Malı nisyə olaraq baha satmaq

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Bəzi tacirlərin etdikləri kimi bir malı pulunu bir müddətdən sonra ödəmək qarşılığında nəğd qiymətindən bir az baha satmaq haqqında nə deyə bilərsiz?

Cavab:

Əgər hər iki tərəfin razılığı ilə edilirsə belə bir şey caizdir və müsəlmanlar həmişə bu cür alış-veriş ediblər. Lakin qiymətin çox baha edilməsi doğru deyildir. Əbu Talib dedi: “İmam Əhməddən soruşdular: “Əgər bir kimsə ondan beşini qazanc olaraq götürsə məkruh olarmı?”Dedi: “Əgər (müştəriyə verdiyi) müddət bir il olarsa və ya (nəğd) qazancdan az olarsa heç bir problem olmaz.” Cafər bin Muhamməd dedi: “Əbu Abdilləhi belə deyərkən eşitdim: “Nisyə satış əgər normal bir dəyərdə olarsa bir problem olmaz.”

Bunun tələb etdiyi məna budur ki, müddətin miqdarından artıq olan çoxlu qazanc məkruhdur; çünki bu, məcbur olub malını ucuz satmağa bənzəyir və bu, həm “murabəhə”[1],   həm də “musavamə”[2] satışlarına da aiddir. Bunu “əl-İxtiyarat”da[3] zikr etmişdir. Tövfiq Allahdandır.

Mənbə:

“Fətava İbn Aqil”, 2/715; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] “əl-Murahəbə” satışı: satıcı müştəriyə satdığı malın üzərinə nə qədər pul qoyduğunu deyir.

[2] “əl-Musavamə” satışı: satıcı və müştəri bu halda malın qiyməti üzərində razılaşırlar, lakin satıcı mala ödədiyi qiyməti müştəriyə demir.

[3] əl-Bəali, ”Kitəb əl-İxtiyarat əl-İlmiyyə fi İxtiyarat Şeyxil-İslam İbn Teymiyyə”, səh: 72; Mətbəə Kurdistan əl-İlmiyyə, hicri 1329

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?