Foto Qalereya-3


  • Bir-birinizlə mehriban olun

    "Bir-birinizə arxa çevirməyin. Bir-birinizə kin tutmayın. Bir-birinizi qısqanmayın. Bir- birinizlə dostluğu kəsməyin. Ey Allahın qulları qardaş olun."(Hədis,Muslim)


  • Uşaqlarınızı çox öpün

    Peyğəmbər əfəndimiz əleyhissəlam nəvəsini öpərkən biri görüb, “Ya Rəsulullah, mənim on uşağım var, heç birini öpmürəm” dedi. Peyğəmbərimiz buyurdu: “Mərhəmət etməyən, mərhəmət görə bilməz” buyurdu. [Buxari] “Uşaqlarınızı çox öpün, hər öpəndə Cənnətdəki dərəcəniz yüksələr.” [Buxari]


  • Ruzinizi yalan danışaraq qazanmayın!

    Yadda saxlamaq lazımdır ki, insan haqqı söyləyər və Allahdan qorxarsa Allah Təala onu təsəvvürünə belə gətirmədiyi yerdən ruziləndirər. Uca Allah buyurur: “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər” (ət-Talaq, 2-3).(Əsr,1-3)


  • Əlvida dünya həyatı...

    Ölüm sizə gəlmədən öncə günahlarınıza görə tövbə edin və Allahın dediyi kimi yaşayın ki,sonradan peşman olanlardan olmayasınız.


  • Həmin gün...

    Bu həmin gündür ki, sən o gün yatmaq istəməzsən əksinə qalxıb namaz qılmaq istəyərsən.


  • Dünya bir körpüyə bənzəyir

    Dünya bir körpüyə bənzəyir.Onun bu başı dünya,o biri başı Axirət yurdudur.Bu körpünün qalıcı olduğunu düşünüb,onu təmir etməyə çalışanlar və onun üzərində qalmaq istəyən kimsələr həlaka uğramışdır.Çünki dünya qalıcı bir yer deyildir. Körpü olduğu üçün ondan keçib getmək lazımdır. Qalmalı olduğumuz yer - körpünün o biri başıdır.