Kafirlərin işğalında olan müsəlman torpaqları haqqında

Mufti: Abdul-Qadir ibn Bədran əd-Diməşqi

Sual:

Rusiya işğalında olan müsəlman torpaqlarındakı kazan türklərindən ibarət müsəlmanlar hicri 1331-ci ildə (miladi 1913-cü ildə) sualları ilə Şeyx İbn Bədrana məktub yazırlar. Məktubu yazan Orenburq vilayətindən Abdul-Həkim İbn Dəminlə Muhamməd əs-Sadiq əl-Usməni əl-Qarğalı adlı bir elm tələbəsidir. Şeyx İbn Bədrana yazdığı suallar içində on üçüncü sualda soruşur: “Bizim vətənimiz, məmləkətimiz darul-hərb sayılır ya yox? Burda vəziyyət belədir ki, məmləkətimizdə şəriət hökmlərinin hamısı tətbiq olunmur, yalnız bir hissəsi tətbiq olunur. Şəriət hökmlərinin hamısını icra etmək mümkün deyildir. Həmçinin xristian hakimləri başımıza musəllət olub və bizdən müsəlmanlar ilə xristianlar arasında bir bərabərdə əskərlər götürürlər, vergi alırlar. Qanunda müsəlmanlar ilə xristianlar arasında tamamilə heç bir fərq qoyulmur, yalnız dinlə bağlı bəzi əhkamlar istisnadır. Biz onlarla qarışıq halda yaşayırıq. Rusiyanın müsəlmanları kimi dünyada xristianların hakimiyyəti altında yaşayan başqa müsəlmanlar yoxdur. Buna görə də sizdən xahiş edirik ki, bizim halımıza başqa prizmadan baxasız və bizim halımızı Hindistanın müsəlmanları və ya başqa müsəlmanların halı ilə müqayisə etməyəsiz!”

Cavab:

Kafirlərin əlində olan müsəlmanların ölkələrinin İslam ölkələri olmasında, hərb ölkələri olmamasında şəkk yoxdur, çünki onlar orada küfr hökmünü zahir etməyiblər.[1] Hənəfilərin “ət-Tətər Xaniyyə” kitabında bu açıq şəkildə deyilir və digər məzhəblər də buna əsaslanmalıdır. Bunu bildikdən sonra bilmək lazımdır ki, bizim zamanımızda kafirlərin işğal etdikləri müsəlmanların torpaqları iki qisimdir:

Birinci qisim: Siyasi və idari baxımdan (kafirlər tərəfindən) ələ keçirilib, lakin bununla belə Hindistan, Buxara və digər yerlərdə olduğu kimi əlində heç bir əmr olmasa belə əmir öz yerində qalır; beləliklə bu ölkələrin sakinləri və qaziləri müsəlmandır və zərurət üzündən kafirlərə itaət edən əmirləri də müsəlmandır. Əgər heç bir zərurət olmadan itaət edirlərsə o zaman onlar fasiq adlanırlar. Müsəlmanlar tərəfindən bir vali olan hər bir ölkədə ölkə müsəlmanların əlində olması səbəbilə cümələrin, bayram namazlarının keçirilməsi, xəracın toplanılması, qazilərin təyin edilməsi, dul qadınların ərə verilməsi caizdir. Kafirlərə itaət etməyə gəldikdə isə bu, aldatmadır.

İkinci qisim: Afrikada Əlcəzair və Rusiyada Kazan və digər ölkələr kimi tam olaraq kafirlər tərəfindən ələ keçirilmiş ölkələr ki, orada valilər kafirlər tərəfindəndir; (belə yerlərdə) müsəlmanlara cümələri, bayramları keçirmək caizdir və qazi müsəlmanların öz aralarındakı razılığı ilə qazi olur. Onlara öz aralarından müsəlman bir vali tələb etmək vacibdir. Bu “ət-Tətər Xaniyyə” kitabında deyilir və bunun bənzəri “Camiul-Fusuleyn” kitabında[2] keçir. Mənə görə isə onlar zaman imkan verərsə və fürsət düşərsə müsəlman bir vali tələb etməlidirlər, əks təqdirdə götürüləcək əsas “əl-Fəth” kitabında zikr olunandır, belə ki, o, deyir: “Əgər sultan yoxdursa, nə də vəzifə verəcək məqamda olan biri yoxdursa, necə ki, indi – yəni onun zamanında - Qurtuba (Kordova) kimi kafirlərin işğalı altında olan bəzi müsəlman torpaqlarındakı vəziyyət belədir, o zaman müsəlmanlara vacibdir ki, öz aralarından bir nəfər üzərində razılaşaraq onu vali etsinlər, o da bir qazi təyin etsin və onların arasında o, hökm versin və eynilə cüməni onlara qıldırmaq üçün bir imam təyin etsinlər.

“ən-Nəhr” kitabında deyilir: “Bu, qəlbin xətircəm olduğu görüşdür, beləliklə (bu görüşə) etimad edilməlidir.”

