Hədis

Ağlaşma və fəryad ölüyə əzab verir

Əsbağ bizə İbn Vəhb’dən rəvayət edir; dedi: Amr mənə Said bin əl-Haris əl-Ənsari’dən, o da Abdullah bin Ömər’dən – radiyallahu anhumə - belə dediyini rəvayət edir: “Sad bin Ubadə xəstələndi və peyğəmbər – salləllahu aleyhi va səlləm – Abdur-Rahmən bin Auf, Sad bin Əbi Vaqqas və Abdullah bin Məsud ilə birlikdə - radiyallahu anhum - onun ziyarətinə gəldilər. İçəri girəndə ailəsi tərəfindən sarıldığını gördü və soruşdu: “Öldümü?” Dedilər: “Xeyr, ey Allahın elçisi!” Bundan sonra peyğəmbər – salləllahu aleyhi va səlləm – ağladı və insanlar peyğəmbərin – salləllahu aleyhi va səlləm – ağlamağını görüb ağladılar. Dedi: “Eşidirsinizmi? Allah nə gözün yaşı, nə də qəlbin hüznünə görə əzab vermir, lakin buna görə əzab verir və ya rəhm edir” və dilinə işarə etdi. “Ailəsinin onun üzərində ağlamasına görə ölü əzab görür.” Ömər – radiyallahu anhu – buna görə əsa ilə vurar, daş atar və üzlərə toz tökərdi.[1]

Peyğəmbərin (صلى الله عليه وسلم) quslu

 

Aişə - radiyallahu anhə - rəvayət edir: Peyğəmbər – salləllahu aleyhi va səlləm – cənabətdən qusl alarkən hər iki əlini yuyar, namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı, sonra qusl alar, sonra dərisini islatdığını zənn edənə qədər hər iki əli ilə saçının dibini təxlil[1] edərdi; üzərinə üç dəfə su tökər və sonra bədəninin sair hissələrini yuyardı.

Dedi: Mən və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bir qabdan qusl alar və ordan birlikdə su götürərdik.[2]

İstinşaq, isticmar və əlləri üç dəfə yumaq

Əbu Hureyrədən – radiyallahu anhu - ; Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən biriniz dəstəmaz alarsa, burnuna su alsın, sonra sümkürsün! Kim isticmar edərsə tək sayda etsin! Sizdən biriniz yuxusundan oyanarsa, əllərini qaba salmamışdan əvvəl onları üç dəfə yusun, çünki sizin heç biriniz əlinin harada gecələdiyini bilmir!”[1] Muslimin ləfzində isə deyir: “Hər iki burun deşiyinə istinşaq etsin!”[2] Bir başqa ləfzdə isə deyir: “Kim dəstəmaz alarsa, istinsar etsin!”[3]

Mömin nəcis olmaz

Əbu Hureyra – Allah ondan razı olsun – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – onunla Mədinənin yollarından birində qarşılaşdı və o, cunub idi. Dedi: Ondan gizlənərək qırağa çəkildim, oradan getdim və qusl aldım. Sonra gəldim və (peyğəmbər) dedi: “Harada idin, ey Əbu Hureyra?” Dedim: “Cunub idim və təmiz olmadığım halda səninlə birlikdə olmağı xoş görmədim.” (Peyğəmbər) dedi: “Subhanallah! Mömin nəcis olmaz!”[1]

Vay atəşdə yanan dabanlara

Abdullah bin Amr bin əl-As, Əbu Hureyrə və Aişədən – radiyallahu anhum - ; rəvayət olunur: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm- dedi: “Vay atəşdə yanan dabanlara!”[1]