Oruclu unadaraq yeyərsə ona xatırlatmaq

Mufti: Abdullah bin Abdir-Rahmən bin Cibrin

Sual:

Əgər ramazan gününün gündüz çağında bir nəfəri yemək yeyərkən görsəm və onun oruclu olduğunu unutduğunu bilirəmsə, ona xatırlatmalıyam ya yox? Çünki bəzi insanlar deyirlər ki, xatırlatmamalısan, çünki onu yedirib içizdirən Allahdır.

Cavab:

Ona xatırlatmaq sənə vacibdir, çünki bu, yaxşılığı əmr edib və münkərdən çəkindirməkdir. Əgər onu yeyərkən görsən ona imsak etməyi əmr etmən vacibdir, çünki bu yaxşılıqlardan biridir. Ona yeməyi qadağan edirsən, çünki bu, münkərdir. Üstəlik onu yemək üstündə tərk etdikdə insanlar onun şəriətin hökmlərinə etinasiz olduğunu görəcəklər və (oruclu olduğunu) unudan həmin kəs haqqında piz zənn edəcəklər.

Mənbə:

“Fətəva Ramədan fis-Siyəm val-Qiyəm val-İtikəf va Zəkətil-Fitr”, 1/227; Məktəbətu Ədvais-Sələf, Riyad, birinci nəşr: 1418/1998

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?