Bəli! Əgər kafir (hakim) onların üzərində bir qazi təyin etsə və müsəlmanlar ondan razı olsalar, onun təyinatı heç şübhəsiz ki, səhihdir.[3] Məhz bu görüşə əsaslanmaq lazımdır. Mənə görə üzərilərindəki hakim onlar üçün qazi təyin etməsə, onlara vacib olan öz aralarında bir hakim seçsinlər və onun hökmü qazinin hökmü olsun. Cümə və bayram namazlarına gəldikdə isə qoy əş-Şafi və Əhməd kimi bu cür namazların səhihliyi üçün imamın iznini şərt qoşmayanları təqlid etsinlər.

Möhtərəmin sualında “bizim vətənimiz, məmləkətimiz darul-hərb sayılır və adlanırmı?” sözlərinə gəldikdə isə, bunun cavabı belədir: Orada yaşayan müsəlmanlar hərb əhli sayılmırlar. Onun “burda vəziyyət belədir ki, məmləkətimizdə şəriət hökmlərinin hamısı tətbiq olunmur, yalnız bir hissəsi tətbiq olunur və şəriət hökmlərinin hamısını icra etmək mümkün deyildir” sözləri barədə isə deyirik: Allahu Təalədən bu dinin ulduzunu ucaltmasını, bu dinin övladlarını inkarçıların azı dişlərindən qurtarmasını diləyirik. Onların sözlərini bir araya gətirməsini diləyirik, çünki məhz sözlərinin parçalanması onları bu bəlaya gətirib çıxardıb, onları bu rəzilliyə sürükləyib və onların başlarına düşməni elə musəllət edib ki, onların hamısını ağalar və böyüklərin maraq dairəsinə çevirib və (bu maraqlar) onları və onların ölkə əhalisini dağıntı və həlaka götürüb.

Möhtərəm buyurur: “Buna görə də sizdən xahiş edirik ki, bizim halımıza başqa prizmadan baxasız və bizim halımızı Hindistanın müsəlmanları və ya başqa müsəlmanların halı ilə müqayisə etməyəsiz!” Deyirəm: Allahın sizə bu sıxıntıdan bir çıxış yolu göstərməsi labüddür. Allahu Təalə deyir: “Dində sizin üçün heç bir çətinlik yeri qoymayıb.”[4] Kim sizin halınızı başqalarının halı ilə müqayisə edərsə elminin azlığından, axmaqlığından, cahilliyindən etmişdir. Təhqiq əhli bildirib ki, zaman və məkanın dəyişməsi ilə fətva dəyişir. Allah ölü heyvan ətinin yeyilməsini şiddətlə qınadı, lakin sonra məcbur olana onu halal etdi. Zöhrü, əsri və işəni dörd rükət olaraq vacib etdi, sonra müsafirə qısaltmağı mübah etdi. Dəstəmazda suyu vacib etdi, sonra su olmadıqda və ya xəstəlik və şiddətli soyuq halında sudan istifadə edən zərər çəkərsə onun yerinə torpağı göstərdi. Bu isə bizə fətvanın necə veriləcəyini öyrətmək üçündür. Halların dəyişməsi ilə fətvanın da dəyişəcəyini bizlərə göstərir. Bu gün islami bir hökumətin altında olanlar belə tam şəkildə şəriəti tətbiq etməyə qadir deyildir, bəs onda sizə və sizin şəriətinizə qayğı göstərməyən, sizin kimi despotik xristian hökuməti tərəfindən idarə olunanların halı necə olacaq?! Allahdan müsəlmanlara çıxış yolu göstərməsini, sözlərini bir arada birləşdirməsini, onları doğru yola yönəltməsini diləyirik!

Mənbə:

“əl-Məvahib ər-Rabbəniyyə fil-Əcvibəti anil-Əsilətil-Qazəniyyə”, səh: 180-182; əl-Məktəb əl-İsləmi, birinci nəşr: 1425/2004, Beyrut 


[1] Küfr hökmünün zahir olması küfr şüarlarının zahir, üstün və aşkar olması deməkdir. Dövrümüzdə bunun ən bariz halı avropalıların küfr qanunların hakim edilməsi halıdır. Şeyxin bu sözlərindən anlaşılır ki, küfr zahir olan ölkələr küfr ölkələridir.

[2] Bax: “Haşiyətu İbn Abidin aləd-Durril-Muxtər”, 4/175

[3] Bu sözlər İbn Abidinin haşiyəsində zikr etdiyi sözlərdir. “əl-Fəth” kitabında kafirin təyin etdiyi qazilik məqamının səhih olmadığı deyilir. Lakin əlavə edir ki, “ət-Tətər Xaniyyə” kitabında bunun əksi deyilir. Daha sonra İbn Abidin qeyd edir ki, əgər kafir bir qazi təyin edərsə və müsəlmanlar ondan razı olarsa, onun qaziliyinin səhihliyində şübhə yoxdur. Görünür ki, Şeyx İbn Bədran bu görüşlə razılaşmışdır. Lakin daha sonrakı tarixdə Şeyx İbn Duheyyən’in ona göndərdiyi sualların birinə cavabında bu məsələyə bir daha toxunmuş və kafirin təyin etdiyi qazilik məqamının səhih olmadığını demişdir. Lakin bu fətvasının sonunda da söylədiyi kimi fətva zaman və məkana görə dəyişə bilər. Bu fətvasında xüsusi bir ölkə haqqında danışmış və onlara görə ən ağır gələn görüşü bildirmişdir. Doğrusunu Allah bilir!

[4] əl-Həcc, 78

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?