Əxlaq və ədəb

Üz üstə yatmaq

Mərhəmətli və Rəhimli Allahın adı ilə

 

Bu yazımızda insanın qarnı üstə yatması haqqında şəriətin münasibətini araşdırmaq istəyirik, çünki məsələ hər bir müsəlmanın günlük həyatından qarşılaşdığı bir məsələdir. Bu yazımızı üç hissəyə bölürük. İlk olaraq hənbəli alimlərinin bu barədə söylədiklərinə toxunmağı düşünürük. Daha sonra məsələ haqqında gəlmiş hədisləri araşdıracağıq və onların səhih olub olmamaqlarına nəzər salacağıq. Axırıncı olaraq digər məzhəb alimlərinin sözlərini qısa olaraq qeyd edəcəyik. Tövfiq Allahdandır!

Məzlumun zalımdan qoparacağı xeyir

Heç bir cəmiyyət tarix boyu oğurluq, qəsbkarlıq kimi zülmdən azad olmamışdır və bu cür zülmlər həm müsəlman, həm də qeyri-müsəlmanlar arasında yayqın olub. Lakin müsəlmanlara gündəlik həyatlarında İslam təliminin işığında hərəkət etməkləri lazım olduğu üçün onlara bu cür zülmə məruz qaldıqda Allahın rızasına uyğun davranışın keyfiyyəti haqqında məlumat vermək istəyirik.  Bu barədə böyük İslam alimi Zeynud-Din Əbul-Fərəc Abdur-Rahmən bin Əhməd bin Rəcəb əl-Hənbəli’nin yazdığı qısa və faydalı bir yazını təqdim etmək istəyirik. “Muxtəsarun fi Muamələtiz-Zalim əs-Sariq” adlanan bu kiçik risalə İbn Rəcəb’in yazdığı bir çox faydalı risalələrdən biridir. Onun bu risaləsi digər risalələri ilə birlikdə Əbu Musab əl-Hulvani’nin təhqiqi ilə “Məcmu Rasəil əl-Hafiz İbn Rəcəb əl-Hənbəli” adı altında bir kitab şəklində çap olunub. əl-Hafiz İbn Rəcəb bu kitabında müsəlmanlara oğru kimi zalımlara necə münasibət göstərməyi öyrədir.

Evlənmək istədiyin qıza baxmaq

Allahu Təalə mübarək kitabında deyir:

Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Bəqərə, 235)

Elçilik və evliliyin şəriətə uyğun gözəl ədəb qaydaları vardır. Bu qaydalar sonsuz hikmət sahibi Allah – Təbərakə və Təalə - tərəfindən müsəlman cəmiyyətinin qorunulması üçün qoyulmuşdur. İslam, gəncləri evliliyə təşviq etmiş və insanı bu yol boyu yönləndirəcək hidayət rəhbəri olan şəriət hökmlərini bəyan etmişdir.

Günahların oruca təsiri

Allah – Təbərakə va Təalə - deyir:

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə qorxasınız (çəkinəsiniz)!

(əl-Bəqara, 183)

Allah bu sözlərində orucu bəşər övladına vacib etməsinin hikmətinə işarə edərək orucu təqvaya aparan bir səbəb olduğunu göstərmişdir. Məqsəd Allahdan qorxub Onun əmrlərini yerinə yetirmək və haram etdiklərindən çəkinməkdir. Ayədən anlamaq olar ki, günahlar orucun Allah yanındakı dəyərinə təsir edir.

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim yalan danışmağı və bu yalanı ilə əməl etməyi tərk etməzsə onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.[1]

İnsanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz?

Qardaşımı üzülmüş halda qarşıladım. İçəri alıb qonaq otağına dəvət etdim. Halını soruşdum, lakin onu nəyin üzdüyünü mənə xəbər vermirdi, sanki qəlbində rahatlığını yeyib dağıdan şübhələr var idi. Uzun söhbətdən sonra dilindəki düyün açıldı, rahatsız gözləri ilə üzünü mənə tutub şübhələrdən çəkdiyi əziyyətdən danışdı. Qardaşımı namaza başladığı ilk zamandan bəri ən gözəl əxlaq və səbr üzərində tanıyırdım, onun bu halı məni təəccübləndirirdi. Bu səmimi etirafından sonra imanının zəiflədiyini anladım və özünün də günahlara düşdüyünü anladığı üçün artıq digərlərinə günah işləri qadağan edə bilməyəcək hala gəlmişdi. Öz ailəsinə artıq “bu günahdır, bunu etməyin!” deməyə dili gəlmirdi, təmiz vicdanı onu boğur, sinəsini sıxırdı! Qardaşıma bu şübhəni başından atmağı nəsihət gördüm və özünün də günah etməsinə baxmayaraq hələ də başqalarına yaxşılığı əmr edib, pis əməlləri qadağan etməklə yükümlü olduğunu xatırlatdım. “Axı necə ola bilər?” deyərək heyrətlə, çaşqınlıqla üzümə baxdı. Məgər mübarək kitabında “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?[1] sözlərini deyən Allahu Təalə deyilmi?! Yenə bir başqa ayədə deyir: “Ey iman gətirənlər! Nə üçün etmədiyiniz şeyləri deyirsiniz? Etmədiyiniz şeyləri danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.” (əs-Saff, 2-3)