Əqidə

İbn Qudamə və təfvid etiqadı

İbn Qudamə - rahiməhullah – hənbəli məzhəbinin məşhur alimlərindən və imamlarından biridir. Bir çox islami fəndə kitab yazmış bu alimin müxtəlif məsələlərdəki görüşü hər zaman marağa səbəb olub. Onun əqidə sahəsində sahib olduğu görüşlər də alimlərin maraq dairəsində olub. Bu əqidə məsələlərindən biri də “mənaları təfvid” etmək məsələsidir. İbn Qudamə təfvid əhlindən olub ya yox? Bu yazımızda bu suala cavab verməyə çalışacağıq.

İbn Teymiyyə və ölüdən şəfaət diləmək

Zamanımızda müzakirə olunan məsələlərdən biri də peyğəmbərlər və salehlərdən öldükdən sonra şəfaət, dua istəmək məsələsidir. Bu məsələdə danışan hər tərəf Şeyxul-İslam İbn Teymiyyə’dən sitat gətirməyi sevir. Bu böyük imamın müsəlmanların könüllərində tutduğu məqamı heç kəs inkar edə bilməz. Bu səbəblə biz İbn Teymiyyənin bu məsələ barədə görüşünü bu yazımızda göstərməyə çalışacağıq.

Təkfir cahil üçün bir bataqlıqdır

Zamanımızdakı müsəlmanların başında dövr edən ən gizli və ən təhlükəli bəlalardan biri də təkfir bəlasıdır. Məhz bu bəlanın nəticəsində ən kiçik müsəlman qrupları belə param-parça olaraq hər bir fərd öz başına buraxılmış şəkildə qalmışdır. Nəticədə müsəlmanlar parçalanaraq güc itirir və vahid koordinasiya mərkəzi və liderdən məhrum olur ki, bu da məğlubiyyətlərinə səbəb olur.

Kiçik şirkin tərifi

Ən yaxın keçmişdə qarşılaşmalı olduğum cahillərdən biri ilə söhbətimdə məlum oldu ki, o və onun kimi bir çox müsəlman “kiçik şirk” termininin doğru istifadəsini bilmir. Ən azından elm əhlinin sözləri işığında “kiçik şirk” termini barədə dolğun bir anlayışa sahib deyillər. Bu yazımızda müxtəsər şəkildə, imkanımız daxilində bu məsələ ilə bağlı bir izahat verəcəyik.

Əməlsiz imanın olmamasında sələfin icması

Sünnət əhlinin şüarlarından biri də onların əməlləri imandan saymaqları və əməlləri imandan ayırmamaqlarıdır. Bu barədə kitablar və divanlar ümmətin sələfinin sözü ilə zəngindir. Onlar əməli imandan ayırmazdılar və əməlsiz imanın olmadığını təkrar-təkrar söyləyərdilər. Sünnətin bu şüarı çox təəssüf ki, bizim zamanımızda bəzi şübhələrin qurbanı olub. Haqq günəş kimi səmada parladığı halda onu görmək istəməyənlər vardır. Bu yazımızda biz əməlsiz imanın olmayacağında icma olduğunu nəql edən alimlərin sözlərinə yer verəcəyik. Bu kiçik bəhsi məhz bu nəqllərə həsr etmək istəyirik və o nəqllərlə bağlı bəzi mühim məqamlara toxunmaq istəyirik.