Öpüşmə ilə məzinin axması orucu pozur

Mufti: Abdullah bin Abdir-Rahmən bin Cibrin

Sual:

Bir nəfər ramazanda gündüz vaxtı zövcəsi ilə oynaşdı, öpüşdü və şəhvət ilə zövcəsinin bədəninə əl gəzdirdi, lakin məni gəlmədi, yalnız məzi gəldi. Bununla orucu pozulmuş olurmu? Bunun neçə gün baş verdiyini bilmirsə necə bilə bilər? Bunun üstündən üç il keçdiyini bilirsə nə etməlidir?

Cavab:

Ramazanda oruclu biri cinsi əlaqə olmadan sevişmə nəticəsində məni və ya məzi axarsa, ona yalnız həmin günün orucunu qəza etmək vacibdir. Əgər günlərin sayını bilmirsə oruc üçün ən ehtiyatlı olanını etməsi vacibdir ki, hətta hamısını qəza etdiyindən əmin olsun. Hökmündən cahil olduğu halda bunun üzərindən illər keçibsə ona qəzadan başqa bir şey vacib deyildir. Əgər etdiyinin orucu pozduğunu bildiyi halda (qəzanı) bir il və ya daha çox müddət gecikdiribsə, ona vacib olan qəza ilə birlikdə hər gün üçün bir miskini yedirməkdir. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətəva Ramədan fis-Siyəm val-Qiyəm val-İtikəf va Zəkətil-Fitr”, 2/437-438; Məktəbətu Ədvais-Sələf, Riyad, birinci nəşr: 1418/1998

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?