Foto Qalereya

Foto Qalereya-1

  • Qardaşının üzünə təbəssüm etmək sədəqədir!

    Əbu Zərr deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Qardaşının üzünə təbəssüm etməyin sənin üçün bir sədəqədir, yaxşlığı əmr edib pislikdən çəkindirmək sədəqədir, yolunu azmış birinə yol göstərmək sənin üçün bir sədəqədir, gözü görməyənə göstərmək sənin üçün sədəqədir, yoldan tikanı, daşı, sümüyü aradan qaldırmaq sənin üçün sədəqədir, öz qabından qardaşının qabına tökmək sənin üçün sədəqədir."ət-Tirmizi, (1956)


  • Məsum cana qıymaq olmaz!

    Amr bin Şərid deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - belə buyurarkən eşitdim: "Kim bir sərçəni əbəs yerə öldürərsə Qiyamət günü Allaha - azzə və cəllə - şikayət edərək qışqırar: "Ya Rabbim! Fılan şəxs məni əbəs yerə öldürdü, məni bir mənfəət üçün öldürmədi." ən-Nəsəi (4458)


  • Uşaqlara rəhm edin ki, rəhm olunasız!

    Əbu Hureyrə deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - Əlinin oğlu əl-Həsən'i öpdü və əl-Əqra bin Həbis ət-Təmimi onun yanında oturmuş halda idi. əl-Əqra dedi: "Mənim on uşağım var, onlardan heç birini öpməmişəm." Bunun üzərinə Allahın elçisi - salləllahu aleyhi va səlləm - ona baxdı və dedi: "Kim rəhm etmirsə rəhm olunmaz." əl-Buxari və Muslim


  • Unutma ki, nəvaziş nəsihətin bəzəyidir!

    Ənəs bin Məlik - radiyallahu anhu - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Elə bir şey yoxdur ki, mülayimlik, nəvaziş ona qarışdıqda onu gözəlləşdirməsin və elə bir şey yoxdur ki, ondan nəvazişi alıb götürdükdə onu çirkinləşdirməsin!" "Müsnəd Əhməd", 3/241


  • Ən ləziz yemək halal qazancdan olur

    Miqdam bin Mədi Kərib deyir: Peyğəmbər - salləllahu aleyhi va səlləm - dedi: "Heç kim öz əlinin qazancından yediyindən daha xeyirli bir yemək yeməmişdir. Davud peyğəmbər öz əməlinin qazandığından başqa bir şey yeməzdi." əl-Buxari


  • Əsl möminin qonşusu da özü kimi tox olar!

    Ənəs bin Malik - radiyallahu anhu - buyurur ki, Allahın elçisi - salləllahu aleyhi va səlləm - demişdir: "Qonşusu yanında ac qaldığı halda bundan xəbəri olaraq qarnı tox yatan mənə iman etməmişdir." ət-Tabərani


  • Yeməyi problem etmə!

    "Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi”. Buxari 5409, Müslim 2064


  • Məscidlərə can atın!

    Ömər bin əl-Xattab deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Kim Allah üçün məsciddə ilk təkbirə yetişərək qırx gün camaatda namaz qılarsa ona iki qurtuluş yazılar: biri atəşdən qurtuluşdur, digəri isə münafiqlikdən qurtuluşdur." ət-Tirmizi


  • Həyat yoldaşına zülm etmə!

    Möminlərin anası Aişə - radiyallahu anhə - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - heç bir şeyə əsla əl qaldırmamışdır. Nə bir qadını, nə də bir xidmətçini vurmuşdur; yalnız Allah uğrunda cihad etməsi halı istisna idi. Onun haqqına girdikdə qarşı tərəfdən intiqam almazdı, lakin Allahın haramlarından biri işləndikdə Allah - azzə və cəllə - üçün intiqam alardı." Muslim (2328)

Foto Qalereya-2

  • Gecə nemətinə şükür edək

    De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?”(Qəsəs,72)


  • Çox yeməkdən çəkinmək lazımdır!

