Namaz qılmayana cənazə düşürmü?

Mufti: Şeyxul-İslam İbn Teymiyyə

 

Sual:

(Diri ikən) namaz qılmayan bir ölü üzərində cənazə qılmaq barəsində soruşuldu; bunda kiməsə əcr düşür ya yox? Onun namaz qılmadığını bilməklə yanaşı əgər (ona cənazə qılmağı) tərk edərsə günaha girirmi? Həmçinin şərab içən, namaz qılmamış kimsə üzərində bunları bilənə cənazə qılması icazəlidir ya yox?

 

Cavab:

Kim zahirdə İslamı göstərirsə ona İslamın zahiri hökmləri tətbiq olunur; bura evlilik, vərəsəlik, ölüsünün yuyulması, cənazəsinin qılınması, müsəlmanların məqbərəsində basdırılması və bənzəri hökmlər aiddir, lakin kimin münafiq və zındıq olduğu bilinərsə - hətta zahirdə özünü müsəlman olaraq göstərsə belə - bunu bilən kəsə onun üzərində cənazə qılmaq icazəli deyildir, çünki Allah peyğəmbərinə münafiqlər üzərində namaz qılmağı qadağan etmiş və demişdir: “Heç vaxt onlardan ölmüş bir kəsin namazını qılma, qəbrinin başında da durma, çünki onlar Allahı və Onun elçisini inkar etdilər və günahkar olaraq öldülər.” (Yenə) buyurmuşdur: “Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur; Allah onları bağışlamayacaqdır.”

Amma böyük günah sahibləri kimi onlarda olan iman ilə yanaşı aşkarda fasiqliyi üzə vuran kəslərə gəldikdə isə onların cənazəsini müsəlmanlardan bəzilərinin qılması lazımdır. Peyğəmbər – salləllahu aleyhi va səlləm – intihar edənə, qəniməti gizlədənə, borcuna vəfalı olmamış borcluya cənazə namazı qılmaqdan imtina etdiyi kimi və sələfdən bir çox kimsə bidət əhli üçün cənazə namazı qılmaqdan imtina etdiyi kimi əgər - onun etdiyindən ona tay olanları çəkindirmək məqsədi ilə - ona cənazə namazı qılmaqdan imtina edərsə (bu şəkildə sələfdən gəlmiş) bu sünnət ilə əməl etməsi gözəl bir işdir. Cundub bin Abdilləh əl-Bəcəli’yə[1] oğlu dedi: “Gecə yağlı ət çox yeyib ağırlaşdığım üçün yata bilməmişəm.” (Cundub) dedi: “Əgər (buna görə) ölsəydin sənin cənazəni qılmazdım.” Sanki bununla o, (oğlunun) çox yemək ilə özünü öldürmüş olacağını qəsd edir. Bu, aşkarda böyük günah edənləri bu əməllərini tərk etməkləri məqsədi ilə boykot etmək növündəndir. Beləliklə də əgər bu əməldə bunun kimi ağır məsləhət varsa bunu etmək gözəl əməl olar. Əgər onun üçün Allahın rəhmətini diləyərək ona cənazə qılarsa və (cənazəsindən) imtina etməkdə ağır bir məsləhət olmazsa, bu da gözəl bir əməl olar. Əgər iki məsləhəti birləşdirmək üçün zahirdə (cənazə qılmaqdan) imtina edərsə, batində isə onun üçün dua edərsə hər iki məsləhəti əldə etmək onlardan birini qaçırmaqdan daha yaxşı olar.

Müsəlman olan və münafiq olduğu bilinməyən hər bir kəs üçün bağışlanma diləmək və cənazəsini qılmaq icazəlidir, hətta məşrudur[2] və bu, əmr olunur, necə ki, (Allah) – təalə - deyir: “Sən həm öz günahının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə.” Aşkarda böyük günah edənlərin və hətta ondan başqa tərk olunmasında ağır məsləhət olan kəslərin tərk olunmaqla cəzalandırılması icazəlidir, beləliklə də buradakı şəri məsləhət imkan daxilində hasil olur.

 

Mənbə:

“əl-Fətəva əl-Kubra”, 3/17-18;



[1] Cundub (və ya Cundəb) bin Abdilləh bin Sufyan əl-Bəcəli əl-Aləqi peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrindən biridir. Kufə və Basra şəhərlərində məskən salmışdır. Hicri yetmişinci il civarında vəfat edib.

[2] Məşru sözü alimlərin dilində əksər hallarda müstəhəb və ya vacib hökmünü əhatə edir. Bəzən “məşrudur” deməklə caiz olduğunu qəsd edə bilərlər, lakin bu, azlıq təşkil edir. Alimlərin istifadəsində “məşrudur” sözü müstəhəb və ya vacib əməllər üçündür.

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?