Aylıq maaşların zəkatı

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Zəkatı ödəməkdən ötrü vəzifə sahibinin hər ay aldığı maaşların (zəkatı vacib edən) bir ilinin nə zaman olduğunu bilməyin, onu müəyyən etməyin yolu nədir?

Cavab:

Bunun yolu – misal üçün – muharram ayının maaşını nə vaxt aldığını bilməsi və onu öz yanında qeyd etməsi ilə olur; həulu (bir qəməri ili) tamamlanmadan öncə onu istehlak edərsə ona zəkat vacib olmaz və əgər maaş onun yanında üzərindən bir həul keçəcək qədər qalarsa, əgər həmin məbləğ nisaba çatıbsa[1] və ya daha çoxdursa maaşın özünün və ya qalan malına olan nisbətinin zəkatını çıxardar. Səfər ayının da maaşını və daha sonrakı ayların da maaşını bu şəkildə edər. Hər dəfə bir ayın maaşını götürdükdə götürdüyü tarixi bilməlidir. Əgər onun yanında üzərindən bir həul keçərsə yalnız onun zəkatı 2.5 % nisbətində vacib olur. Əgər maaşların bir hissəsini digərləri ilə birləşdirib hamısının zəkatını birdən çıxarmaq istərsə bunda heç bir problem olmaz, lakin onları bir ildən çox gecikdirməməlidir, çünki bir il tamamlandıqdan sonra zəkatı gecikdirmək icazəli deyildir. Lakin il tamamlanmadan öncə çıxarmağa gəldikdə isə bunda heç bir problem yoxdur. Fəqihlər deyiblər: “İki və daha az həulə qədər zəkatı tezləşdirmək icazəlidir.”

Buna əsasən əlindəkilərin hamısının zəkatını ramazan ayında çıxara bilərsən, çünki bu, daha yaxşıdır və sədəqədə mal üçün bərəkət vardır, üstəlik hər maaşın zəkatını və həulunu dəqiq hesablamaqla məşğul olmaqdan daha asandır.[2] Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/442; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] Nisab zəkatı vacib edən məbləğdir.

[2] Yəni ən gözəl və ən asan metod budur ki, hicri təqvim ilə müəyyən bir günü seçirsən və hər il o gün zəkatı ödəyirsən. Misal üçün ramazan ayında əvvəlki ayın maaşını aldın və xərclərini, borclarını ödədikdən sonra aldığın maaşdan qalan hissə nisab miqdarındadırsa və ya daha çoxdursa, digər maaşları da o şəkildə onun üzərinə əlavə edərək bir ildən sonra zəkatı çıxarırsan. Baxmayaraq ki, sonrakı ayların üzərindən bir il tam keçməsə də o cür etmək olar və daha asandır.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?