Ağızda tüpürcəyi yığıb udmaq

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

Cavab:

Tüpürcək Allahın Adəm övladına bəxş etdiyi bir nemətdir, oruclunun onu udması caizdir, çünki belə şeydən qaçmaq mümkün deyildir. Lakin sizin vəsf etdiyiniz şəkildə tüpürcəyi ağızda toplayıb, sonra toplu şəkildə onu udmaqda fərqli bir tərəf vardır. Buna görə də fəqihlər – rahiməhumallah – deyirlər: “Oruc tutanın tüpürcəyini ağzında yığıb udması məkruhdur; ağızda tüpürcəyi toplayıb utmağın orucu pozduğunu deyənlərlə ixtilafa düşməkdən çıxmaq məqsədilə məkruh olduğu deyilib, beləki bu görüş hənəfilərdən – rahiməhumullah – nəql edilmişdir.

Əgər ağzı qan və ya qusmağ və bənzəri şeylərlə murdarlanarsa və ondan bir şeyi qəsdən udarsa orucu pozular. Əgər nəcasətin əsər-əlamətindən bir şey qalmayacaq şəkildə onu çölə tüpürərsə və bundan sonra ağzındakı tüpürcəyi udarsa, bunda onun üçün heç bir problem yoxdur.

Alimlər qeyd edirlər ki, bəlğəmi udmaq haramdır, əgər ağzına çatarsa və bunu udarsa orucunu pozmuş olur. Bu zaman bəlğəmin beyindən və ya sinədən və ya qusmağ kimi mədədən gəlməsi arasında fərq yoxdur, çünki əsl olan budur ki, ağızdan qarın boşluğuna gedən hər bir şey orucu pozur, lakin tüpürcəkdə güzəşt edilmişdir, çünki ondan qaçınmaq mümkün deyildir.

“Cəm’ul-Cəvami” kitabında[1] deyir: əgər diş ətindən qan gələrsə, bunu bilərək udarsa və ya (ağıza gələn) mədə şirəsini və ya qusmağı udarsa, az midarda olsa belə orucu pozular; (İmam Əhməd) bunu bir mənalı olaraq bildirmişdir. Əgər ağzındakını yaxşıca tüpürərsə və ya ağzı kənardan murdarlandıqdan sonra ağzındakı murdarlığı tüpürərsə, ağız isə murdar olaraq qalarsa və belə halda tüpürcəyini udarsa, orucu pozulmaz. Əbul-Bərakət “Şərhul-Hidayə” kitabında və digər kitablarında bu görüş üzərində qərar tutmuşdur; çünki nəcasətin hissələrindən hər hansı bir şeyi utduğunda əminlik yoxdur; buna görə də “əl-Furu” kitabının müəllifi[2] deyir: “əgər murdar bir şeyi utduğunda əminlik varsa orucu pozulur, əks təqdirdə isə oruc pozulmur.”Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/463-464; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] “Cəm’ul-Cəvami”, (3/60),

[2] İbn Muflih əl-Maqdisi

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?