Cırılmış xuflara və corablara məsh çəkmək

Mufti:Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən, ayağın bir hissəsi görünə biləcək qədər deşikləri olan coraba və bənzəri ayaq geyimlərinə məsh çəkməyin caiz olub olmaması barədə soruşur.

Cavab:

Xuflara və corablara məsh çəkmək caizdir.

Corab, xuf kimi ayağa geyilən, lakin dəridən deyil yun və bənzəri materialdan olan geyimdir. Bu söz əcnəbi sözdür, lakin ərəbləşərək ərəb dilinə daxil olmuşdur.

Fəqihlər bunun üçün bəzi şərtlər qoşublar; bu şərtlərdən biri budur ki, (yuyulması) fərz olan yerin hamısını örtməlidir. Xufda və ya corabda cırığın olması haqqında ixtilaf ediblər. İmam Malik dedi: “Cırıqları/deşikləri çoxalarsa və çox böyük olarsa məsh etmək caiz deyildir, əks təqdirdə caizdir. Əbu Hənifə deyir ki, əgər üç barmaq həddində cırılarsa məsh etmək caiz deyildir, əks təqdirdə caizdir. Hənbəlilərin məzhəbində məşhur olan görüşə görə cırılmış, deşilmiş xuflara - əgər bu deşiklərdən ayaq görünürsə - məsh çəkmək olmaz, çünki görünən yerlər üçün fərz olan yumaqdır və (ayağı yumaq) məsh ilə birlikdə edilməz.

Məzhəbdəki ikinci görüşə görə belələrinə məsh çəkmək caizdir. Buna Şeyx Taqiyyud-Din İbn Teymiyyə üstünlük vermiş və demişdir: “Bu, əş-Şafi’nin iki görüşündən qədim olanıdır və ondan başqa digər alimlərin görüşüdür.” Doğru olan görüş budur. Ən doğrusunu Allah bilir!

 Mənbə:

“Fətava İbn Aqil”, 1/132; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?