Küfr ölkələrindən idxal olunan ətlərin hökmü

Mufti: Şeyx Muhamməd əl-Həsən bin əd-Dədəu əş-Şənqiti

Sual:

Küfr ölkələrindən idxal edilən ətlərin hökmü nədir?

Cavab:

Allah – Subhənəhu va Təalə - müsəlmanlara kitab əhlinin kəsdiklərini halal etmişdir və kitab əhli yəhudilər ilə nəsranilərdir. Allahu Təalə deyir: “Kitab verilənlərin yeməkləri sizə halaldır, sizin yeməkləriniz də onlara halaldır.” (əl-Maidə, 5) Ayədə yeməklər sözü ilə onların kəsdikləri qəsd olunur. Bu hökm nəsranilər və yəhudiləri şərəfləndirmək üçün gəlməyib, lakin müsəlmanlar üçün asanlıq gətirmək üçün gəlmişdir, kitab əhlinin kəsdiklərinin halal etməklə Allah müsəlmanlara təşrif etmişdir. Bu günə qədər yəhudilər heyvanı kəsmə qaydalarını qoruyub saxlayırlar və leş ət yemirlər, ona görə də onların kəsdikləri hələ də qəbul olunur. Nəsranilərə gəldikdə isə onlar kəsmək qaydalarına riayət etmirlər, leş əti belə yeyirlər. Ətin kəsilib kəsilmədiyini soruşmazlar belə! Bunun səbəbi budur ki, nəsranilərdə dünyəvilik (sekyularizm, dinsizlik) çox güclü yayılmışdır, yəhudilər isə hələ də öz dinlərinə bağlı olaraq qalırlar. Nəsranilərdə isə dünyəvilik geniş yayılıb və onlar bu dünyəviliyi bir prinsip üzərində qurublar: “Sezara (imperatora, dövlət başçısına) aid olanı sezara , Allaha aid olanı isə Allaha verin!” Əvvəllər ictimai orqanlara nəzarət edən kilsə idi, sonra isə müasir dövlət quruldu və bu orqanların nəzarəti kilsənin əlindən çıxaraq onlara verildi. Artıq kilsənin əlində Allaha aid olan ilə dövlət başçısına aid olan arasında fərq qoyacaq heç bir hədd yoxdur, onların əlindəki yeganə hədd budur ki, dövlət başçısının ələ keçirdiyi hər bir şey ona aiddir. Həqiqətən də dövlət başçısı ictimai xidmətləri əlinə almışdır. Heyvan kəsmək, bayramları, xüsusi günləri və şənlikləri təşkil etmək və buna bənzər işlər daha əvvəl kilsəyə aid idi, lakin dövlət bunu ələ keçirdikdə, bələdiyyələr və şuralar qurulduqda bütün işlər dövlətə tabe oldu və kilsə bu işlərdən tamamilə azad edildi. Bundan sonra papa yediyinin nə olmasına, leş olub olmamasına əhəmiyyət vermir, papadan aşağıdakılar da belədir. Buna görə də nəsranilərin kəsdikləri bu gün mübah sayılmır, əksinə nəsranilərdə heyvan kəsmənin əslən olması belə qəbul olunmur. Avropa və Amerikadakı qəssabxanaların çoxunda hinduslar, sixlər və buddistlər çalışdıqlarının bilinməsi isə daha xüsusi bir haldır vä onların kəsdikləri icma ilə qəti olaraq halal deyildir. Əgər bir müsəlmanın və ya yəhudinin və ya nəsranin kəsdiyi ilə buddistin və ya sixin və ya hindusun kəsdiyi qarışarsa onların hamısı leş sayılacaqdır, çünki kəsilmiş ətlər leşlər ilə qarışarsa leş olar və icmaya əsasən halal olmaz. Bu hal isə küfr ölkələrindən idxal olunan ətlərdə qəti olaraq mövcuddur.

Mənbə:

http://www.dedew.net/text-113.html

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?