Şalvarda nəmlik tapan nə etməlidir?

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual sahibi sübh namazına durduqda şalvarında nəmlik görən bir kişi haqqında soruşur; bu nəmliyin məni yoxsa məzi olduğundan əmin deyildir və həmin gecə ehtilam olduğunu da xatırlamır. Xatırladıqda qüsl alması vacibdirmi və şalvarına bulaşmış nəmliyi təmizləməsi lazımdır yoxsa yox?

Cavab:

Burada yalnız üç hal ola bilər:

Birinci hal: Ondan çıxan mayenin məni olmasından əmindir; bu zaman ehtilam olduğunu xatırlamasa belə qüsl alması vacibdir. əl-Muvaffəq (İbn Qudamə) deyir: “Bunda bir ixtilafın olduğunu bilmirik.” Paltarına bulaşmış nəmliyi təmizləməsi vacib deyildir, çünki məni təmiz sayılır.

İkinci hal: Bunun məni olmadığı əminliklə bilinir; əgər yatmadan əvvəl (cinsəl) oynaşmada olubsa və ya düşünübsə və baxıbsa və ya şəhvəti oyadan əxlaqsız jurnalları gözdən keçiribsə və  (paltarında) tapdığı (nəmlik) məzinin növünə aiddirsə, ona qüsl almaq vacib deyildir. Yalnız paltarına bulaşan  (nəmliyi) təmizləməlidir, çünki məzi murdardır, lakin bunun murdarlığı qəliz deyildir. Buna görə də alimlər qeyd edirlər ki, iştaha üçün yemək yeməyən oğlan uşağının sidiyində olduğu kimi burada da səhih görüşə görə su sıçramaq kifayət edir.

Üçüncü hal: bunun məni və ya məzi olmasında şəkk edilir; belə halda ibadət üçün ehtiyat göstərmək baxımından qüsl alması, paltarına və bədəninə bulaşmış (nəmliyi) təmizləməsi vacibdir. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/151; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?