Fiqh

Namazda qeyri ərəbcə dua

Namazda ərəb dilini bacarmayan müsəlman qardaş və bacılarımız öz dillərində dua edə bilərlərmi? Bu sual ilə bir çox müsəlman bizə müraciət etdiyi üçün onların faydalanması məqsədi ilə mövzu barədə məzhəblərin görüşlərini topladıq və bunu kiçik bir məqaləyə sığışdırdıq. Mövzunun namaz kimi əzəmətli bir ibadətlə əlaqəli olduğunu nəzərə alaraq məqalənin əhəmiyyətli olduğunu düşünürəm.

Alacağın qida məhsulunun dadına baxmaq

Çoxlarımız alış-veriş edərkən meyvə, tərəvəz və müxtəlif növ ərzaq məhsulları almaq istədikdə onların dadına baxmağa önəm veririk, çünki malın qiyməti onun keyfiyyətinə görə təyin olunur. O zaman belə bir sual verə bilərlər ki, malın dadına baxmaq istədikdə hər dəfə satıcıdan izn almaq olmur, belə halda izn almadan dadına baxmaq olarmı? Bu sual həm qadınlara, həm də kişilərə maraqlı olmalıdır.

Hənbəli məzhəbində saqqalla bağlı hökmlər


Kişilərin saqqal saxlaması İslam şəriətinin kişilərə aid etdiyi ən gözəl sünnətlərdən biridir. Gəlib keçmiş bütün peyğəmbərlər və salehlərin sünnəti olmuş saqqalın peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – hədislərində xüsusi bir yerinin olduğunu görmək olar. O, - aleyhissalətu vassələm – bir çox yerdə kişiləri buna təşviq etmişdir. Burada saqqalla bağlı bəzi hökmləri qeyd etmək istəyirik.

İmam Əhmədin icma haqqında görüşü

İmam Əhmədin oğlu Abdullah deyir: “Atamı belə deyərkən eşitdim: “Bir nəfərin icma iddia etməsi yalandır, kim iddia edərsə yalan danışmışdır, ola bilsin ki, insanlar ixtilaf ediblər. Bu, Bişr əl-Mərisi və əl-Əsam’ın iddiasıdır, lakin insanların ixtilaf etdiklərini bilmirsə, ya da ona bu çatmayıbsa, o da bu barədə axtarıb bir şey tapmayıbsa qoy insanların bunda ixtilaf etdiklərini bilmədiyini desin.[1]

Namazda əllər hara qədər qaldırılar?


Namazın sünnətlərindən də biri namazda əlləri qaldırmaq sünnətidir. Məlumdur ki, namaza girərkən əlləri qaldırmaq alimlərin icması ilə müstəhəbdir. Lakin əlləri qaldırmaqdakı hədd nədir? Əllər çiyin bərabərinə qədər qaldırılmalı yoxsa qulaq bərabərinə qədər qaldırılmalıdır?