Yuxudan durarkən əlləri üç dəfə yumaq

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən gecə yuxusundan durduqdan sonra əlləri üç dəfə yumadan əvvəl əli qaba salmağı qadağan edən hədis haqqında soruşur; bu, suyu nəcis edirmi və ya sudan tahurluq vəsfini alıb götürürmü? Bunun hikməti nədir?

Cavab:

Hədis səhihdir və onu əl-Buxari, Muslim və digərləri[1] Əbu Hureyra’dan rəvayət edirlər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən biriniz yuxusundan oyandıqda əllərini qaba daxil etmədən əvvəl onları üç dəfə yusun! Çünki sizdən heç kəs əlinin harada gecələdiyini bilmir.”

Hədis gecə yuxusundan durduqdan sonra əlləri üç dəfə yumadan əvvəl qaba salınmasını qadağan edir və əgər insan unudaraq və ya bildiyi halda ya da cahil olduğu halda qəsdən əlini salaraq bunu edərsə, həmin su nəcis yoxsa özlüyündə təmiz lakin başqa bir şeyi təmizləyə bilməyən hökmündədir yoxsa tahur hökmündə qalır?[2]

Məzhəbin məşhur görüşü budur ki, bu növ su tahirdir və başqa bir şeyi təmizləməz, əgər o sudan başqası tapılmazsa ondan istifadə edə bilər, sonra ehtiyat üçün təyəmmüm etməlidir.

Məzhəbdəki ikinci görüş budur ki, əlini içinə salsa belə su, “tahur” hökmündə qalır və bu, İmam Əhməd’dən gələn bir rəvayətdir ki, ona əl-Xiraqi, Əbu Muhamməd və bu ikisindən başqaları üstünlük veriblər və bu, fəqihlərin çoxunun görüşüdür və Şeyxul-İslam İbn Teymiyyə’nin, ondan başqa əshabımızdan digərlərinin və şeyximiz İbn Sadi’nin seçimidir.

Bir cavabında Şeyxul-İslam İbn Teymiyyə deyir: “Su, bununla nəcis olmaz, əksinə Malik, Əbu Hənifə, əş-Şafi və Əhməddən gələn bir rəvayətdə olduğu kimi alimlərin əksəriyyətinə görə belə suyu istifadə etmək caizdir.”[3]

Dedi: “Əli yumaqdakı hikmət haqqında üç görüş vardır:

Birinci: nəcasətə bulaşmaq qorxusu; misal üçün əlin isticmar yerinə toxunması, xüsusilə tərləmək hallarında.[4]

İkinci: bu, təabbudi hökmlər sırasındandır, mənasını anlamasaq belə gərək olduğu kimi qəbul edək.

Üçüncü: bu, mənəvi bir səbəblə bağlıdır və səbəb budur ki, şeytan yatan adamın əlində gecələyir və əlinə toxunur, necə ki, bu barədə “əs-Sahiheyn”də Əbu Hureyra’dan rəvayət olunur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Sizdən biriniz yuxudan oyandıqda dəstəmaz alsın və burnunu üç dəfə təmizləsin, çünki şeytan burnun lap iç tərəfində gecələyir.” Buradan öyrənirik ki, yuyunmaq nəcasət səbəbi ilə bağlı deyildir, əksinə şeytanın burnun tam iç tərəfində gecələməsi səbəbilədir, beləliklə bu səbəbin təsir edici səbəblərdən olmasının etibarlılığına şəriətin mənası açıq bir mətni şahidlik edib.” Müxtəsər olaraq nəql olundu. [5]

ən-Nəvəvi “Şərh Muslim”də[6] deyir: Peyğəmbərin – salləllahu aleyhi va səlləm – “əlinin harada gecələdiyini” sözlərində dəlil var ki, açıq şəkildə deməkdən həya edildiyi şeylər haqqında kinayəli sözlər işlətmək müstəhəbdir, çünki demədi ki, “ola bilsin ki, əli arxasına və ya tənasül orqanına və ya bir nəcasətə və ya buna bənzər şeylərə dəyib”, məqsəd o, olsa belə. Bunun misalları Quranda və hədislərdə çoxdur. Bu, eşidən adamın kinayəni başa düşməsi halına aiddir, əgər anlamazsa mütləq açıq şəkildə deyilməlidir ki, anlaşılmazlıq olmasın. Bu barədə açıq ifadələrlə gəlmiş rəvayətlər də belə bir hallara aid edilməlidir. Doğrusunu Allah bilir!”

 Mənbə:

“Fətava İbn Aqil”, 1/104-106; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000


[1] əl-Buxari (162); Muslim (278); Əbu Davud (103-105)

[2] Çünki suyun üç növü var. Birinci növ “tahur” adlanır, bu növ su yağış suyu, bulaq, göl, dəniz suları kimi öz yaradılış halında olan sulardır ki, bunlarla dəstəmaz almaq və nəcasətləri təmizləmək olar. İkinci növ “tahir” adlanır və bu növ sular özlüyündə təmiz su olsalar da, lakin dəstəmaz üçün və nəcasətləri təmizləmək üçün yararsızdır. Misal üçün bir suya zəfəran kimi təmiz maddələr qarışdıqdan sonra həmin su birinci növdən çıxıb ikinci növə daxil olur, çünki artıq o suya mütləq olaraq “su” adı verilmir, əksinə “zəfəranlı su” deyilir. Üçüncü növ isə “nəcis” adlanır və bu, murdar bir şeyin suya qarışması ilə olur və bu növ sular özlərində murdardır, onları içmək və yemək də olmaz və dəstəmaz üçün və nəcasətləri təmizləmək üçün istifadə olunmaz.

[3] “Məcmu əl-Fətava”, 21/46

[4] Çünki hicaz bölgəsində su az tapılan bir şey olduğu üçün insanlar çox zamanı daşlar və buna bənzər mübah olan şeylərlə isticmar edərdilər. Bu isə o deməkdir ki, nəcasətin qalıqları tam təmizlənməzdi və quruyardı, lakin gecə yatdıqda özünün də xəbəri olmadan əlini həmin yerə sürə bilər və xüsusilə istidən tərlədikdə vəziyyət daha da pis ola bilər. Bu izah İmam əş-Şafiyə aiddir.

[5] ”Məcmu əl-Fətava”, 21/44

[6] “Şərh Sahih Muslim”, 3/179-180

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?