Müsafirin məshi nə zaman başlayır?

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən soruşur: Namaz üçün dəstəmaz aldıqdan sonra xuf geyinir, sonra ölkəsində zöhr namazını qılır və daha sonra dəstəmazı pozursa və sonra əsr namazından öncə maşınlarla çöllüyə səfər edir; məsafəni qət etdikdən sonra əsrin vaxtı girir, sonra dəstəmaz alır və xufların üzərinə məsh çəkir və belə halda onun məshi bir gün və bir gecə davam edən muqim birinin məshi kimi olmalıdır yoxsa müsafir kimi üç gün, üç gecə məsh çəkməlidir?

Cavab:

Əgər yalnız səfər etdikdən sonra xuflara məsh çəkibsə və əgər etdiyi səfər, namazı qısaltmağa izn verən bir səfərdirsə, səfərdən öncə dəstəmazını pozmuş olsa belə məshin müddəti üç gün, üç gecə olur. Çünki belə halda diqqətə alınan dəstəmazın pozulması deyil, məshin özüdür. Lakin əgər səfər etmədən əvvəl üzərinə məsh çəkibsə, belə halda muqim kimi fəqət bir gün, bir gecə məsh çəkməlidir.

“əl-İqna” kitabında[1] və onun şərhi “Kəşşəful-Qina” kitabında[2] deyilir: “Kim ölkəsində dəstəmazı pozarsa, sonra məsh çəkmədən öncə səfər edərsə, müsafir kimi məshi tamamlamalıdır; çünki o, müsafir olduğu halda məsh çəkməyə başlayıb”, bunun eynisi “əl-Muntəha” kitabında[3] və digər kitablarda zikr olunub.  Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/138; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] əl-Həccavi, ”əl-İqna li Talibil-İntifa”, 1/53; Tab’atun Xassatun bi Daratil-Məlik Abdil-Aziz, Riyad, üçüncü nəşr: 1423/2002

[2] əl-Buhuti, “Kəşşəful-Qina anil-İqna”, 1/269; Vazəratul-Adl, Səudiyyə Ərəbistan, birinci nəşr: 1421/2000

[3] əl-Fətuhi, “Muntəha əl-İradət fi Cəm’il-Muqni vat-Tənqih va Zəyadət” 1/60; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1419/1999

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?