Rafizilərə salam vermək və onların kəsdikləri

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

Sual:

Səlim əl-Əli əs-Səlim hicri 1372-ci ildə, cumədə axir ayının 22-si Şeyx əs-Si’diyə göndərdiyi məktubunda rafizilərə salam verməyin və onların kəsdiklərinin yeyilməsi haqqında soruşur.

Cavab:

Salam məsələsinə gəldikdə bu, məsləhətə tabedir. Əgər onları boykot etməkdə bir məsləhət yoxdursa onlara salam vermək salam verməyi tərk etməkdən yaxşıdır. Salama cavab vermək isə vacibdir. Onlara salam verməyi tərk etməkdə onlar üçün və ya müsəlmanlar üçün dini bir məsləhət varsa salamı tərk etmək lazımdır. Lakin mən düşünürəm ki, bizim bu zamanımızda onları boykot etməkdə və onları geri çevirməkdə bir məsləhət yoxdur. Birinci salam vermək və verilən salama cavab vermək daha uyğun və daha yaxşıdır.

Onların kəsdiklərinə gəldikdə isə bu onların küfrünün olub olmamasına bağlıdır. Onların içindən əhlul-beytə dua edənlər və onlardan kömək diləyənlər kimi küfrünə hökm edilənin kəsdiyi halal deyildir. Həmçinin Əlinin və ya əhlul-beytdən bir başqasının peyğəmbər olduğuna etiqad edənlərin kəsdikləri haramdır, çünki yəhudi və xaçpərəstlərdən ibarət olan kitab əhli müstəsna olmaqla kafirlərdən heç kəsin kəsdiyi halal deyildir.

Lakin rafizilərdən və digər bidət əhlindən küfrünə hökm olunmayan kəslərin kəsdikləri halaldır; hətta səhabələri söymüş olsalar belə. Doğrusunu Allah bilir!

Mənbə:

“əl-Əcvibə əs-Sə’diyyə anil-Məsəilil-Qasimiyyə”, səh: 181-182; Darul-Bəşəiril-İsləmiyyə, Beyrut, birinci nəşr: 1426/2005

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?