Sədəqənin qohumlara verilməsi

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən insanın öz zəkatını əmisi və ya əmisi oğlu və ya bu ikisindən savayı qohumlarına verməsinin hökmü haqqında soruşur.

Cavab:

Əgər əmisi – və qohumlarından olan qeyriləri – zəkata layiq olanlardandırsa ona verilməsi qohumlarından olmayan başqasına verilməsindən daha əfzəldir; bu, qohumun onun fərz və ya tə’sib yolu ilə varisi olmadığı müddətdə keçərlidir[1]. Çünki qohuma verilən sədəqə həm sədəqədir, həm də qohumluq bağları xatirinə edilmiş xeyirxahlıqdır, lakin ilk öncə ehtiyacının olmasından və zəkata layiq olanlardan olmasından əmin olmaq lazımdır.

Fəqihlər deyiblər: Qayğılarına qalması vacib olmayan qohumlarının arasında zəkatını paylaması sünnətdir, çünki hədisdə deyilir: “Qohumlarına verdiyin sədəqə həm sədəqədir, həm də qohumluq bağları xatirinə edilmiş xeyirxahlıqdır.”[2] Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/452; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] Varislər iki cürdür: fərz yolu ilə və tə’sib yolu ilə varis olanlar. Fərz yolu ilə varis olanlar Allahın xüsusiləşdirdiyi kəslərdir, təsib yolu ilə varis olanlar isə ata vasitəsi ilə qohum olan kişi varislərdir. Fərz yolu ilə varis olanlar yeddidir: ana, onun övladı, ər, zövcə, ana və ata tərəfdən nənə. Təsib ilə varis olanlar isə on ikidir: oğul, oğulun oğlu (və bu şəkildə oğulun erkək nəvələri də daxildir), tam qardaş, ata tərəfdən olan yarı qardaş, tam qardaşın oğlu (və onun erkək övladları), ata tərəfdən yarı qardaşın oğlu (və onun erkək övladları), tam əmi (və onun erkək əcdadları), ata tərəfdən yarı əmi (və onun erkək əcdadları), tam əminin oğlu (və onun erkək övladları), ata tərəfdən yarı əminin oğlu (və onun erkək övladları), azad olunmuş erkək kölə və azad edilmiş dişi kölə.

[2] Bunu Əhməd (4/17-18), ət-Tirmizi (658), ən-Nəsəi (5/92), İbn Məcə (1844) və İbn Xuzeymə (2067) bir rəvayət yolu ilə Hafsa bint Sirin’dən, o da ər-Rabəb Ummu-r-Raih’dən, o isə Salman ibn Amir’dən mərfu olaraq rəvayət ediblər. ər-Rabəb Ummur-Raih’i əz-Zəhəbi məchul qadınlar arasında zikr edir və deyir: “Əmisi Salman ibn Amir’dən rəvayət edir; Hafsa bint Sirin’in ondan rəvayət etdiyi bir rəvayətdən başqası ilə tanınmır.” (“əl-Mizən”, 4/606) Lakin bu mətnin səhihliyinə Abdullah bin Məsudun zövcəsi Zeynəbin hədisi şahidlik edir, belə ki, ərinə və yetimlərinə sədəqə vermək barədə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – soruşduqda demişdir: “Bəli və onun iki əcri vardır: Qohumluq əcri və sədəqə əcri.” (əl-Buxari, 1466; Muslim, 1000)

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?