Tələyə düşmüş ovun hökmü

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

Sual:

(Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər oraqları, bıçaqları və buna bənzər alətləri yerləşdirərsə, “bismilləh” çəkərsə və oraya ov düşərsə, həmin ov halal olar.[2] Bu, əsaslıdır ya yox?

Cavab:

Sizə daha əvvəl zikr etdik ki, bu tərz ov qaydalarından hər hansı bir qaydaya uyğun gəlmir və bu, qəbul edilmir, çünki şəri yolla kəsildiyindən əmin olana qədər (ətin) əsli hökmü haram olaraq qalır. Bu tərz ovlamanın özü haqqında bir şey varid olmayıb və nə də bunun bir bənzəri yoxdur ki, onunla müqayisə edə bilək.

Mənbə:

“əl-Əcvibə əs-Sə’diyyə anil-Məsəilil-Qasimiyyə”, səh: 34; Darul-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1426/2005 


[1] Şeyx Abdur-Rahmən bin Muhamməd bin Ali əl-Məquşi (1333-1405) əl-Qasim bölgəsinin əl-Bukeyriyyə hissəsində doğulmuş və orada böyümüşdür. Ölkəsinin alimlərindən elm alıb və bir neçə səfərində Şeyx Abdur-Rahmən əs-Si’di’dən də dərs almışdır. Şeyx əl-Bəssam zikr edir ki, o, Şeyx əs-Si’di ilə çox yüksək elmi müzakirələr edərdi və məhz onun elmi təhsili Bureydə qazisi Abdullah bin Humeydi onu paytaxt Riyadda qazilik vəzifəsinə təqdim etməyə sövq etdi. 1368-ci ildə Riyadda ali məkhəmədə qazi təyin olundu.

[2] Bu görüş hənbəli məzhəbinin məşhur görüşüdür, həmçinin bəzi hənəfilərin də görüşüdür. Lakin alimlərin cumhuruna görə halal olmaz.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?