Əqidə

Şirkdən başqa günahların bağışlanması şübhəsi

İnsanın zahiri əməllərinin imanın həqiqətinə daxil olmadığını, lakin imanın kamilliyini təşkil etdiyini deyənlər bu görüşləri üçün bəzi alimlərin sözlərini sitat gətirdikləri kimi, hədis və ayələri də dəlil göstərirlər. Daha əvvəlki yazımızda dəlil olaraq gətirdikləri şəfaət hədisindəki şübhənin cavabını verərək həmin şübhəni dəf etməyə çalışdıq. Bu işimizdə nə qədər uğurlu olduğumuzu bir tək Allah bilir. Bu yazımızda isə Quranın mübarək ayələrindən birini dəlil gətirməklərindəki zəifliyə işarə edəcəyik. Müvəffəqiyyət Allahdandır.

Şəfaət hədisindəki şübhənin cavabı

Hazırladığımız bu yazı zahiri əməllər və iman mövzusu ilə bağlı bir yazıdır. Çox təəssüf ki, zahiri əməlləri imanın həqiqətindən kənarlaşdırmağa hər bir səylə çalışan bəzi kəslər özlərini ümmətin sələfinə nisbət edirlər, halbuki ümmətin sələfi onlardan təmizdir. Ümmətin sələfi nəzdində zahiri əməllər hər zaman imanın ayrılmaz bir hissəsi olmuşdur. Əməli imandan, imanı da əməldən ayırmazdılar. Zahiri əməllərlə bağlı ixtilaflar əslində daha sonradan çıxan ixtilaflardır. Zahiri əməllərin imanın həqiqətinə daxil olmadığını, lakin imanın kamilliyinə daxil olduğunu iddia edənlərin ortaya atdıqları şübhələrdən də biri budur ki, Allah – azzə va cəllə - “heç bir xeyir etməmiş” qullarını atəşdən çıxaracaq. Allahın izni ilə bu yazımızda həmin şübhəni dəf edəcəyik.

Allahdan qeyrisinə and içmək

Abdullah bin Ömər – radiyallahu anhumə - rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Ömər bin əl-Xattab’a yetişdi, Ömər isə minik üzərində gedərək atasına and içirdi. Bunu üzərinə (peyğəmbər) dedi: “Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun![1]

İbn Ömər – radiyallahu anhumə - rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Kim Allahdan başqasına and içərsə küfr etmişdir və ya şirk etmişdir.[2]

Abdullah bin Məsud – radiyallahu anhu – demişdir: “Yalandan Allaha and içmək mənim üçün doğrudan Allahdan başqasına and içməkdən daha yaxşıdır.[3]

Şəhadət kəliməsini anlamayanlar

Bəzi qardaşlarımızın xəta etdikləri məsələlərdən biri də şəhadət kəliməsini mənasını anlamadan deyən və özlərini müsəlman adlandıran adi insanların zahirdə və batində müsəlman olmaqlarına etiqad etməkləridir. Bu cür etiqad ümmətin alimlərinin görüşlərindən xəbərsiz olmaqlarından irəli gəlir. Ola bilsin ki, bəzi səhih hədislərin zahirinə aldanaraq onları doğru şəkildə anlamayıblar. Bizim bu məsələdə razı qaldığımız və etiqad etdiyimiz məzhəb əhli-sünnətin alimləri tərəfindən əsrlər boyu dəstəklənmiş məzhəb olaraq bir insanın tövhid kəlimələrinin mənasını anlamadan dildə söyləməsinin ona fayda verməməsi görüşüdür. Bunun bəyanı üçün bəzi alimlərin sözlərinə işarə etmək istəyirik.

Hənbəli məzhəbi və ölüdən kömək diləmək
  • Şirk nədir?

Alimlərin şirkin tərifi barədə dedikləri sözlər çoxdur. Məşhur dilçi əl-Əzhari əş-Şafi deyir: “Şirk, Allaha Onun rububiyyətində (rəbliyində) şərik qoşmaqdır.[1] Digər dilçi alim ər-Rağib əl-İsfəhani – rahiməhullah – deyir: “Ən böyük şirk Allahu Təalənin bir şərikinin olduğunu isbat etməkdir, necəki deyirlər: “Fılankəs Allaha şərik qoşdu” və bu, ən böyük küfrdür.[2] Alləmə İmam əs-Səmani – rahiməhullah – şirkin tərifini belə verir: “İşrak (şərik qoşma) iki şeyi bir mənada birləşdirməkdir və Allahu Təaləyə şərik qoşmaq Allah ilə Ondan başqasını yalnız Allah üçün mümkün ola biləcək bir şeydə birləşdirməkdir.[3] Şirkə verilmiş təriflərin fərqli olması hər bir alimin şirkin müxtəlif yönlərini izah etməklə əlaqədardır. Məlumdur ki, şirkin lüğəvi mənası Allaha şərik qoşmaqdır. Bura Allaha xas sifətlərdə bir məxluqu şərik etmək də daxildir. Bu, həm etiqadla, həm də ibadətlə olur.