Xufların gəzməyə yararlı olması

Mufti: Siracud-Din Ömər bin Raslən əl-Bulqini

Sual:

Onların[1] xuffun vəsfində söylədikləri – “onda davamlı gəzmək mümkün olmalıdır” – sözü ilə qəsd etdikləri məna nədir? Əgər bununla (səfər edənin) durduğu bir məntəqə boyunu qəsd edirlərsə o zaman ən zəif xuff belə bunun öhdəsindən gəlir və əgər bundan çoxunu qəsd edirlərsə - bu, onların sözlərinin zahiri mənasıdır – o zaman bunun ölçüsü nədir?

Cavab:

“ər-Ravnəq” kitabında[2] onun ölçüsü “üç gün (gəzmək) imkanı” olaraq qeyd edilir və əgər bunu üç gün və üç gecəlik (dayanacaq) məntəqələri olaraq ölçü qoysaydı uzaq bir ehtimal olmazdı.[3] Gəzmək ilə qəsd olunanın ayaqqabı ilə yoxsa onsuz olmasına gəldikdə isə bunu zikr edən biri ilə qarşılaşmadım.

Mənbə:

“Fətəva əl-Bulqini”, 1/86; Dar İbn Affan, birinci nəşr: 1434/2013, Qahirə 


[1] Sualı verən burada şafi’i üləmasını qəsd edir.

[2] “ər-Ravnəq” kitabı şafi’i fiqhində yazılmış bir müxtəsərdir. Müəllifində ixtilaf var, bəziləri müəllifinin Əbu Həmid əl-İsfəraini oluğunu, bəziləri isə Əbu Hatim əl-Qəzvini olduğunu deyiblər.

[3] Gəzmək ilə üç günlük yolun hamısında gəzmək qəsd olunmur, çünki səfər edənlər üç gün boyunca yürümürlər, lakin karvanda dəvə üzərində olurlar və səfər boyunca durduqları şəhərlərdə, yerlərdə onlarla gəzməli olurlar. Bunu məsafə ilə və ya zaman ilə təyin etmək mümkün deyildir. Lakin anlaşılan budur ki, xuflar mütləq qalın və dözümlü olmalıdır.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?