İslamında şəkk olanın cənazəsi

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin

 

Sual:
Əgər imama üzərində cənazə namazı qılmaq üçün İslamında şəkk etdiyi bir kimsə verilərsə nə etməlidir?

 

Cavab:

Onun üzərində namaz qılması vacibdir, çünki əsli hökm budur ki, müsəlman İslam üzərində qalır. Lakin ona dua edərkən şərt qoşsun və desin: “Allahım, əgər mömindirsə onu bağışla və ona rəhm et!” Allahu təalə onun halını, mömin olub olmadığını bilir və bununla da məsuliyyətdən qurtulmuş olur, kafir bir şəxsə bağışlanma və rəhmət duası etməkdən qurtulmuş olur.

Duada istisna isə və ya duada şərt qoşmaq Quranda varid olmuş bir işdir və Allah “li’an”[1] ayələrində deyir: “Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə “Əgər yalan danışanlardandırsa Allah ona lənət eləsin!” (deməsidir).” Duada istisna həmçinin ibadətlərdəki istisna kimi varid olub, necə ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – xəstə halında həcc etmək istəyən Dubə’a bint əz-Zubeyr’ə - radiyallahu anhə - buyurmuşdu: “Həcc et və - harada saxlayacaqsansa ihramdan çıxma yerim odur – (sözü ilə) şərt qoş!”

Önəmli olan budur ki, insan belə halda istisna edə bilər: “Allahım, əgər mömindirsə bağışla onu!” İbnul-Qayyim – rahiməhullah – “Ə’ləmul-Muvaqqi’in” kitabında şeyxi İbn Teymiyyə’dən – rahiməhullah – xatırlayır ki, ona elmi məsələlərdən bəzi məsələlər problemli qalmışdı. Peyğəmbəri – salləllahu aleyhi va səlləm – yuxuda gördü və ona problemli qalan məsələlərdən biri bu idi ki, ona müsəlman olub olmadıqlarını bilmədiyi cənazələr verilirdi. (Peyğəmbər) ona dedi: “Ey Əhməd, sənə düşən şərt qoşmaqdır.” Bunu peyğəmbər – salləllahu aleyhi va səlləm – yuxusunda deyir. İbnul-Qayyim’in şeyxi İbn Teymiyyə’dən sənədi səhihdir, çünki hər iki nəfər də siqadır. Bir kimsə - “biz burada şəri bir hökmü isbat etmək üçün bir yuxuya etimad etdik” – deməməlidir, çünki bu yuxunu “li’an” məsələsində daha öncə gətirdiyimiz kimi Quran dəstəkləyir, beləliklə də bu yuxu şəriətin qaydalarına müvafiq olduğu üçün onunla əməl oluna bilər.

Mənbə:

“Məcmu Fətəva va Rasəil Fədilətiş-Şeyx Muhəmməd bin Saleh əl-Useymin”, 17/115-116;



[1] Li’an qadını zinada ittiham edən kişinin dörd dəfə and içməsi, beşinci dəfə isə yalan danışdığı təqdirdə Allahın lənətinə layiq olduğunu təsdiq etməsidir, zövcəsinin isə dörd dəfə kişinin yalan danışdığına and içməsi, beşinci dəfə isə doğru danışdığı təqdirdə Allahın qəzəbinə layiq olduğunu təsdiqləməsidir.

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?