Hakimə qarşı sözlə etiraz etmək

Mufti: Şeyx Muqbil bin Hədi əl-Vadi’i

Sual:

Minbərlərdə və ümumi dərslərdə hakimlərə qarşı danışmaq saleh sələfin minhəcindəndirmi?

Cavab:

Bütün təriflər Allaha aiddir. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, səhabələrinə və onları dost edinənlərə salat və salam olsun. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, təkdir, şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd onun qulu və elçisidir. Daha sonra:

Allah – azzə va cəllə - mübarək kitabında deyir: “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” Peyğəmbərin – salləllahu aleyhi va səlləm – belə dediyi sabit olmuşdur: “Ən əfzəl cihad zalım sultanın indində adil söz deməkdir.” (Hədisdəki) “indində” sözü bunun gizlində edilməsini və yalnız sultanla baş-başa olmasını tələb etmir.

Peyğəmbərin – salləllahu aleyhi va səlləm - “kimin əmr sahibinə nəsihəti varsa qoy ona gizlində nəsihət etsin!” deməsi ilə bağlı hədisə gəldikdə isə bu hədisin kökü “Sahih Muslim” kitabındadır, lakin bu əlavə sözlər (orada) zikr olunmur. (Oradakı) hədisin ləfzi belədir: “Şübhəsiz ki, dünyada insanlara əzab edənlərə Allah əzab edər.” Lakin bu əlavə sözlər zikr olunmur, ona görə də bu əlavə sözlərə nəzər salmaq lazımdır; əgər bu əlavə sözləri rəvayət edən bunu əlavə etməyən (ravi) kimi güclüdürsə o zaman bu əlavə sözlər məqbuldur və ya onu rəvayət edən onu rəvayət etməyəndən üstündürsə o zaman bu əlavə sözlər məqbuldur. Lakin bu ziyadə (rəvayət) mərcuhdursa o zaman şazz sayılır. Bu ləfz şazz sayılır.[1]

Minbərə qalxıb hakimin Kitaba və sünnətə müxalif olan əməllərini inkar etməklə insanları ona qarşı çıxmaq üçün qızışdırmaq arasında fərq vardır, belə ki, (insanları qiyam etmək üçün) qızışdırmaq yalnız açıq-aşkar küfr görməyimiz halında icazəlidir, necə ki, Ubədə bin əs-Samit’in hədisində (gəlir) : “Allahın elçisinə - salləllahu aleyhi va səlləm – əlinizdə haqqında Allahdan burhan olan açıq-aşkar küfr görməyimiz halı istisna, çətinlikdə və asanlıqda, xoşluqda və ikrahda dinləyib itaət etmək, bizə qarşı (başqalarına) üstünlük verdikdə  (səbr etmək) və əmri əhlindən almağa çalışmamaq barədə və harada olmağımızdan asılı olmayaraq haqqı demək, Allah uğrunda qınayanın qınağından qorxmamaq barədə beyət etdik.

Peyğəmbər – salləllahu aleyhi va səlləm – Əbu Zərrə acı olsa belə haqqı söyləməyi əmr edir. Bunu Əhməd “əl-Müsnəd” kitabında rəvayət edib. Necə ki, ona üzərində həbəşli bir kölə qul olsa belə dinləyib itaət etməyi də əmr etmişdir. Beləliklə də Əbu Zərr iki işi bir arada birləşdirmiş və Osmana – Allah ondan razı oldun - dinləyib itaət etmişdir.

Əgər açıq-aşkar küfr görsək qiyam etmək vacibdir ya yox? Müsəlmanların hallarına baxmaq lazımdır; onların küfrə qarşı durmağa qüdrətləri varmı yoxsa özlərini qurban verəcəklər? Onların özlərinin gücü varmı yoxsa əllərini Amerikaya və ya onları qanları axana qədər tərk edib sonra birinci sekulyaristin[2] yerinə bir başqa sekulyarist və ya sekulyaristin yerinə kommunist və ya müsəlmanın yerinə nəsrani gətirəcək başqa hökumətlərə əl uzadacaqlarmı? Ona görə də başqalarına ehtiyac buraxmayacaq bir gücləri olmalıdır.

