Müsəlman olmayanlara zəkat vermək

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən deyir ki, Allah onu İslam ilə nemətləndirib və onun müsəlman olmamış, öz dinləri üzərində qalmış bir camaatı vardır. Onların kasıb, zəkata ehtiyacı olmaqları, lakin xristianlıqları üzərində qalmaqları ilə birlikdə zəkatından və sədəqəsindən bir hissəni onlara sərf etməsi ona caizdirmi?

Cavab:

Zəkat iki qismə bölünür: vacib zəkat və müstəhəb olan könüllü sədəqə.

Vacib zəkata gəldikdə bunun bölünmə işini Allah Özü etmiş, başqaları bir kənarda qalsın heç ən yaxın mələyinə və göndərdiyi elçilərdən heç birinə bu işi tapşırmamışdır. Allah - təalə - Tövbə surəsində deyir: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”[1]

Alimlər bir mənalı olaraq bildiriblər ki, qeyri müsəlmanların bunda heç bir payı yoxdur, yalnız qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələr olmaqları müstəsnadır.

əl-Muvaffəq İbn Qudəmə “əl-Muğni” kitabında deyir: “Malların zəkatının nə kafirlərə, nə də kölələrə verilməyəcəyində elm əhlinin ixtilaf etdiyini bilmirik. İbnul-Munzir deyir: “Elm əhlindən elm öyrəndiklərimizin hamısı icma edib ki, malların zəkatından heç bir şey zimmiyə verilməz,” çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – Muaz’a dedi: “Onları agah et ki, onların üzərinə sədəqə düşür ki, zənginlərindən alınıb kasıblarına veriləcək.”[2] Beləliklə də sədəqənin vacibliyini zənginlərinə aid etməklə onları xas etdiyi kimi onun kasıblarına sərf edilməsi ilə onları xüsusiləşdirdi.”[3]

Könüllü sədəqəyə gəldikdə isə bu, yalnız müsəlmanlara xas deyildir, əksinə arada ağır bir məsləhət mövcuddursa onun qeyri müsəlmanlara da sərf edilməsi icazəlidir, bununla belə müsəlmanlar ona daha layiqdir. Bunun üçün qarşıya qoyulmuş dəlillərdən biri təfsir alimlərinin Allahu Təalənin bu sözü haqqında təfsirlərdə zikr etdikləri sözlərdir: “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!”[4] İbn Abbas deyir: “Müşriklərdən olan qohumlarına hər hansı bir maliyyə yardımı etməyi sevməzdilər və peyğəmbər – salləllahu aleyhi va səlləm – İslam əhlindən başqalarına sədəqə verilməməsini əmr edərdi, ta ki, bu ayə nazil edilənə qədər: “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir.” Beləliklə səndən istəyən hər din sahibinə sədəqə verməyi buyurdu.

Əsmə bint Əbi Bəkr’dən – radiyallahu anhə - gələn rəvayətdə deyir: “Anam yanıma gəldi və o, qureyşlilər (sülh) müqaviləsi bağladıqları zaman müşrik idi[5] və mən peyğəmbərdən – salləllahu aleyhi va səlləm – soruşdum: “Ona (mal ilə) xeyirxahlıq edim?” Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Anana xeyirxahlıq et!”[6] Allahu Təalə bunu nazil etdi: “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.”[7]

Xülasə budur ki, vacib zəkat kafirlərə verilməz və əgər verilibsə keçərli sayılmaz. Könüllü sədəqəyə gəldikdə isə onun qeyri müsəlmanlara verilməsində ağır bir məsləhət, dəqiq mənfəət varsa ondan bir şeylərin onlara sərf edilməsi icazəli olar, əks təqdirdə isə müsəlmanlar buna daha layiqdir. Doğrusunu Allah bilir! Vasalləllahu alə nəbiyyinə Muhamməd va əlihi va sahbihi va səlləm!

Mənbə:

“Fətava İbn Aqil”, 1/447-449; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] “ət-Tövbə surəsi”, 60

[2] əl-Buxari, 1395; Muslim, 19

[3] “əl-Muğni”, 2/487; Məktəbətul-Qahira, 1388/1968

[4] “əl-Bəqara surəsi”, 272

[5] Adı Qaylə bint Abdil-Uzzə əl-Quraşiyyə əl-Amiriyyə. Alimlər onun sonradan İslamı qəbul edib etməməsində ixtilaf ediblər, ən-Nəvəvi qeyd edir ki, əksəriyyətə görə müşrik kimi ölmüşdür.

[6] əl-Buxari, 2620; Muslim 1003

[7] “əl-Mumtəhinə surəsi”, 8

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?