Zəkatın xeyriyyə işlərinə verilməsi

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Bir nəfər sual göndərib soruşur: Məscid tikintisi, müsəlmanların içməsi üçün ictimaiyyətə su istifadəyə vermək kimi və bundan başqa digər xeyir məqsədlər üçün xeyriyyə layihələrinə zəkatı sərf etmək olar?

Cavab:

Məscidlər, körpülər tikmək, ölülərin kəfənlənməsi, mushafların və elm kitablarının vəqfi kimi adını çəkdiyin və sair xeyir məqsədlər üçün edilən layihələrdən heç birinə zəkatı sərf etmək icazəli deyildir. Bu, sələf və xələf daxil olmaqla alimlərin böyük əksəriyyətinin görüşüdür, çünki Allah onları yalnız səkkiz sinfin içində məhdudlaşdırmış və belə buyurmuşdur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”[1]

(Şəmsud-Din İbn Qudəmə) “əş-Şərh əl-Kəbir” kitabında deyir: “Bu siniflərdən başqalarına bu zəkatın ödənilməsinin icazəli olmamasında elm əhli arasında ixtilafın olduğunu bilmirik, yalnız Ənəs və əl-Həsən’dən belə deməklərinə dair rəvayət olunan istisnadır: “Körpülər və yollar üçün ödənilənlər keçərli olan sədəqədir.”Doğru olan isə birinci görüşdür; çünki Allahu Təalə deyir: “İnnəmə-s-sadəqatu” və “innəmə” məhdudiyyət bildirir, adı çəkilənləri isbat edir, başqalarını rədd edir, çünki “innəmə” isbat hərfindən və inkar hərfindən ibarətdir və bu, Allahu Təalənin bu sözü kimidir: “Tək ilah həqiqətən yalnız Allahdır!”[2] Yəni Allahdan başqa ilah yoxdur. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – “Valə haqqı yalnız (köləni) azad edənə aiddir”[3] sözləri də bunun kimidir.

Həmçinin zəif bir sənəd ilə rəvayət olunur ki, bir nəfər dedi: “Ey Allahın elçisi, bu sədəqələrdən mənə ver!” Allahın elçisi – salləllahu aleyhi va səlləm – ona dedi: “Sədəqələrdə Allah nə bir peyğəmbərin, nə də bir başqasının hökm verməsinə razılaşmamış, Özü hökm vermişdir; beləliklə onu səkkiz hissəyə ayırıb və əgər sən həmin hissələrdən birinə aid olsaydın sənə haqqını verərdim.”[4] Bunu Əbu Davud rəvayət edib.”[5]

əş-Şeyx Təqiyyud-Din (İbn Teymiyyə) isə dini və dünyəvi məsləhət üçün faydalı elmlər haqqındakı kitabı almağa ehtiyacı olanlara zəkatdan götürməyi icazəli saymışdır.

(əl-Buhuti) “Şərhul-İqna”da deyir: “Ola bilsin ki, bu, həmin səkkiz sinifdən kənara çıxmır, çünki bu, elm tələbəsinin ehtiyac duyduğu əşyalar arasındadır və onun nəfəqəsi kimi sayılır.”[6] Doğrusunu Allah bilir.

Mənbə:

“Fətava İbn Aqil”, 1/453-454; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] “ət-Tövbə surəsi”, 60

[2] “ən-Nisə surəsi”, 171

[3] əl-Buxari, 456; Muslim, 1504, 1505; Valə haqqı köləni azad edənə aiddir və əgər kimsə köləni alaraq azad edərsə kölə öldükdən sonra onun malının varisi olur.

[4] Əbu Davud (1630), əd-Dəraqutni (2/137), əl-Beyhəqi (4/174; 7/6) və ət-Tahəvi “Şərhul-Məani”də (2/17) rəvayət edib və bunların hamısının isnadında Abdur-Rahmən bin Ziyəd əl-Əfriqi adlı ravi vardır və o, zəifdir.

[5] “əl-Muğni va-ş-Şərhu-l-Kəbir”, 2/685

[6] “Kəşşəful-Qinə”, 2/929, 948

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?