbəkiri bunu “ər-Riyad ən-Nədra” kitabından nəql edir, lakin ər-Riyad ən-Nədra kitabında Əlinin qızı Umm Kulsum’un adı keçmir. Buradan da anlaşılır ki, bu ya müəllifin səhvi, ya da kitabın üzünü köçürənin, ya da kitabı çap edənlərin səhvidir. Buna bənzər eyni səhv İmam ən-Nəvəvi’nin “Təhzibul-Əsma” kitabında da keçir.[46]

Yekun olaraq bəyan edirik ki, Ömərin Əlinin qızı Umm Kulsum ilə - radiyallahu anhum - evlənməsində heç bir şəkk ola bilməz. əl-Mufid kimilərin bunu inkar etməsi ondan irəli gəlir ki, onlar bu faktı öz etiqadları ilə bir araya sığışdıra bilmirlər, çünki onların etiqadı Əli ilə Ömərin arasında bir ədavətin olmasını tələb edir. Lakin bu evlilik bunun tam əksini göstərir.

 

 

Son fayda

 

Kim Ömərin Əlinin qızını yalnız atasına hədə qorxu gəldikdən sonra aldığını iddia edərsə, bununla Həzrəti Əliyə böyük bir iftira atmış olur, çünki bir ataya öz qızını kafirə və ya fasiqə ərə verməsi caiz deyildir. Əli isə Fatimədən olan bir peyğəmbər nəvəsini yalnız şərəfli, mömin birinə verə bilərdi. Çünki Umm Kulsum’u layiq olmadığı bir kimsəyə vermək onun haqqına zülm etməkdir, İslam isə bunu qadağan edir.

Şiə alimi əl-Məclisi’nin yuxarıdakı sözlərindən anladıq ki, Həzrəti Əli öz qızını məcburiyyət altında qalaraq verib və ona görə zərurətdə haramlar halal olur. əl-Məclisi’nin dediyi bu qayda doğrudur, lakin onun dar düşüncəsi İslamın digər həqiqətindən qafil qalmasına səbəb olub. Bilmək lazımdır ki, biz zərurətin haramları halal etdiyini desək də elə haramlar var ki, onları heç bir halda halal edə bilməz. Əgər bir müsəlmanı ölüm ilə təhdid edərək ona başqasını öldürməyi əmr etsələr və ya ona başqasını zorlamağı əmr etsələr, belə bir halda müsəlmana həmin əməli etmək halal olmaz. Eynilə ata zərurət qarşısında qalıb qızının həyatını məhv edə bilməz, qızını bir kafirə ərə verərək onun namusunu ləkələyə bilməz.

Ömərin Umm Kulsumu uşaq olarkən qucaqlaması, ayağına baxması haqqında gələn rəvayətlərin isə heç bir səhih deyildir.[47]

Salləllahu alə seyyidinə Muhamməd va alə əlihi va sahbihi va səlləm!

 


[1] Səhih əl-Buxari, 2725

[2] İbn Əbi Şeybə, “əl-Musannəf”, (18874)

[3] əl-Hakim, “əl-Müstədrək”, rəq: 8009; əz-Zəhəbi “ət-Təlxis”də deyir: “səhihdir.”

[4] Şeyx Nasir əl-Albani, “İrvaul-Ğalil”, 6/154

[5] əl-Beyhəqi, “əs-Sunən əl-Kubra”, rəq: 13776

[6] əz-Zeylai’nin “Nasbur-Rayə” kitabını təhqiq edən deyir: “Əbu Davud bunu “qadınların və kişilərin cənazəsi gətirildikdə kim önə keçirilər” babında (səh: 99) və ən-Nəsai “qadın və uşağın cənazəsinin birləşməsi” babında (səh: 380) və əl-Beyhəqi (4/33) rəvayət etmişlər. ən-Nəvəvi “əl-Məcmu” kitabında (5/224) deyir: “İsnadı səhihdir.”

[7] Yenə kitabı təhqiq edən burada bir qeyd etmiş və demişdir: “əl-Beyhəqi (4/33) və ən-Nəsai “kişilərin və qadınların cənazəsi” babında (səh: 280) rəvayət ediblər, yalnızca onun rəvayətində insanlar arasında İbn Ömər və qalanları isə olduğu kimi zikr olunmuşdur. Bunu əd-Dəraqutni (səh: 194) rəvayət etmişdir. ən-Nəvəvi “əl-Məcmu” əsərində deyir: “İsnadı həsəndir.” Bunu İbn Cərud “əl-Muntəqa” əsərində (səh: 267) səhih isnadla rəvayət etmişdir.”

