Masturbasiya etməyin hökmü

Mufti: Şeyxul-İslam İbn Teymiyyə

Sual:

Bir nəfərin bədənindəki şəhvət hisləri oyanır və buna görə istimnə[1] edir. Bəzi vaxtlar budlarını cinsiyyət orqanına sürtür. O bilir ki, bunu aradan qaldırmaq oruc ilə olur, lakin ona ağır gəlir.

Cavab:

Onun özündən asılı olmayaraq axan mayeyə görə ona heç bir günah düşmür, lakin əgər fışqırtı ilə maye çıxarsa ona qüsl vacib olur. Lakin istimnə etməklə öz ixtiyarı ilə onu axıtmağa gəldikdə isə, bu alimlərin əksəriyyətinə görə haramdır və bu, Əhməd’dən gələn iki rəvayətdən biridir; deyərdim ki, iki rəvayətdən ən güclüsüdür. Digər rəvayətə görə bu, məkruhdur.

Lakin əgər istimnə etmədiyi təqdirdə zinaya düşəcəyindən və ya xəstə olacağından qorxursa, bu barədə alimlərin iki məşhur görüşü vardır. Sələfdən və xələfdən bir çox alim bu halda rüxsət veriblər, digərləri isə qadağan ediblər. Doğrusunu Allah bilir!

Mənbə:

“əl-Fətəva əl-Kubra”, 1/302-303; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1408/1987, Beyrut 


[1] Masturbasiya

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?