Tarix

İslam tarixində etiraz aksiyaları
- Published: Monday, 10 July 2017 18:42
- Hits: 2022
Bu sual artıq yarım əsrə yaxın bir müddətdir ki, müzakirə olunur və hələ də bir müddət müzakirə olunacağına inanıram. Çünki nümayişlər, etiraz aksiyaları hər il baş verən və haqqında danışılan hallardan sayılır. Bu yazımızda müasir zamanımızda edilmiş iddialardan biri ələ alınacaq.
Şiəlik etiqadındakı təkamül
- Published: Friday, 30 June 2017 22:08
- Hits: 2615
Bu yazımızı əslində şiələrdəki dini mərcilərdən sayılan Kəməl əl-Heydəri’yə borclu olduğumuzu etiraf etməliyik. İnternet şəbəkəsində izlədiyimiz görüntülü məclisdə Kəməl əl-Heydəri’nin çox maraqlı etiraflar etdiyinə şahid olduq. Kəməl əl-Heydəri’nin etirafına əsasən ilk şiələr imamların məsumluğuna inanmırdılar. Müsəlmanlar üçün maraqlı ola biləcəyini düşünərək bu barədə araşdıra bildiyimiz məlumatları paylaşmaq qərarına gəldik.
İmam Əhməd fəqih olaraq
- Published: Monday, 25 August 2014 19:00
- Hits: 3735
Imam Əhmədin fəqih olması artıq ümmət arasında qəbul edilmiş bir faktdır. Artıq neçə əsrdir ki, alimlərimiz onu fəqihlər arasında zikr edirlər və bir müctəhid kimi onun məzhəbinə təqlid etməyi caiz görürlər. Tarixin müəyyən dövründə bu məsələ haqqında bəzi mübahisələr olmuş və ötüb keçmişdir. Bizim zamanımızda bəzi işsiz-gücsüz adamlar bu məsələni ortaya çıxarıblar və İmam Əhmədin məqamını insanların gözündə kiçiltmək məqsədi ilə onun fəqih olmasına, əqaiddə bir imam olmasına şəkk gətirməyə çalışırlar. Ona görə də bu yazımızda İmam Əhmədin fəqih olduğunu bir neçə yöndən göstərməyə çalışacağıq ki, insanların ürəyində şübhəyə yer olmasın.
Müaviyə Əlini söyməyi əmr edibmi?
- Published: Saturday, 24 January 2015 18:56
- Hits: 5592
Peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrindən biri olan Müaviyə bin Əbi Sufyan haqqında daha əvvəl kiçik bir risalə yazmışdıq və o risalədə bəzi şübhələrə cavab verilmişdi. Çox təəssüf ki, son zamanlar özlərini sünni adlandıran bir qövm Müaviyənin şəxsiyyətini öldürmək üçün bir təbliğat kampaniyasına başlayıb və bunun üçün açdıqları mövzunu dəridən, qabıqdan çıxaraq tapdıqları nəqllər ilə doldurmağa çalışırlar. Biz bu yazımızda onların Müaviyə haqqında yazdıqlarının hamısı haqqında rəyimizi bildirməyəcəyik, lakin o şübhələrdən birinə toxunacağıq.
Ly Mai qətliamı
- Published: Thursday, 21 November 2013 17:21
- Hits: 3694
1968-ci ilin mart ayının 16-sında amerikalı əsgərlər Vyetnamın şimalında yerləşən My Lai kəndinə tərəf yaxınlaşır, daha sonra iyirminci əsrin ən dəhşətli, ən faciəli qətliamlarından biri baş vermişdir. Amerika ordusunun rəsmi fotoqrafı Ron Haeberle’nin hadisə yerindən çəkdiyi canlı şəkillər bu qətliamın dəhşətini insanların diqqətinə çatdırırdı.