Bundan sonra müharibənin tələb etdiyi qüvvəti hazırlayıblarmı? Düşmənin gücünə bərabər gücə sahib olmaqları şərt deyildir, çünki Allah – azzə va cəllə - mübarək kitabında buyurur: “Onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi qorxudasınız.”

Müharibənin tələb etdiyi xəstəxanalar və həkimlər hazırlayıblarmı yoxsa yarasından axan qanı qurtarana qədər adamı tərk edəcəklərmi? Həmçinin müharibənin tələbi olan qida ilə təmin etmə imkanına sahibdirlərmi? Belə ki, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrinin (Məkkədən) çıxaraq Mədinəyə hicrət edərkən (üzləşdikləri) zülmə, vətənlərini tərk etməyə, xəstəliyə və kasıblığa dözdükləri kimi insanlar səbr etməyə hazır deyillər. İnsanların indi səhabələrin – Allah onlardan razı olsun – halına uyğun özlərini tərbiyə etməklərinə ehtiyac duyurlar.

Beləliklə də bir insanın haqq kəlimə söyləməsi ilə hakimə qarşı qiyam etməyə insanları qızışdırmaq arasında fərqin olduğu öyrənildi. Doğrusu hakimlər özləri özlərini çirkə bulayıblar:

Kim özünə dəyər vermirsə təhqir ona asan gələr, ölünün yarası heç cür ağrı verə bilməz.

Allah – azzə va cəllə - deyir: “Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz.” Şair deyir:

Kim insanlara özünü məzəmmət etməyə səbəb verərsə, onu həm haqq olanla, həm də batil ilə məzəmmət edərlər.

Hakimlərə nəsihət edirik ki, Allaha – subhənəhu va təalə - üz tutsunlar və öz xalqlarına qarşı səmimi olsunlar. Mən öz yoldaşlarımla hər hansısa hakim üstündə ixtilaf etməyi xoş görmürəm, biz o hakimin yanında milçək kimiyik, bizim onun yanında heç bir qiymətimiz yoxdur.

Küveytin gənclərinə nəsihətim budur ki, özlərini faydalı elmlə və Allaha dəvət ilə məşğul etsinlər və bu, vəsvəsələri, xətalı fikirləri tərk etsinlər. İslama dəstək qiyamlarla, inqilablarla olmur.

Mənbə:

“Tuhfətul-Mucib alə Əs’ilətil-Hədiri val-Ğarib”, səh: 163-166; Darul-Əsər, ikinci nəşr: 1423/2002, San’a

http://www.muqbel.net/files.php?file_id=5&item_index=8 


[1] Bu barədə Əbu Mərvan əs-Sudəni’nin “əl-Cəhr val-İ’lən bi Da’fi Hədisil-Kitməni fi Munəsahətis-Sultan” adlı bir araşdırması vardır. Araşdırmasında gəldiyi nəticə budur ki, hədis zəifdir.

Lakin bununla belə qeyd etməliyim ki, bu hədisə şahidlik edən başqa səhih hədislər vardır. Ona görə də əmr sahiblərinə nəsihətin gizlində edilməsi nəsihətin ədəblərindəndir, lakin vacib deyildir. İmam ən-Nəvəvi “Şərh Sahih Muslim”də (18/118) deyir: “(Hədisdə) əmirlər ilə bağlı ədəbdən danışılır, onlara qarşı yumşaq olmaqdan danışılır, onlara gizlində öyüd-nəsihət etmək və insanların onlar haqqında dediklərini onlara çatdırmaq öyrədilir ki, bundan əl çəksinlər. Bunların hamısı etmək imkanı olduğu hala aiddir. Əgər gizlində öyüd-nəsihət etmək mümkün deyilsə haqqın əsli zay olmasın deyə inkarı aşkarda etməsi lazımdır.” Bu sözlərin eynisini Alləmə Bədrud-Din əl-Ayni “Umdətul-Qari” şərhində zikr edir.

[2] Sekulyarist dünyəviçilik tərəfdarıdır. Türkiyədə belələrinə “laik” deyirlər. Din ilə dövlətin ayrı olduğuna inanırlar.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?