[8] əz-Zeylai, “Nasbur-Rayə”, 2/183

[9] İbn Hacər, “Təlxis əl-Habir”, 2/146

[10] Bax: Təlxis Əhkəm əl-Cənəiz” 1/51

[11] “İiləm əl-Vəra bi Əaləm əl-Hudə”, səh: 204

[12] İbnul-Əsir, “Usd əl-Ğabə”, 1/981

[13] əl-Hafiz İbn Hacər, “əl-İsabə fi Təmyiz əs-Sahabə”, 6/8

[14] əl-Hafiz İbn Hacər, “Təhzibut-Təhzib”, 8/324

[15] “İhqaqul-Haqq”, 2/490

[16] “əl-İsabə”, 4/964

[17] “Vafiyyət əl-Ayən”, 3/07

[18] “Nur əl-Əbsar”, səh: 701

[19] İbn Kəsir, “əl-Bidayə van-Nihayə”, 7/157

[20] əz-Zəhəbi, “Mizanul-İtidəl”, 3/351 (rəq: 1295)

[21] Bax: “əl-Ənvar ən-Neməniyyə” (1/83-84)

[22] Bax: “əl-Ənvar ən-Numəniyyə”, 1/35

[23] səh: 88

[24] “əl-Fihrist”, səh: 177

[25] “Tarix əl-Xamis fi Əhval Ənfus ən-Nəfis”, səh: 284-285

[26] “Umdətut-Talib”, müqəddimə, səh: 8

[27] İbn Anəbə, “Umdətut-Talib”, səh: 83

[28] İiləm əl-Vara bi Əaləm əl-Hudə”, səh: 204

[29] “Fərc”, yəni qadının övrət orqanı.

[30] “əl-Furu min əl-Kafi”, 5/346

[31] Bax: “əl-Furu min əl-Kafi”, 6/115-116.

[32] “Məratul-Uqul”, 2/45

[33] “Ənsəb əl-Əşrəf”, 1/402

[34] “əl-Kunə val-Əlqab”, 3/59

[35] “əl-Məsəil əs-Sərviyyə”, səh: 89-90

[36] “Tarixut-Tabəri”, 5/23

[37] “ət-Tabəqat əl-Kubra”, 8/463

[38] “əl-Kamil”, 3/53

[39] “Təhzib Tarix Dəməşq”, 6/28

[40] “Əaləm ən-Nisə”, 4/256

[41] “Tarix əl-Xamis”, səh: 284

[42] Bax: (2/150)

[43] İbn Quteybə, “əl-Məarif”, səh: 211, Darul-Məarif, dördüncü nəşr

[44] əz-Zurqani, “Şərh Məvahibil-Ləduniyyə”, 7/11

[45] “ət-Tabəqat əl-Kubra”, 8/463

[46] Bax: “Təhzibul-Əsma”, 2/369

[47] Ömərin Umm Kulsum’un baldırına baxması haqqında gəlmiş rəvayətin zəifliyi üçün bax: Şeyx Nasirud-Din əl-Albani, “Silsilətul-Əhədisis-Daifə”, 3/434

 

Hər şeydən əvvəl bilmək lazımdır ki, bir hadisə haqqında müxtəlif məlumatların rəvayət olunması, həmin hadisənin baş verməməsi anlamına gəlməz. Ümumiyyətlə bu hadisəni bu səbəbə görə inkar etmək gülüncdür. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – doğumu və ölümü haqqında müxtəlif rəvayətlərin rəvayət olunması heç bir şeyə təsir etməz. Və yaxud şiələrin özlərinin Həzrəti Əlinin övladlarının sayında ixtilaf etmələri Əlinin heç bir övladının olmamasına dəlalət etməz. əl-Mufid özü övladlarının sayının 27 olduğunu deyir, “Əayən əş-Şiə” kitabının sahibi əl-Əmin isə bunun 33 olduğunu deyir. əl-Məsudi onların sayının 31 olduğunu, Əbul-Qasim İsmayıl isə 32 olduğunu deyir. əl-Yəmari isə 29 olduğunu deyir./a[14]/a

Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.