Vaxtın çıxmasına görə təyəmmüm almaq

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

Sual:

(Hənbəli alimləri) zikr edirlər ki, vaxtın çıxması qorxusu olsa belə təyəmmüm almaq olmaz. Bu görüş əsaslıdır yoxsa yox?

Cavab:

Bəli, bu söz əsaslıdır, çünki hətta vaxt namazın şərtləri içində ən təkidli şərtlərdən olsa da və onun üzündən çox şey tərk olunsa da təyəmmümə gəldikdə Allahu Təalə onu yalnız iki hal mövcud olduqda mübah qılmışdır: Ya (suyun) olmamasına görə, ya da xəstəlik və bənzəri səbəblərə görə (suyu) istifadə etdikdə zərərin gəlməsindən qorxulduğuna görə. Bu, yalnız sudan istifadə etməyə qadir olub da onu (namazın) vaxtı daralana qədər tərk dənə aiddir. Lakin suya çatdıqda artıq sudan istifadə etdiyi təqdirdə namazın vaxtının çıxacağı şəkildə az bir vaxt qalıbsa, belə birinə fərz olan onun namazı vaxtında qılmasıdır, çünki iki vacib iş bir-biri ilə toqquşur və onlardan biri digərindən daha üstün və daha təkidlidir. Buna görə də onu önə keçirmək vacib olur.[1]

Mənbə:

“əl-Əcvibə əs-Sə’diyyə anil-Məsəilil-Qasimiyyə”, səh: 50-51; Darul-Bəşəiril-İsləmiyyə, Beyrut, birinci nəşr: 1426/2005 


[1] Bax: əl-Bə’li, “əl-İxtiyarat”, səh: 12; “əl-Fətava əs-Sə’diyyə”, səh: 131

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?