Foto Qalereya-1


  • Qardaşının üzünə təbəssüm etmək sədəqədir!

    Əbu Zərr deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Qardaşının üzünə təbəssüm etməyin sənin üçün bir sədəqədir, yaxşlığı əmr edib pislikdən çəkindirmək sədəqədir, yolunu azmış birinə yol göstərmək sənin üçün bir sədəqədir, gözü görməyənə göstərmək sənin üçün sədəqədir, yoldan tikanı, daşı, sümüyü aradan qaldırmaq sənin üçün sədəqədir, öz qabından qardaşının qabına tökmək sənin üçün sədəqədir."ət-Tirmizi, (1956)


  • Məsum cana qıymaq olmaz!

    Amr bin Şərid deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - belə buyurarkən eşitdim: "Kim bir sərçəni əbəs yerə öldürərsə Qiyamət günü Allaha - azzə və cəllə - şikayət edərək qışqırar: "Ya Rabbim! Fılan şəxs məni əbəs yerə öldürdü, məni bir mənfəət üçün öldürmədi." ən-Nəsəi (4458)


  • Uşaqlara rəhm edin ki, rəhm olunasız!

    Əbu Hureyrə deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - Əlinin oğlu əl-Həsən'i öpdü və əl-Əqra bin Həbis ət-Təmimi onun yanında oturmuş halda idi. əl-Əqra dedi: "Mənim on uşağım var, onlardan heç birini öpməmişəm." Bunun üzərinə Allahın elçisi - salləllahu aleyhi va səlləm - ona baxdı və dedi: "Kim rəhm etmirsə rəhm olunmaz." əl-Buxari və Muslim


  • Unutma ki, nəvaziş nəsihətin bəzəyidir!

    Ənəs bin Məlik - radiyallahu anhu - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Elə bir şey yoxdur ki, mülayimlik, nəvaziş ona qarışdıqda onu gözəlləşdirməsin və elə bir şey yoxdur ki, ondan nəvazişi alıb götürdükdə onu çirkinləşdirməsin!" "Müsnəd Əhməd", 3/241


  • Ən ləziz yemək halal qazancdan olur

    Miqdam bin Mədi Kərib deyir: Peyğəmbər - salləllahu aleyhi va səlləm - dedi: "Heç kim öz əlinin qazancından yediyindən daha xeyirli bir yemək yeməmişdir. Davud peyğəmbər öz əməlinin qazandığından başqa bir şey yeməzdi." əl-Buxari


  • Əsl möminin qonşusu da özü kimi tox olar!

    Ənəs bin Malik - radiyallahu anhu - buyurur ki, Allahın elçisi - salləllahu aleyhi va səlləm - demişdir: "Qonşusu yanında ac qaldığı halda bundan xəbəri olaraq qarnı tox yatan mənə iman etməmişdir." ət-Tabərani


  • Yeməyi problem etmə!

    "Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi”. Buxari 5409, Müslim 2064


  • Məscidlərə can atın!

    Ömər bin əl-Xattab deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Kim Allah üçün məsciddə ilk təkbirə yetişərək qırx gün camaatda namaz qılarsa ona iki qurtuluş yazılar: biri atəşdən qurtuluşdur, digəri isə münafiqlikdən qurtuluşdur." ət-Tirmizi


  • Həyat yoldaşına zülm etmə!

    Möminlərin anası Aişə - radiyallahu anhə - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - heç bir şeyə əsla əl qaldırmamışdır. Nə bir qadını, nə də bir xidmətçini vurmuşdur; yalnız Allah uğrunda cihad etməsi halı istisna idi. Onun haqqına girdikdə qarşı tərəfdən intiqam almazdı, lakin Allahın haramlarından biri işləndikdə Allah - azzə və cəllə - üçün intiqam alardı." Muslim (2328)