Amerikan yeməkxanalarındakı yeməklər

Mufti: Şeyx Abdullah ibn Cibrin

Sual:

Bəzən evdən kənarda amerikan "fast-food" yeməkxanalarında (KFC - burger və pizza) yemək yeməyə məcbur oluram. Hamısı toyuq və ət yeməkləridir və bunların elektrik şoku, ya silahla atəş etmək, yaxud da boğmaq yolu ilə öldürülüb öldürülmədiyini bilmirik. Həm də bilmirik ki, bunların üzərində Allahın adı çəkilib yoxsa yox? Belə yeməklərdən yemək bizə caizdir yoxsa yox? Bu barədə bizə fətva verin!

Cavab:

Halı bilinməyən bu ətləri yeməyi tərk etməyinizi nəsihət edirəm, çünki onların mübah olmaması ehtimalı vardır, beləki o ölkələrin insanlarının çoxu heyvanı şəriət üsulu ilə kəsmirlər. Şəriət üsulu isə heyvanı iti bıçaqla boğazından kəsmək, qanını axıtmaq və üzərində Allahın adını çəkməkdir. Onlar çox vaxt heyvanı elektrik şoku ilə ya da qaynar suya batıraraq öldürürlər ki, dərisi və tükləri tez soyulsun, həm də qan damarlarda qalaraq çəkisi də artıq çıxsın! Üstəlik heyvanın üzərində Allahın adını çəkmirlər və Allahu Təalə deyir: "Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin." Allahın kitab-əhlinin kəsdiklərini mübah saymasındakı səbəb budur ki, onlar daha əvvəl heyvanı kəsərkən Allahın adını çəkərdilər və bıçaq ilə boğazdan kəsərdilər və kəsilmiş heyvandan bütün qanı çıxardardılar. Bu onların adətləri idi, qəbul etdikləri kitablarında tabe olduqları hökmlər onları bunu etməyə sövq edirdi. Lakin bizim bu zamanımızda isə artıq öz kitabları ilə əməl etmirlər və sanki mürtəd olublar. Bizə görə onların heyvanları şəriət yolu ilə kəsdikləri bilinənə qədər onların kəsdikləri yeyilməz. Buna əsasən halı məlum olmayan bu ətlərdən yeməyin qadağan olunduğunu düşünürük. Siz həmin yeməkxanalarda balıq əti yeyin, ya da işçilərinin şəriət üsulu ilə kəsdikləri müsəlman yeməkxanalarına gedin! Ya da toyuq və mal-qara kimi mübah heyvanı özünüz kəsin və öz kəsdiyiniz ilə ya da kəsməyinə etibar etdiyini bir müsəlman və ya kitab əhlinin kəsdikləri ilə kifayətlənin! Doğrusunu Allah bilir!

Mənbə:

http://ibn-jebreen.com/ftawa.php?view=vmasal&subid=10070&parent=2798

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?