Quran

Maidə 44 ayəsində icma iddiası

Bir qardaşımızın bizə verdiyi suallardan biri də Maidə surəsinin 44-cü ayəsi haqqındadır. Allahu Təalə deyir: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.

Günəşi qara palçıqlı bir çeşmədə batan gördü

Allahu Təalə mübarək kitabında Zul-Qarneynin yer üzündəki seyri barədə bizlərə xəbər verərkən deyir:

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü.

(əl-Kəhf, 86)

Ateistlər və digər din düşmənləri bu ayədən müsəlmanlara qarşı sui-istifadə edirlər və ayəni öz ağıllarına görə izah edərək ayənin elmi faktlara zidd olduğunu iddia edirlər. Onlara görə Quranda günəşin yer üzündə bir çeşməyə batdığı yazılıb.