Pişik satmağın hökmü

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual sahibi pişiyi satmağın hökmü barədə soruşur; qeyd edir ki, qonşularında iki pişik görüb və birini ondan tələb edib. Onlar isə qiymətini ödəmədən verməyəcəklərini deyiblər. Pişiklərə görə pul ödəmək və pişiyin sahibinə o pulu götürmək caizdirmi?

Cavab:

Məzhəbin məşhur görüşünə görə pişiyin satılması caizdir və bu, “əl-Muntəha”, “əl-İqna”  və bu ikisindən başqa kitablarda qeyd olunmuş görüşdür. Bunun üçün “əs-Sahih”dəki rəvayəti dəlil gətirdilər: “Bir qadın, həbs etdiyi pişiyinə görə cəhənnəmə düşdü...”[1] (Hədisdə mənsubiyyət ifadə edən) “ləm” hərfi əslən mülkiyyət ifadə etmək üçün işlənilir, üstəlik bu, mütləq olaraq yararlanılması və sahib olunması mübah olan bir heyvandır, bu baxımdan qatıra və eşşəyə bənzəyir. “əl-İqna” kitabında və onun şərhində deyilir: “Ondan (yəni Əhməddən) gələn başqa rəvayətə görə satılması caiz deyildir. “əl-Hədy”[2] və “əl-Faiq” kitablarında bu rəvayətə üstünlük veriblər və “əl-Qavaid əl-Fiqhiyyə” kitabında bu görüş səhih sayılır, çünki Muslim Cabir’dən rəvayət edir ki, ondan pişiyin satış qazancı haqqında soruşdular və dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – bundan çəkindirdi.”[3] Bir başqa ləfzində deyilir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – pişiyin satış qazancını qadağan etdi.”[4] Bunu Əbu Davud rəvayət etdi. Bu hədisi kiminsə mülkünə daxil olmayan və faydası olmayan pişiklərə aid etmək olar.”[5] İbn Rəcəb “Camiul-Ulum val-Hikəm” kitabında deyir: “Pişiyin satılmasına gəldikdə isə alimlər bunun məkruhluğunda ixtilaf ediblər. Onlardan bəziləri bunu məkruh görüblər və bu, Əbu Hureyra, Cabir, Ata, Tavus, Mücahid, Cabir bin Zeyd, əl-Əvzai və bir rəvayətdə Əhməddən rəvayət olunub; dedi: “Bu, yırtıcı heyvanların dərilərindən (hökmdə) daha yüngüldür.” Bu, əshabımızdan Əbu Bəkr’in[6] üstünlük verdiyi rəvayətdir. Pişiyin satılmasına isə İbn Abbas, bir rəvayətə görə Ata, əl-Həsən, İbn Sirin, əl-Hakəm, Hənnad rüxsət veriblər və bu, əs-Səvri, Əbu Hənifə - rahiməhullahu təalə - , Malik, əş-Şafi və məşhur rəvayətə əsasən Əhmədin görüşüdür.[7] İshaq (bin Rahaveyh)dən iki rəvayət gəlib. əl-Həsən (əl-Basri)dən gələn xəbərə görə onun satılmasını məkruh görüb, lakin faydasından istifadə etmək üçün alınmasına rüxsət verib. Onların arasında elələri var ki, onu satmağın qadağan olunması (haqqında gəlmiş rəvayətləri) səhih saymırlar. Əhməd dedi: “Bu barədə hər hansı bir şeyin sabit və səhih olduğunu bilmirəm.” Həmçinin deyir: “Bu barədə gəlmiş hədislər iztirablıdır.” Onlardan bəziləri isə qadağanı vəhşi pişiklər kimi faydası olmayan pişiklərə aid ediblər.[8] Onlardan bəziləri isə deyiblər ki, qadağa yalnız satışa aiddir, çünki bu, alçaqlıqdır, alicənablıq deyildir, çünki tapılması asan olan heyvandır və ona həmişə ehtiyac vardır. Həm də bu heyvan həmişə insanlara yoldaşlıq edir və artıq olandan başqalarına verilməsindən sahibinə bir zərər gəlmir. Bunda xəsislik göstərmək qınanmış ən çirkin əxlaqa aid bir xüsusiyyətdir. Buna görə də onların satış qazancını götürməkdən çəkindirmişdir.”[9]

Mənbə:

“Fətava İbn Aqil”, 2/7-8; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] əl-Buxari (2365, 3318, 3482); Muslim (2619, 2756)

[2] İbnul-Qayyim, “Zadul-Məad fi Hədyi Xayril-İbad”, 5/773; Muəssəsətur-Risalə, Beyrut, iyirmi altıncı nəşr: 1412/1992

[3] Muslim (1569) ; Muslimin rəvayətində pişiklə yanaşı it də qeyd olunur.

[4] Əbu Davud (3479); ət-Tirmizi (1279); ət-Tirmizi’nin rəvayətində “it və pişiyin satış qazancı” sözləri keçir və ət-Tirmizi deyir: “Bu hədisin isnadında iztirab var və “pişiyin satış qazancı” hissəsi səhih deyildir.” Hədisin pişiklə bağlı hissəsini həm də İmam Əhməd və əl-Hafiz İbn Abdil-Bərr zəif saymışdır.

[5] “Kəşşəful-Qina anil-İqna”, 7/310-311; Vazəratul-Adl, Səudiyyə Ərəbistan, birinci nəşr: 1426/2005

[6] Ğulam əl-Xalləl adı ilə tanınan Əbu Bəkr Abdul-Aziz bin Cafər bin Əhməd bin Yəzdəd bin Maruf əl-Bağdadi. Hicri 285-ci ildə anadan olub və hicri 363-cü ildə cümə günü vəfat edib. İmam Əhmədin oğullarından və tələbələrindən fiqh öyrənmiş İmam Əbu Bəkr əl-Xalləl’in ən məşhur tələbəsi olmuşdur, buna görə də Ğulam əl-Xalləl adı verilib.

[7] Dörd məzhəbin hamısı pişiyi satmağı caiz görüblər. Yalnız zahirilər hədislərin zahirinə əsasən mütləq olaraq bunu haram sayıblar.

[8] Bir çox fəqih bu qeydə diqqət çəkiblər. Bunu nəzərə alaraq pişikləri bəzək üçün alıb-satanları bu işindən çəkindirməyi məsləhətə uyğun görürük. Səhabədən və tabiindən bir çox zatın bunu mütləq olaraq məkruh saymaqlarını nəzərə alsaq bu xəbərdarlığın yerində olduğunu görmək olar.

[9] “Camiul-Ulum val-Hikəm”, 2/453; Muəssəsətur-Risalə, Beyrut, ikinci nəşr: 1419/1999

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?