Əxlaq və ədəb

Imkansız borclulara kömək olaq
- Published: Tuesday, 16 February 2016 16:02
- Hits: 2236
Borcun ağırlığından əziyyət çəkən qardaşlarımız və onların ailələri şübhəsiz ki, Allahın onlar üçün hazırladıqları sınaqdan keçirlər. Lakin bu sınaqda onların ətrafındakı müsəlmanlar da onlara dəstək olmalıdırlar. Borclu olanların arasında imkanlı olanlardan söz açmaq istəmirik, lakin onlardan imkansız olanları, müflis olanları qəsd edirik. Müsəlmanları bu qardaşlıq vəzifəsində məlumatlandırmaq üçün onlara bu kiçik yazını təqdim edirik.
Saqqal və valideynlərin ixtiyarındakı gəlin
- Published: Friday, 01 January 2016 21:00
- Hits: 4604
Məscidə döşənmiş xalının üstündə gah oturaraq Quran oxuyur, gah yorularaq uzanır, bəzən məsciddən çıxaraq çayxanada oturur, lakin səhərdən axşama qədər məsciddə qılınan camaat namazlarını qaçırmamağa çalışır. Necə də gözəl bir mənzərə gözümün önündə canlanır!
Haqqını halal et
- Published: Sunday, 13 January 2013 10:52
- Hits: 3367
Müsəlmanların şübhələrini aradan qaldırmaq, Allahın göstərdiyi yol ilə doğru-düzgün getməkdə onlara kömək etmək zamanımızda ən əhəmiyyətli vəzifələrdən biridir. Onsuz da millətimizin müsəlman övladlarının qarşısında duran problemlərinin çoxluğunu gördükdə insana belə bir vəzifə bəzən imkansız görünür. Lakin biz qədərə iman etmiş bir qövm olduğumuz üçün çalışmağı və qarşılığında Allahın işləri bizə asanlaşdırmasını ummağı üzərimizə vacib görürük. Vəziyyət belə olduğu halda müsəlmanlara olmayan yerdən yeni bir problemlər çıxarmaq nəyə lazımdır?!
Dünyanın gözündə İslam
- Published: Saturday, 27 June 2015 16:34
- Hits: 2433
Bu gün müsəlmanların böyük bir lupa, nəhəng bir böyüdücü optik cihaz altında yaşamağı heç kəsdən gizli bir məsələ deyildir. Müsəlmanlar çox gözəl bilirlər ki, bu gün onların hər bir addımı işıqlandırılır. Dünya medyası müsəlmanların etdikləri hər bir yaxşılığı gizlətməyə çalışdığı halda edilmiş mənfi hərəkətləri ən pis şəkildə ictimaiyyətə çatdırmağa çalışırlar. Hal belə olduqda müsəlmanların sözlərində və hərəkətlərində daha diqqətli və daha həssas olmaqları məntiqi ardıcıllıqdır.
Sabah və axşam zikrlərinin vaxtı
- Published: Saturday, 24 November 2012 21:10
- Hits: 5838
Səhər və axşam zikrlərinin əhəmiyyəti haqqında alimlər çox söz açıblar. Bəs səhər və axşam zikrlərinin vaxtı nə zamandır? Yəni nə zaman başlayır və nə zaman bitir? Başqa cür desək sabah ilə axşamın həddi nədir? Bu barədə alimlər fərqli görüşlər bildiriblər.