    Nafi deyir: "İbn Ömər onunla birlikdə yemək üçün bir miskin gətirilmədən yeməyə başlamazdı. (Bir gün) onunla birlikdə yemək üçün bir nəfəri gətirdim və həddindən çox yedi. Bunun üzərində (İbn Ömər) dedi: "Ey Nafi! Bunu mənim yanıma gətirmə! Peyğəmbəri - salləllahu aleyhi va səlləm - belə deyərkən eşitdim: "Mömin bir qarın tutumunda yeyər, kafir isə yeddi qarın tutumunda yeyər." əl-Buxari və Muslim


  • Zamanın qədrini bilək ki,sonra peşman olmayaq

    And olsun zamana ki, insan ziyan içindədir.Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!(Əsr,1-3)


  • Camaat namazına önəm verin!

    Əbu Musa əl-Əşari deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Namazdan əcri ən çox olan insan yürüməli olduğu yolu ən uzaq olandır, sonra ondan da uzaq olandır. İmam ilə birlikdə namaz qılmaq üçün gözləyənin əcri namaz qılıb, sonra yatanın əcrindən daha çoxdur." əl-Buxari və Muslim


  • İslam qadına elə önəm verib ki:

    -Qız olanda atası üçün Cənnətə girməyə bir qapıdır -Evləndiyi zaman öz həyat yoldaşının imanını tamamlayar -Ana olduğu zaman isə Cənnət onun ayaqları altında olar.


  • Səbəbi bilinməyən sıxıntılar

    Sufyan İbn Uyeynədən səbəbi olmayan qəlb sıxıntısı haqqında soruşuldu. O cavab verdi:"Onun səbəbi günahlardır. O gunahki sən onu etmək arzusunda idin amma bacarmamışdın. Sənin bu halın onun səbəbindəndir." İbn Teymiyyə bu sözləri gətirəndən sonra əlavə edir: "Həqiqətən günahların bir əcri vardir.Gizli gunahınki gizli , açığınkı açıqdır." "Məcmu əl-Fətava" 14/111

Foto Qalereya-3

  • Bir-birinizlə mehriban olun

    "Bir-birinizə arxa çevirməyin. Bir-birinizə kin tutmayın. Bir-birinizi qısqanmayın. Bir- birinizlə dostluğu kəsməyin. Ey Allahın qulları qardaş olun."(Hədis,Muslim)


  • Uşaqlarınızı çox öpün

    Peyğəmbər əfəndimiz əleyhissəlam nəvəsini öpərkən biri görüb, “Ya Rəsulullah, mənim on uşağım var, heç birini öpmürəm” dedi. Peyğəmbərimiz buyurdu: “Mərhəmət etməyən, mərhəmət görə bilməz” buyurdu. [Buxari] “Uşaqlarınızı çox öpün, hər öpəndə Cənnətdəki dərəcəniz yüksələr.” [Buxari]


  • Ruzinizi yalan danışaraq qazanmayın!

    Yadda saxlamaq lazımdır ki, insan haqqı söyləyər və Allahdan qorxarsa Allah Təala onu təsəvvürünə belə gətirmədiyi yerdən ruziləndirər. Uca Allah buyurur: “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər” (ət-Talaq, 2-3).(Əsr,1-3)


  • Əlvida dünya həyatı...

    Ölüm sizə gəlmədən öncə günahlarınıza görə tövbə edin və Allahın dediyi kimi yaşayın ki,sonradan peşman olanlardan olmayasınız.


  • Həmin gün...

    Bu həmin gündür ki, sən o gün yatmaq istəməzsən əksinə qalxıb namaz qılmaq istəyərsən.


  • Dünya bir körpüyə bənzəyir

    Dünya bir körpüyə bənzəyir.Onun bu başı dünya,o biri başı Axirət yurdudur.Bu körpünün qalıcı olduğunu düşünüb,onu təmir etməyə çalışanlar və onun üzərində qalmaq istəyən kimsələr həlaka uğramışdır.Çünki dünya qalıcı bir yer deyildir. Körpü olduğu üçün ondan keçib getmək lazımdır. Qalmalı olduğumuz yer - körpünün o biri başıdır.